hadise
25.06.2018, 10:17
Bakıda iki ev yanıb
Bakıda iki ev yanıb.
DogruXeber.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakının Nərimanov rayonunda ümumi sahəsi 36 m2 olan taxta konstruksiyalardan ibarət birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları, ev əşyaları və bitişik tikilmiş ümumi sahəsi 83 m2 olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 60 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.