Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Bakıda qətlə yetirilən gəncin yaxınları xəstəxanaya hücum edib

22-12-2017, 18:15

https://apa.az/upload/images/news/2017/december/22/big/tecili-yardim-1.jpg












Bakıda qətlə yetirilən gəncin yaxınları xəstəxanaya hücum edib.

dogruxeberaz.info APA-ya istinadən xəbərverir ki, hadisə dekabrın 20-də qeydə alınıb. Ürək nahiyəsindən aldığı bıçaq xəsarəti ilə Respublika Klinik Xəstəxanasına daxil olan, 1999-cu il təvəllüdlü Çingiz Ramiz oğlu Qədirli xəstəxanada dünyasını dəyişib. Onun öldüyünü eşidən mərhumun qohumları xəstəxanaya hücum edərək mühafizəçini döyüb, qapıları və şüşələri qırıb, xəstəxanada ciddi dağıntı törədiblər.

Hadisə barədə polisə məlumat verilib.

Faktla bağlı Yasamal rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, məlum bıçaqlanma hadisə dekabrın 20-də paytaxtın Binəqədi rayonu ərazisində yerləşən “Köhnə Bakı” kafesində qeydə alınıb. Kafedə ofisiant işləyən Mirzağa Məmmədov aralarında yaranmış mübahisə zəminində müştəri, 1999-cu il təvəllüdlü Çingiz Ramiz oğlu Qədirlini bıçaqlayaraq qətlə yetirib.

M. Məmmədov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram