Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Bakıda evdən 200 min manat və külli miqdarda qızıl-zinət əşyaları oğurlanıb - FOTO

27-03-2018, 13:30

Bakıda evdən 200 min manat və külli miqdarda qızıl-zinət əşyaları oğurlanıb - FOTO













Daxili işlər orqanlarının əməkdaşları tərəfindən Qaradağ rayonu Sahil qəsəbəsində zərərçəkənə külli miqdarda ziyan vurmaqla törədilən oğurluq hadisəsinin üstünün açılması istiqamətində əməliyyat tədbiri həyata keçirilib.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, martın 21-də Qaradağ Rayon Polis İdarəsinə müraciət edən zərərçəkən ona məxsus mənzildən 200 000 manat, 1500 ABŞ dollar və külli miqdarda qızıl-zinət əşyaların naməlum şəxslər tərəfindən oğurlandığını bildirib.
Qaradağ Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi əməkdaşları tərəfindən isti izlərlə və peşəkarlıqla həyata keçirilən əməliyyat tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakinləri – Dünyamalı Gülalıyev, əvvəllər məhkum olunmuş Osman Məmmədov və Yadigar Dadaşov saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma zamanı müəyyən edilib ki, zərərçəkənin evində külli miqdarda pul və qızıl-zinət əşyalarının olması barədə məlumat əvvəlcə D.Gülalıyevdə olub. O, digər şəxslərə həmin evdən oğurluq etməyi məsləhət görüb və mənzilin yerləşdiyi ünvanı da onlara göstərib. Bunların müqabilində isə oğurlanan puldan 30000 manat D.Gülalıyevə çatmalı imiş. D.Gülalıyev hadisə baş verən gün zərərçəkənin evdə olmadığı barədə O.Məmmədov və Y.Dadaşova məlumat verəndən sonra onlar mənzilə daxil olublar.
Qeyd edilən faktla bağlı Qaradağ RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bakıda evdən 200 min manat və külli miqdarda qızıl-zinət əşyaları oğurlanıb - FOTO


Bakıda evdən 200 min manat və külli miqdarda qızıl-zinət əşyaları oğurlanıb - FOTO


Bakıda evdən 200 min manat və külli miqdarda qızıl-zinət əşyaları oğurlanıb - FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram