Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Azərbaycanda hərbi hissədə əsgər bıçaqlandı - Elçin Quliyev xəstəxanaya getdi

Azərbaycanda hərbi hissədə əsgər bıçaqlandı - Elçin Quliyev xəstəxanaya getdi
8-09-2018, 20:10 225 dəfə baxılıb

Azərbaycanda hərbi hissədə əsgər bıçaqlandı - Elçin Quliyev xəstəxanaya getdi













2018-ci il sentyabrın 8-də Dövlət Sərhəd Xidmətinin (DSX) N saylı hərbi hissəsində 1997-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Silahlı Qüvvələrə 2018-ci ilin iyul ayında çağırılmış əsgər İsgəndərov Ceyhun İsa oğluna mülki şəxs tərəfindən bədən xəsarəti yetirilib.

“DogruXeber.az” DSX-yə istinadən xəbər verir ki, hadisə saat 15:00 radələrində baş verib.

Məlumata görə, 1986-cı il təvəllüdlü, Ağdam rayon sakini Hüseynov Camal Saleh oğlu əsgər C.İsgəndərovun valideynlərinin göndərişi üzrə onunla görüşə gəlməsi bəhanəsi ilə hərbi hissəyə keçib. Orada qəfildən əsgərin döş və qarın nahiyəsinə özü ilə gətirdiyi bıçaqla 3 zərbə endirib.

Yaralı əsgər Sumqayıt təxirəsalınmaz təcili tibbi yardım xəstə­xana­sına çatdırılıb. C.İsgəndərov xəstəxananın və DSX hərbi hospitalının həkimləri tərəfindən əsgər hazırda əməliyyat olunur. Vəziyyəti ağırdır.

Hadisə barədə əsgərin valideynlərinə məlumat verilib.

Faktla bağlı Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Sumqayıt xəstəxanaya gedib.

Hadisəni törədən C.Hüseynov saxlanılıb. O, cinayəti şəxsi münasibət zəminində törətdiyini bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Telegram Facebook Twitter Youtube Instagram