hadise
20.03.2018, 17:29
Bayram günü 1 yaşlı uşağın üstünə qaynar su töküldü
Cəlilabadda azyaşlı uşağın üzərinə qaynar su tökülüb.
Rayonun Təklə kəndində 2017-ci il təvəllüdlü, Aynur Kəmaləddin qızı Tağıyevanın üzərinə qaynar su tökülüb.
Ağır yanıq xəsarətləri alan azyaşlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ilkin tibbi yardım göstərilib. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.
Mənbə: APA