Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Qurban Qurbanov millinin heyətini açıqladı

Qurban Qurbanov millinin heyətini açıqladı
27-08-2018, 14:16 294 dəfə baxılıb

Qurban Qurbanov millinin heyətini açıqladı













Milli komandamızın baş məşqçisi Qurban Qurbanov Millətlər Liqasının ilk iki oyunu – Kosovo ilə sentyabrın 7-də Bakıda və Malta ilə sentyabrın 10-da səfərdəki oyunlar üçün yığmanın heyətini açıqlayıb. “DogruXeber.az” xəbər verir ki, təcrübəli mütəxəssis 25 futbolçuya dəvət göndərib.

Sabahdan təlim-məşq tolanışına çağırılan oyunçular arasında Avropa Liqasının pley-off raundunun cavab görüşündə Moldova “Şerif”i ilə matçda iştirak edəcək “Qarabağ”ın oyunçuları olmayacaq. Debütantlara gəlincə, yalnız Bəxtiyar Həsənalızadə milli düşərgəyə ilk dəfə dəvət alıb.

Qapıçılar: Kamran Ağayev (“Keşlə”), Səlahət Ağayev (“Neftçi”), Emil Balayev (“Səbail”);

Müdafiəçilər: Maksim Medvedev, Bədavi Hüseynov, Rahil Məmmədov (hamısı “Qarabağ”), Məhəmməd Mirzəbəyov (“Neftçi”), Təmkin Xəlilzadə, Ürfan Abbasov (hər ikisi “Qəbələ”), Bəxtiyar Həsənalızadə (“Sumqayıt”), Pavel Paşayev (“Aleksandriya”, Ukrayna);

Yarımmüdafiəçilər: Qara Qarayev, Coşqun Diniyev (hər ikisi “Qarabağ”), Emin Mahmudov, Namiq Ələsgərov, Rəhman Hacıyev (hamısı “Neftçi”), Cavid Hüseynov (“Qəbələ”), Rahid Əmirquliyev (“Səbail”), Cavid İmamverdiyev (“Sabah”), Riçard Almeyda (“Astana” Qazaxıstan), Dmitri Nazarov (“Aue”, Almaniya);

Hücumçular: Mahir Mədətov (“Qarabağ), Ramil Şeydayev (“Krılya Sovetov”, Rusiya), Rauf Əliyev (“Qəbələ”), Ruslan Qurbanov (“Səbail”).






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Telegram Facebook Twitter Youtube Instagram