Yapon dənizində azərbaycanlıların da içində olduğu "Vostok" gəmisinin geniş axtarışlarına başlanılıb - YENİLƏNİB

https://report.az/storage/news/f2ad46b09ebef4728d0b99d92e0cc2a0/74e501b5-81d0-4b3b-a0f5-7b4460c8f3a9.jpg












Yapon dənizində yoxa çıxmış və göyərtəsində iki azərbaycanlının da olduğu "Vostok" balıqçılıq gəmisinin sahibi "Okean" adlı digər gəmisini axtarışlara cəlb edib.

“Report” xəbər verir ki, bu barədə "DV-Flot" şirkətinin direktoru Stanislav Malçevskiyə istinadən RİA "Novosti" məlumat yayıb.

"Gəmi artıq axtarışlara qoşulub, o, xilasedicilərlə əlaqə saxlayaraq axtarış qrupuna daxil olub və Dəniz Xilasedici-Koordinasiya Mərkəzinin göstərişi ilə axtarış nöqtəsinə istiqamət alıb", - deyə o bildirib.

"Okean" axtarış ərazisindən 600 mil aralıdadır və gəmi 5 dəniz mili sürəti ilə gedir. Malçevski bildirib ki, şaxta səbəbindən gəminin buz bağlama riski var.

Eyni zamanda səhər saatlarından gəminin havadan axtarışlarının bərpa olunduğu xəbər verilib. Havadan axtarışlarda "Mi-8" vertolyotları və "Be-200" təyyarələri, həmçinin FHN-in Krasnoyarsk mərkəzindən bir təyyarə iştirak edir.

Son məlumatlara görə, gəmidə 20 heyət üzvü olub. Onlardan ikisi azərbaycanlı olmaqla, 11 Rusiya vətəndaşı, digərləri isə Moldova və Ukrayna vətəndaşlarıdır. Gəmidəki azərbaycanlılar 1972-ci il təvəllüdlü dənizçi Mübariz Hüseynov və 1991-ci il təvəllüdlü dənizçi Ruslan Əlizadədir.

Gəmi ilə əlaqə yanvarın 25-də qəza siqnalından sonra itib.

***01:28

Yanvarın 25-də Yapon dənizində, Rusiyanın Posyet dənizkənarı limanından 50-70 mil aralıda itən "Vostok" adlı balıqçı gəmisinin axtarışları səhər saatlarından genişləndiriləcək.

Bunu TASS-a cümə günü Vladivostok dəniz xilasetmə və koordinasiya mərkəzinin nümayəndəsi deyib.

"Biz səhər tezdən "Vostok" gəmisinin axtarış dairəsini genişləndirəcəyik. Proqnozlara görə, hava 8:10-da işıqlanacaq. Dənizçilərin axtarışı son ümid itənə qədər davam etdiriləcək", - deyə həmsöhbət bildirib.

Cümə axşamı Yapon dənizində qəza siqnalı işə düşüb. Göyərtəsində 20 heyət üzvünün, eləcə də iki azərbaycanlının olduğu "Vostok" trauleri ilə əlaqə kəsilib. Xilasetmə əməliyyatlarına Uzaq Şərq Dəniz Gəmiçiliyinin "Zaborşikov", "Fesko-Diomid" gəmiləri, aviasiya, yaxınlıqdan ötüb keçən gəmilər cəlb edilib.

İki gün ərzində 7286 kv. km dəniz hövzəsi yoxlanılıb. Axtarışlar nəticəsində yalnız radioötürücü, yarıbatmış çəllək, buraz başlıqları, 2 xilasetmə jileti, 2 xilasetmə dairəsi və məişət zibili aşkar edilib.

Gəminin yoxa çıxması faktı üzrə ehtiyatsızlıqdan iki və ya daha artıq şəxsin ölümü ilə nəticələnən dəniz nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarının pozulması maddəsi üzrə cinayət işi başlanıb.

Tarix:27-01-2018, 10:38 Baxış Sayı:157 Kateqoriya:hadise
SON XƏBƏRLƏR
General Cəbrayıl Usubov vəzifəsindən çıxarıldı
İlham Əliyev qocaları niyə yola salır? – Maraqlı səbəblər
Birinci vitse-spiker deputatı “topa tutdu”: Bura selfi çəkmək yeri deyil
Sabaha olan hava proqnozu AÇIQLANDI
“Nar” 4G istifadəçilərinin sayı il ərzində 85% artıb
Baş Nazirin birinci müavininin köməkçisi vəfat etdi
Hafiz Hacıyevə ağır itki üz verib
Sabahın hava proqnozu açıqlanıb
İlham Əliyev Hacıbala Abutalıbovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib
Əli Həsənov vəzifəsindən azad edildi
Dogruxeber.az daha bir qeyri-adi hadisəylə rastlaşdı! - Foto
Sürücülərlə bağlı yeni QƏRAR
“Polis mitinqdə çox səbrli davranırdı” — Deputat
Sabah yağış yağacaq
Xərçənglə əlaqəli 100 illik sirr açıldı
Sarkisyanın Qarabağla bağlı razılaşdığı HƏLL PLANI AÇILDI: – “7 rayon qaytarılır, əraziyə beynəlxalq sülməramlılar gəlir…”
Şagirdlərin elektron yerdəyişməsinə yenidən start verildi
Sabahın hava proqnozu açıqlandı
Elçin Əlibəyli Əli Kərimlini tənqid etdiyinə görə döyüldüyünü açıqladı – FOTO
Gələn ilin elm və təhsil xərcləri bu qədər olacaq - RƏQƏMLƏR
Azərbaycanda yüngül narkotik vasitələrdən istifadə leqallaşdırılacaq
Azərbaycanlı iş adamı qardaşı oğluna səsləndi: "Əli, dərhal get polisə və təslim ol!" - Video
Azərbaycanda seçkilərin vaxtı açıqlandı — Dekabrın 23-də
Prezident “Dövlətqaçqınkom”un sədrini qəbul etdi
Paşinyan Təhlükəsizlik Şurasını təcili topladı
"Radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib" - Əli Həsənov
Şənbə günü yağış yağacaq
Əfqan Muxtarlı bu gün azadlığa çıxa bilər
Avropa çempionumuza nə olub? - Özü DANIŞDI
Keçmiş hərbçilər icazəsiz aksiyalara qarşı ÇIXDILAR

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla