Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Sürücü təhlükəli manevrlər etdi, uşağı boğub xəsarət yetirdi

Sürücü təhlükəli manevrlər etdi, uşağı boğub xəsarət yetirdi
30-11-2020, 12:08 102 dəfə baxılıb

Sürücü təhlükəli manevrlər etdi, uşağı boğub xəsarət yetirdi







Bakı-Sumqayıt yolunda avtomobil sürücüsü təhlükəli manevrlər edib.

DogruXeber.az Report-a istinadən xəbər verir ki, bu barədə videogörüntü sosial şəbəkələrdə paylaşılıb.

Noyabrın 28-də qadın sürücü özünə məxsus avtomobili idarə edən zaman 99-VM-967 qeydiyyat nişanlı, “Chevrolet” markalı maşının sürücüsü əvvəl manevr qaydasını pozaraq, ona təhlükə yaradıb. Həmin vaxt avtomobildə qadının yeddi və 14 yaşlı övladları da olub.Bakı-Sumqayıt yolunda avtomobil sürücüsü təhlükəli manevrlər edib.

Report xəbər verir ki, bu barədə videogörüntü sosial şəbəkələrdə paylaşılıb.

Noyabrın 28-də qadın sürücü özünə məxsus avtomobili idarə edən zaman 99-VM-967 qeydiyyat nişanlı, “Chevrolet” markalı maşının sürücüsü əvvəl manevr qaydasını pozaraq, ona təhlükə yaradıb. Həmin vaxt avtomobildə qadının yeddi və 14 yaşlı övladları da olub.Təhlükəni görən qadın əyləci basmaq məcburiyyətində qalıb. Avtomobildə olan övladları isə qorxub. Daha sonra “Chevrolet” markalı avtomobilin sürücüsü yol boyu ziqzaqvari hərəkətlər edərək, daha bir neçə maşına təhlükə yaradıb və yolun kənarında dayanıb.

Həmin qadın sürücünün etdiyi hərəkətlərə görə ona irad bildirib. Lakin sürücü qadını təhqir etməyə başlayıb. Bu zaman qadının 14 yaşlı övladı avtomobildən düşüb.

Bildirilir ki, “Chevrolet” markalı avtomobilin sürücüsü ananın gözü qarşısında 14 yaşlı oğlanı boğmağa başlayıb. Avtomobildə olan digər yeddi yaşlı uşaq qorxudan qışqırıb. Oradan keçən vətəndaşlar köməyə gəlib.

Artıq hadisə barədə Daxili İşlər Nazirliyinə (DİN) müraciət edilib.

DİN Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Report-a bildirib ki, daxil olan müraciət üzrə araşdırma aparılır:

“Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
Telegram Facebook Twitter Youtube Instagram