Bərdədə 14 yaşlı çoban bacısına görə ölümə getdi – Təfərrüat

http://teleqraf.com/storage/2017/08/01/meyit.jpg




















Bərdə rayonunda məktəblinin öldürməkdə təqsirli bilinən 1999-cu il təvəllüdlü Tapdıq Mustafalının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hadisə ötən il yanvarın 13-də Bərdə rayonun Mirzəcəfərli kəndində olub.

Kənd ərazisində fermada yaşayan Yevlax rayonunun Qoyun Binəsi kənd sakini, 1999-cu il təvəllüdlü Tapdıq Mustafalı qonşuluqda yaşayan Kəlbəcər rayonundan olan məcburi köçkün, 2003-cü il təvəllüdlü Həsrət Mirzəməmmədovu döyərək öldürüb. Sonra meyti su kanalına atılıb.

İstintaq müəyyən edib ki, qətlə yetirilən Həsrət Mirzəmmədov 7-ci sinif şagirdidir. Ağdaş rayonunun Aral-1 kəndində müvəqqəti məskunlaşmış kəlbəcərli məcburi köçkün Həsrət Mirzəməmmədov Bərdə rayonunda çobanlıq edirmiş.

Hadisə Həsrət Mirzəməmmədov otlaq sahəsində heyvanları otararkən baş verib.

Tapdıq Mustafalı polis tərəfindən yaxalanaraq istintaqa cəlb edilib. O, ilkin ifadəsində yeniyetməni otlaq sahəsinə görə yaranan münaqişə zəminində öldürdüyünü deyib.

Amma istintaq dövründə 18 yaşlı Tapdıq Mustafalının 14 yaşlı Həsrət Mirzəməmmədovu otlaq sahəsi üstündə deyil, başqa səbəbdən qətlə yetirməsi məlum olub.

Belə ki, Həsrət Mirzəmmədov hadisədən bir neçə gün əvvəl Tapdıqı bacısı ilə görüb. O, özündən 4 yaş böyük olan Tapdıq Mustafalıdan bir də bacısına yaxın durmamasını tələb edib. Bu səbəbdən onlar arasında dava-dalaş baş verib. 14 yaşlı oğlanın başına zərbələr endirib öldürən Tapdıq Mustafalı meyiti kanala ataraq qaçıb. Çox keçmədən polis əməkdaşları onu yaxalayıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tapdıq Mustafalı 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib./Teleqraf.com

Tarix:26-01-2018, 10:47 Baxış Sayı:170 Kateqoriya:hadise
SON XƏBƏRLƏR
General Cəbrayıl Usubov vəzifəsindən çıxarıldı
İlham Əliyev qocaları niyə yola salır? – Maraqlı səbəblər
Birinci vitse-spiker deputatı “topa tutdu”: Bura selfi çəkmək yeri deyil
Sabaha olan hava proqnozu AÇIQLANDI
“Nar” 4G istifadəçilərinin sayı il ərzində 85% artıb
Baş Nazirin birinci müavininin köməkçisi vəfat etdi
Hafiz Hacıyevə ağır itki üz verib
Sabahın hava proqnozu açıqlanıb
İlham Əliyev Hacıbala Abutalıbovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib
Əli Həsənov vəzifəsindən azad edildi
Dogruxeber.az daha bir qeyri-adi hadisəylə rastlaşdı! - Foto
Sürücülərlə bağlı yeni QƏRAR
“Polis mitinqdə çox səbrli davranırdı” — Deputat
Sabah yağış yağacaq
Xərçənglə əlaqəli 100 illik sirr açıldı
Sarkisyanın Qarabağla bağlı razılaşdığı HƏLL PLANI AÇILDI: – “7 rayon qaytarılır, əraziyə beynəlxalq sülməramlılar gəlir…”
Şagirdlərin elektron yerdəyişməsinə yenidən start verildi
Sabahın hava proqnozu açıqlandı
Elçin Əlibəyli Əli Kərimlini tənqid etdiyinə görə döyüldüyünü açıqladı – FOTO
Gələn ilin elm və təhsil xərcləri bu qədər olacaq - RƏQƏMLƏR
Azərbaycanda yüngül narkotik vasitələrdən istifadə leqallaşdırılacaq
Azərbaycanlı iş adamı qardaşı oğluna səsləndi: "Əli, dərhal get polisə və təslim ol!" - Video
Azərbaycanda seçkilərin vaxtı açıqlandı — Dekabrın 23-də
Prezident “Dövlətqaçqınkom”un sədrini qəbul etdi
Paşinyan Təhlükəsizlik Şurasını təcili topladı
"Radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib" - Əli Həsənov
Şənbə günü yağış yağacaq
Əfqan Muxtarlı bu gün azadlığa çıxa bilər
Avropa çempionumuza nə olub? - Özü DANIŞDI
Keçmiş hərbçilər icazəsiz aksiyalara qarşı ÇIXDILAR

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla