Polis bölməsinə yumurta atdı - 21 ay həbs cəzası aldı
Honq-Konqda maraqlı hadisə qeydə alınıb. Belə ki, 31 yaşlı şəxs polis bölməsinə yumurta atdığına görə 21 ay azadlıqdan məhrum edilib.
DogruXeber.az bildirir ki, məhkəmə hakimi Vinni Lau məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, bir yumurta kütləvi qırğın silahı deyil, lakin bu tip əşyaların polis bölməsinə atılması mövcud qüvvələrə qarşı etiraza səbəb olur, həmçinin polislərin hüquq-mühafizə fəaliyyətini zəiflədir.
(Yenisabah.az)