ABŞ-dan Azərbaycana göndərilən poçt bağlamasından narkotik çıxdı - VİDEO

ABŞ-dan Azərbaycana göndərilən poçt bağlamasından narkotik çıxdı - VİDEO

















Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddənin poçt vasitəsilə qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən xezerxeber.az-a verilən məlumata görə, gömrük əməkdaşlarının nəzarətində olan marşrut üzrə Amerika Birləşmiş Ştatlarından Azərbaycana - Bakı şəhərində ailəsi ilə birlikdə yaşayan Amerika vətəndaşı Heather Christine Ulrichin adına invoysda "yuyucu vasitə, əl sabunu, açar qabı, şirniyyat" göstərilən poçt bağlaması daxil olub.
Həmin poçt bağlamasına Bakı Karqo Terminalında kinoloji xidmət iti tətbiq edilməklə gömrük nəzarəti keçirilib. Gömrük nəzarəti zamanı, xidməti it reaksiya verdiyi üçün bağlama saxlanılıb və yükün sahibi hava limanına dəvət olunub.
Daha sonra Hava Nəqliyyatında Baş Gömrük İdarəsində sözügedən şəxsin iştirakı ilə bağlama təkrar yoxlanılıb. Nəticədə, bağlamanın içində invoysda göstərilən mallardan əlavə Azərbaycan gömrük sərhədindən düzgün bəyan etməməklə keçirilən həblər aşkar edilib.
Bunlar - üzərində "Oxycodone-Acetaminophen 10-325" sözləri yazılmış plastik qabda 270 ədəd, üzərində "Hydrocodone-Acetaminophen 7.5-325" sözləri yazılmış plastik qabda 180 ədəd, üzərində "Methylphenidate ER 54 mg tab" sözləri yazılmış plastik qabda 90 ədəd və üzərində "Pjmasks Tangy Candy" sözləri yazılmış iki ədəd polietilen paketdə 10 ədəd həb olub.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, üzərində "Oxycodone-Acetaminophen 10-325" markalanma yazısı olan flakondakı 270 ədəd həbin tərkibində ümumilikdə 2,7 qram oksikodon, 87,75 qram asetaminofen; üzərində "Hydrocodone-Acetaminophen 7,5-325" markalanma yazısı flakondakı 180 ədəd həbin tərkibində ümumilikdə 1,35 qram hidrokodon, 87,75 qram asetaminofen; üzərində "Methylphenidate ER 54 mg tab" markalanma yazısı olan flakondakı 90 ədəd həbin tərkibində ümumilikdə 4,86 qram metilfenidat müəyyən edilib.
Oksikodon, hidrokodon preparatları Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına, metilfenidat preparatı Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına daxildir.
Faktla bağlı araşdırma aparılır.


ABŞ-dan Azərbaycana göndərilən poçt bağlamasından narkotik çıxdı - VİDEO


ABŞ-dan Azərbaycana göndərilən poçt bağlamasından narkotik çıxdı - VİDEO


ABŞ-dan Azərbaycana göndərilən poçt bağlamasından narkotik çıxdı - VİDEO



Tarix:19-04-2018, 15:04 Baxış Sayı:183 Kateqoriya:hadise
SON XƏBƏRLƏR
Dağlıq Qarabağda yeni gəlişmə - Separatçılar çarəsiz durumda
Azərbaycanda insanların restoran və iş yerlərinə xüsusi kod vasitəsilə daxil olması təklif edilir
Sabahın hava proqnozu
İşğalçı Ermənistan ordusu atəşkəsi 69 dəfə pozub
Azərbaycanda dəhşətli qətl: Qonşusunu bıçaqlayıb öldürdü
AERA bu il 431 texniki yoxlama aparıb
SMS-siz küçəyə çıxan 3 nəfər həbs olundu - RƏSMİ
AYİB ticarətin maliyyələşdirilməsi proqramının limitini artırıb
Müdafiə nazirinin müavini vəzifəsindən azad olundu
Komitə sədrinin şəhid anasına münasibəti
MEHDİ HÜSEYNZADƏ YENİ VƏZİFƏYƏ TƏYİN EDİLDİ
“ATƏT-in Minsk Qrupu tərəfindən münaqişənin nizamlanması üzrə əməli addımların atılmasının zamanıdır”
Deputat Naqif Həmzəyev seçiciləri qəbul etdi FOTO
“Fairmont” ancaq müştərilərdən üzr istədi : Hovuzu bağladı
Bəhram Bağırzadə aktiv hərəkətlərə başladı
Ermənistan silahlı qüvvələri atəşkəsi 78 dəfə pozub
Lotu Qulinin tərəfdarları saxlanıldı - Video
Bakıda koronavirusa ən çox yoluxma bu rayonlardadı...
ATV-də koronaya yeni yoluxma... – Video
Azərbaycanlı idmançılar Bakıda karantinə alınmayacaqlar
Cəlilabadda izahat işləri və dezinfeksiya tədbirləri davam etdirilir - FOTO
“Araz Supermarket”lə bağlı cəza
Bakı polisi reyd keçirir - Foto
ATU-nun daha bir klinikasında 24 tibb işçisi koronavirusa YOLUXDU
Çatdırılma xidmətlərinə yenidən icazə verildi
Saatlıda nələr baş verir? - Deputat həyəcan təbili çaldı
Jurnalistləri təhqir edən gənc həbs edildi
Kimlərə işsiz statusu verilmir?
Paşinyanı ermənilərin 85%-i dəstəklədi? – Şübhəli sorğu
Sabah 38 dərəcə isti olacaq - HAVA

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla