Ucarda market qarət olundu
Ucarda marketdən oğurluq edilib.
DogruXeber.az DİN mətbuat xidmətinə istinadla bildirir ki, noyabrın 24-dən 26-dək olan müddətdə rayonun Bərguşad kəndi ərazisindəki marketlərin birindən 385 manat, 10.000 rubl pul və 100 manat dəyərində məişət əşyaları oğurlanıb.
Ucar rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən kənd sakinləri K.Mənsimov və H.Həşimov saxlanılıblar.