Bakıda hamilə qadın koronavirusdan öldü

Bakıda hamilə qadın koronavirusdan öldü










Bakıda hamilə qadın koronavirusdan dünyasını dəyişib.

Dogruxeber.az bildirir ki, bu barədə mərhumun yaxınları sosial şəbəkədə məlumat paylaşıb. Bildirilib ki, Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında müalicə alan qadın 10 günlük komadan sonra ayılmayıb.

ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanova məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, ananın vəziyyəti get-gedə ağırlaşdığına görə körpəni xilas etmək üçün təcili qeysəriyyə əməliyyatı olunub:

“Ana çox ağır “COVİD”li xəstə idi. Hazırda körpənin vəziyyəti ilk günlərdəki kimi çox ağırdır. Bətndə ananın vəziyyəti ilə bağlı oksigen azlığı keçirib. Bu səbəbdən, baş beyində ciddi zədələnmələr var. Müayinələrdə beyində qanama, beynin işemik zədələnməsi aşkarlanıb. İlk andan körpə ağciyərlərin süni tənəffüs cihazına bağlıdır. Hələ ki, cihazdan ayırmaq mümkün deyil. Bununla yanaşı, vaxtından erkən doğulmanın əlamətləri vəziyyətini daha da ağırlaşdırır.

Uşaqdan götürülmüş “COVİD-19” RP – PCR testi neqativdir. Sonrakı vəziyyəti ilə bağlı proqnoz vermək mümkün deyil, körpəni hər an itirə bilərik”.

Qeyd edək ki, koronavirusdan dünyasının dəyişən qadının bir azyaşlı qızı da var.
(Azinforum.az)

Tarix:29-06-2020, 14:02 Baxış Sayı:76 Kateqoriya:hadise
SON XƏBƏRLƏR
Dağlıq Qarabağda yeni gəlişmə - Separatçılar çarəsiz durumda
Azərbaycanda insanların restoran və iş yerlərinə xüsusi kod vasitəsilə daxil olması təklif edilir
Sabahın hava proqnozu
İşğalçı Ermənistan ordusu atəşkəsi 69 dəfə pozub
Azərbaycanda dəhşətli qətl: Qonşusunu bıçaqlayıb öldürdü
AERA bu il 431 texniki yoxlama aparıb
SMS-siz küçəyə çıxan 3 nəfər həbs olundu - RƏSMİ
AYİB ticarətin maliyyələşdirilməsi proqramının limitini artırıb
Müdafiə nazirinin müavini vəzifəsindən azad olundu
Komitə sədrinin şəhid anasına münasibəti
MEHDİ HÜSEYNZADƏ YENİ VƏZİFƏYƏ TƏYİN EDİLDİ
“ATƏT-in Minsk Qrupu tərəfindən münaqişənin nizamlanması üzrə əməli addımların atılmasının zamanıdır”
Deputat Naqif Həmzəyev seçiciləri qəbul etdi FOTO
“Fairmont” ancaq müştərilərdən üzr istədi : Hovuzu bağladı
Bəhram Bağırzadə aktiv hərəkətlərə başladı
Ermənistan silahlı qüvvələri atəşkəsi 78 dəfə pozub
Lotu Qulinin tərəfdarları saxlanıldı - Video
Bakıda koronavirusa ən çox yoluxma bu rayonlardadı...
ATV-də koronaya yeni yoluxma... – Video
Azərbaycanlı idmançılar Bakıda karantinə alınmayacaqlar
Cəlilabadda izahat işləri və dezinfeksiya tədbirləri davam etdirilir - FOTO
“Araz Supermarket”lə bağlı cəza
Bakı polisi reyd keçirir - Foto
ATU-nun daha bir klinikasında 24 tibb işçisi koronavirusa YOLUXDU
Çatdırılma xidmətlərinə yenidən icazə verildi
Saatlıda nələr baş verir? - Deputat həyəcan təbili çaldı
Jurnalistləri təhqir edən gənc həbs edildi
Kimlərə işsiz statusu verilmir?
Paşinyanı ermənilərin 85%-i dəstəklədi? – Şübhəli sorğu
Sabah 38 dərəcə isti olacaq - HAVA

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla