Azərbaycanda daha bir çempionat dayandırıldı

Azərbaycanda daha bir çempionat dayandırıldı







Bu gün Azərbaycan Futzal Federasiyası İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib.Dogruxeber.az “Qafqazinfo”a istinadən xəbər verir ki, iclasda AFF-nin prezidenti Zaur Axundov, vitse-prezident Rəmiş Malıyev, İcraiyyə Komitəsinin (İK) üzvləri – Mahmud Sadıqov və Turqay Fərzəliyev, AFFA-nın Futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov iştirak ediblər.

İK-nın iclasında koronavirus (COVID-19) qlobal pandemiyası ilə əlaqədar qeyri-müəyyən müddətə təxirə salınmış Yüksək Liqanın oyunlarının davam etdirilib-etdirilməməsi ilə bağlı məsələ müzakirə olunub.

Pandemiya ilə əlaqədar yaranmış mövcud vəziyyət, infeksiyanın yoluxma statistikasının yüksəlməsi, ölkə ərazisində karantin rejiminin 2020-ci il avqustun 1-dək uzadılması, idman zallarının fəaliyyətinə qadağaların tətbiq edilməsi, ölkəmizi Çempionlar Liqasında təmsil edəcək klubun adının iyulun 31-dək UEFA-ya təqdim olunması, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi müvafiq qərarlar və verilən tövsiyələr, ən əsası, futzalçıların, məşqçilərin və Yüksək Liqada oyunların təşkilində bu və ya digər şəkildə iştirak edən şəxslərin sağlamlığının qorunması nəzərə alınaraq, 2019/2020-ci il mövsümü üçün Yüksək Liqanın oyunlarının dayandırılması, qalibin və digər mükafatçı komandaların hazırkı turnir cədvəlinə uyğun olaraq müəyyənləşdirilməsi ilə bağlı qərar yekdilliklə (4 lehinə) qəbul olunub.

Qərara əsasən, UEFA Çempionlar Liqasının 2020/2021-ci il mövsümündə ölkəmizi “Araz” klubu təmsil edəcək.

Tarix:1-07-2020, 11:44 Baxış Sayı:187 Kateqoriya:idman
SON XƏBƏRLƏR
Vətəndaşlara səfərbərlik çağırışı SMS-i... - Video
Azərbaycan mayor şəhidini dəfn etdi - YENİLƏNİB
Ombudsman Tovuzun Ağdam kəndində - FOTO
Millət vəkilinin ATƏT-in Minsk qrupuna sərt reaksiyası - VİDEO
Şəhid general Polad Həşimovun fotosu
SON DƏQİQƏ: Daha 5 hərbiçimiz şəhid oldu - RƏSMİ
Birinci vitse-prezidentin tapşırığını icra etməyən məmur kimdir?
Quba-Xınalıq yolunda hərəkət bərpa olundu
Pandemiya dövründə 910 min vətəndaşın iş yeri qorunub
Düşmən Dondar Quşçu kəndini yenidən atəşə tutdu - RƏSMİ
Ermənistanın bu addımı beynəlxalq hüquq normalarının pozulması və Azərbaycana qarşı təcavüzdür
“Paşinyan münaqişənin həllinə söz verdiyi üçün təxribata əl atır”
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA
Azərbaycanda koronavirusla bağlı SON STATİSTİKA
Ermənistan yaralıların sayını artırdı, ancaq...
“Nar” və TƏBİB “Günün Qəhrəmanları” müsabiqəsinə start verir
“Azərbaycan əzəli, əbədi torpaqlarına sahib çıxmaq fikrindən dönməyəcək”
Sabah yağış yağacaq
“LUKOİL”da partlayış oldu
Cəbhədə gərginlik artır: Atəşkəs rejimi 70 dəfə pozulub
İş icazəsi ilə Lerikə gedənlər cərimələndi
Koronavirusa yoluxan şəxs küçəyə çıxıb qonşusu ilə dalaşdı
Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini 120 millimetrlik minaatanlardan atəşə tutub
Bakıda 6 yaşlı oğlanı küçədə it dişlədi
Daha bir yüksək rütbəli şəxs koronavirusa yoluxdu
Azərbaycanda 531 yeni yoluxma və 6 ölüm faktı
"Soydaşlarımızın girovluqda saxlanılması Ermənistanın insanlıq əleyhinə cinayət əməllərinin sübutudur"- Naqif Həmzəyev
Bakıda parkın içində tikilən obyekt söküldü - Video
Sabah havanın hərarəti 35 dərəcəyə yüksələcək
SOS: Gözlənilən temperatur artımı yaxın 5 il ərzində baş verəcək

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla