Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Gələn il inflyasiya olacaq - Mərkəzi Bankdan manat proqnozu

Gələn il inflyasiya olacaq - Mərkəzi Bankdan manat proqnozu
28-12-2018, 11:30 257 dəfə baxılıb

Gələn il inflyasiya olacaq - Mərkəzi Bankdan manat proqnozu













Mərkəzi Bank gələn il manatın məzənnəsi ilə bağlı gözləntiləri açıqlayıb.

Mərkəzi Bankdan BakuPost-a verilən məlumata görə, 2018-ci ildə manatın xarici valyutalara nəzərən məzənnəsi tədiyə balansı üzrə meyillərə və bundan asılı olan valyuta bazarındakı tələb-təklif nisbətinə uyğun olaraq formalaşıb, xarici sektor göstəricilərinin yaxşılaşması şəraitində və qəbul edilmiş makroiqtisadi siyasət çərçivəsində manatın ABŞ dollarına nəzərən ikitərəfli məzənnəsinin sabitliyi davam edib.

Ümumilikdə manat 2018-ci ildə möhkəmlənmə təzyiqi altında olub, valyuta bazarında təklif tələbi üstələyib. Yalnız aprel və avqust aylarında xarici valyutaya tələbin artması bəzi tərəfdaş ölkələrdə milli valyutanın kəskin ucuzlaşmasının məzənnə gözləntilərinə təsiri ilə əlaqədar olub. Bu aylarda valyutaya tələbin artması fundamental makroiqtisadi amillərdən irəli gəlmədiyindən onun məzənnəyə təsiri neytrallaşdırılıb. Sonrakı aylarda bu ölkələrdə mərkəzi banklar tərəfindən qəbul edilmiş pul siyasəti qərarları maliyyə bazarlarını stabilləşdirib.

Mərkəzi Bankın bəyanatında qeyd edilir ki, 2018-ci ildə də manatın rəsmi məzənnəsi banklararası bazarda əqdlər üzrə orta məzənnə (hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilib. İl ərzində banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın səviyyədə formalaşıb. 2018-ci ildə inflyasiyanın faktiki dinamikası və valyuta bazarındakı tarazlıq inflyasiya gözləntilərini stabilləşdirib. Biznes sektorunun inflyasiya gözləntiləri bütün sektorlarda, xüsusən də ticarət və xidmət sektorunda azalıb. Ev təsərrüfatları üzrə inflyasiya gözləntiləri 2015-ci ildən bəri minimum səviyyəyə düşüb. Mərkəzi Bankda ilin əvvəlindən faiz dəhlizinin parametrləri bir neçə dəfə müzakirə edilib, uçot dərəcəsi mərhələlərlə 15%-dən 9.75%-ə endirilib. Faiz dəhlizinin aşağı həddi 10%-dən 7.75%-ə, yuxarı həddi isə 18%-dən 11.75%-ə endirilib.

Mərkəzi Bankın bəyanatında qeyd edilir ki, əsas ticarət tərəfdaşlarımızda məzənnə volatilliyinin yüksəlməsi və onlarda inflyasiyanın yüksələrək idxal vasitəsilə milli iqtisadiyyatda qiymət sabitliyinə təsiri riski növbəti ildə də əhəmiyyətli olaraq qalmaqdadır. Dünyanın aparıcı iqtisadiyyatlarında pul-kredit siyasətlərinin normallaşdırılması istiqamətində proqnozlaşdırılan proseslərin ölkədə qiymətlər sabitliyinə, ilk növbədə valyuta bazarına və milli valyutanın məzənnəsinə təsiri minimaldır və mövcud makroiqtisadi alətlər vasitəsilə neytrallaşdırılacaq. Mərkəzi Bank hesab edir ki, xarici mühitin makroiqtisadi sabitliyə ən mühüm təsir kanalı dünya enerji bazarlarının konyunkturası qalmaqdadır. Proqnoz dövründə neftin dünya bazarlarında qiyməti bir tərəfdən qlobal iqtisadi artım və bu əsasda neftə olan tələbatın formalaşması, digər tərəfdən qlobal təklifin idarə olunması ilə tələb-təklif nisbəti, habelə geosiyasi amillərin təsiri altında formalaşacaq. Bu amillərin məcmu və əksər hallarda müxtəlif istiqamətli təsiri qlobal neft bazarında qeyri-müəyyənliyi və müşahidə olunan qiymət dəyişkənliyini şərtləndirir. Bütün bunları nəzərə alaraq Mərkəzi Bank növbəti il və ortamüddətli dövrə pul-kredit siyasətinin əsas istiqamətlərinin formalaşmasında həm rəsmi baza proqnozunu, həm də bu proqnozlara təsir edə biləcək neqativ amillərin neytrallaşdırılmasını nəzərdə tutur.

Növbəti ildə pul siyasətinin son hədəfi inflyasiyanı 4% (±2%) səviyyəsində saxlamaqla qiymət sabitliyinin Mərkəzi Bankın səlahiyyətləri çərçivəsində qorunması olacaq. Manatın ikitərəfli məzənnəsinin dinamikası növbəti ildə də aşağı inflyasiyanın vacib şərtlərindən biri olacaqdır. Hesablamalar göstərir ki, manatın möhkəmlənməsinin qiymətlərə azaldıcı təsiri ilə müqayisədə onun ucuzlaşmasının inflyasiyaya artırıcı təsiri daha yüksəkdir. Bu baxımdan milli valyutanın məzənnəsinin dayanıqlığı qiymətlər sabitliyinin "lövbərləşməsi”nin təmin edilməsinin başlıca şərtidir. Valyuta bazarının tarazlığını təmin edən başlıca amil dövlətin valyuta təklifi ilə iqtisadiyyatın valyutaya olan tələbinin əsas komponentləri arasındakı tarazlıq olacaq. Valyuta tələbi dövlət xərclərindən təsirlənən idxal dinamikası, xarici borc axınları və kapital hesabının saldosu, habelə beynəlxalq konyunkturun dolayı effektlərindən təsirlənəcəkdir: "Manatın məzənnəsinin uzunmüddətli meylini məhz bu makroiqtisadi fundamentallar müəyyən edir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Telegram Facebook Twitter Youtube Instagram