Qazimiz üçün YIĞILAN PULU OĞURLADILAR - FOTO
Sosial şəbəkələrdə qazimiz Azadov Ülvi İlham oğlunun əməliyyatı üçün müraciət olunub. Bunun ardından əməliyyatdan uğurlu çıxan qazinin kartından yığılan pul çəkilib.
Dogruxeber.az Sonxeber.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumatlar paylaşılır.
Qeyd edilir ki, atası oğlunu xəstəxanada ziyarət etməyə pul tapa bilmir, tanışlar onun yol xərcini, qalmağa yerini təşkil edir.
Kartdan qazi üçün yığılan pulu çəkən naməlum şəxs öncə yardım etmək istədiyini bildirib, bunun üçün bank kartı istəyib. Ümidin atası da kartın şəklini göndərib. Daha sonra həmin nömrənin sahibi pulu köçürmək üçün kartın əks tərəfinin şəklinin lazım olduğunu bildirib. Atası da buna ehtiyac olmadığını bilmədiyi üçün göndərib.
Az sonra Ümidə mesaj gəlib ki, kartdan 139 manat çəkildi. Bu mesajdan sonra isə sözügedən nömrə indiyə qədər heç bir zəngi götürmür.