hadise
3.08.2020, 10:35
Bakıda qəza: 61 yaşlı qadın xəsarət aldı
Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Dogruxeber.az bildirir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1959-cu il təvəllüdlü Balaşzadə Rəna Əliquşad qızı xəsarət alıb.
Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
(Report.az)