Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Bu gün “Shamkir Chess 2018” turnirinə yekun vurulacaq

Bu gün “Shamkir Chess 2018” turnirinə yekun vurulacaq
28-04-2018, 08:28 317 dəfə baxılıb

Bu gün “Shamkir Chess 2018” turnirinə yekun vurulacaq













Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2018” turnirinə bu gün yekun vurulacaq. Apasport.az saytının məlumatın görə, IX tur eyni zamanda son tur olacaq.

Son turda iki azərbaycanlı qrossmeyster üz-üzə gələcək. Yığmamızın lideri Şəhriyar Məmmədyarov turnirin autsayderlərindən sayılan Rauf Məmmədovla qarşılaşacaq. Rauf ağ, Şəhriyar qara fiqurlarla oynayacaq.

Teymur Rəcəbov da qara fiqurlarla mübarizə aparacaq. Şahmatçımız sonuncu pillənin sahibi David Navara ilə görüşəcək. Lider Maqnus Karlsen son turda ən yaxın izləyicisi Dinq Lirenlə münasibətlərinə aydınlıq gətirəcək. Məhz bu görüşün nəticəsi turnirin qalibini müəyyənləşdirəcək.

“Shamkir Chess 2018”

IX tur

28 aprel

David Navara (Çexiya, 2745) - Teymur Rəcəbov (Azərbaycan, 2748)

Rauf Məmmədov (Azərbaycan, 2704) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2814)

Maqnus Karlsen (Norveç, 2843) - Dinq Liren (Çin, 2778)

Radoslav Voytaşek (Polşa, 2744) - Aniş Giri (Hollandiya, 2777)

Sergey Karyakin (Rusiya, 2778) - Veselin Topalov (Bolqarıstan, 2749)

Turnir cədvəli: Karlsen – 5,5 xal; Liren – 5; Topalov, Giri, Məmmədyarov, Voytaşek, Karyakin, Rəcəbov – 4; Məmmədov – 3,5; Navara – 2.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Telegram Facebook Twitter Youtube Instagram