Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

"Fitch" Azərbaycanda iqtisadi artım tempinin sürətlənəcəyini proqnozlaşdırır

14-02-2018, 19:12

"Fitch" Azərbaycanda iqtisadi artım tempinin sürətlənəcəyini proqnozlaşdırır













"Fitch" beynəlxalq reytinq agentliyi qrupuna daxil olan "BMI Research" araşdırma şirkəti Azərbaycanda növbəti iki il üçün iqtisadi artımla bağlı proqnozunu açıqlayıb.

Şirkətin Azərbaycanla bağlı hazırladığı "Ölkə üzrə risk” adlı proqnoz hesabatında qeyd olunub ki, proqnoza əsasən bu il iqtisadi artım 2017-ci illə müqayisədə 1,2%, gələn il isə 3,3% təşkil edəcək.

"Nominal ifadədə 2018-ci ildə ÜDM-in 43,4 milyard dollar, 2019-cu ildə isə 47,3 milyard dollar olacağı gözlənilir. Bundan başqa, Azərbaycanda istehlak qiymətləri indeksinin bu il 9%, gələn il isə 4,8% olacağı proqnozlaşdırılır,” – deyə hesabatda qeyd olunub./apa






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram