Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Qeysəriyyə ilə ana oldu, 8 gün sonra öldü

22-07-2020, 13:04

Qeysəriyyə ilə ana oldu, 8 gün sonra öldü











İyulun 19-da saat 12 radələrində Ağsu rayon sakini, 1988-ci il təvəllüdlü Məxliqə Fərəcova müalicə olunduğu A.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında ölüb.

Yasamal Rayon Prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, müvafiq ekspertizalar təyin edilib.

İlkin araşdırmalarla müəyyən edilib ki, iyulun 11-də Məxliqə Fərəcova Ağsu Rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə yolu ilə cərrahiyyə əməliyyatı olunaraq uşaq dünyaya gətirib, lakin iyulun 13-də səhhəti kəskin pisləşdiyindən o, A.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq Məxliqə Fərəcova iyulun 19-da vəfat edib.Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
(Qafqazinfo.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram