Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Saatlıda əməliyyat tədbiri keçirilib, tüfəng və metamfetamin götürülüb

Saatlıda əməliyyat tədbiri keçirilib, tüfəng və metamfetamin götürülüb
1-12-2020, 16:21 96 dəfə baxılıb

Saatlıda əməliyyat tədbiri keçirilib, tüfəng və metamfetamin götürülüb








Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş uğurlu əməliyyat tədbirləri nəticəsində üzərində qanunsuz olaraq silah və güclü təsiredici xassəyə malik psixotrop maddə olan metamfetamin daşımaqda şübhəli bilinən şəxs saxlanılıb.

DogruXeber.az DİN Mətbuat Xidmətinin Bərdə regional qrupuna istinadən xəbər verir ki, daxil olmuş məlumat əsasında RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Saatlı rayonunda yaşayan Anar Hüseynov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı onun əlindəki çantadan 1 ədəd İJ-56-3 (Belka) markalı, qoşalüləli ov tüfəngi və üzərindən 1 ədəd bükülüdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb. Dindirilmə zamanı A. Hüseynov törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Saatlı RPŞ-də araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Telegram Facebook Twitter Youtube Instagram