Kənd təsərrüfatının böyük “inkişafı” – Qiymətlər ceyran belində

Kənd təsərrüfatının böyük “inkişafı” – Qiymətlər ceyran belində













Son günlər bəzi kənd təsərrüfatı məhsullarının , xüsusən də pomidorun qiyməti əsas müzakirə mövzusudur. Bir çox dükan –bazarlarda pomidorun kilosu nəinki 1 manata, artıq 1.50-1.70 manata satılır. İyul ayı üçün bu qiymət nonsens sayılır.

“DogruXeber.az” xəbər verir ki, Musavat.com-un müxbiri bu günlərdə paytaxtda aqrar məhsulların topdan və pərakəndə satışını həyata keçirən “8-ci kilometr ” bazarına baş çəkib. Qiymətlər nəinki alıcıları, elə satıcıları da narazı salıb. Onlar topdansatış mərkəzlərindən götürdükləri məhsulların günbəgün artdığını bildirirlər. Xüsusən də pomidor, xiyar, soğan, gilas, alça kimi məhsullarda bu özünü daha çox göstərir. Nəticədə alıcılıq azalır və məhsul satışının həcmi öncəki dövrlərlə müqayisədə aşağı düşür.

Qiymətlərə gəlincə, hazırda bazarda ən çox ucuzlaşan məhsul kartofdur, kiloqramı bir həftə öncə 1 manat olsa da, hazırda 50-55 qəpik arasında dəyişir. Soğanın qiyməti isə əksinə, çox bahadır, hər ilin bu dövründə soğan 20-30 qəpiyə satılsa da, indi 90 qəpik – 1 manat arasındadır. Ən çox rezonansa səbəb olan pomidor isə 60 qəpikdən 1.20 -1.50 manata yüksəlib, hətta bazarda kənarda bəzi kiçik dükan və mağazalarda 1.50-1.70 manata da təklif olunur. Badımcanın kiloqramı hər il bu dövrdə 30-40 qəpiyə düşürdüsə, bu il iki dəfə baha 60-80 qəpiyə satılır. Xiyar da bahalaşaraq, 70 qəpiyi ötməkdədir. Sarımsağın kiloqramı isə 1 manatdır.

Bostan məhsullarından qarpızın kiloqramı 35, yemişin 1 kq-ı isə 60 qəpikdir. Kələm 40-50 qəpiyə, qarğıdalının 3-4 ədədi 1 manatadır. Meyvələrdən ucuzlaşmamaqda israrlı olan gilas və alçadır ki, gilas 3.50 manatdan başlayır. Alçanın qiyməti 3-5 manat arasında dəyişir. Ərik bir qədər ucuzlaşıb, cır ərik 2.50 manata, sort əriklər isə 3 manatdan başlayan qiymətlərlədir. Armud və almanın kiloqramı 1.50 civarındadır.

Səbəblərə gəlincə, satıcılar bildirdilər ki, son 10 gündə ki, kartofun qiyməti ucuzlaşıb: “1 manata satılan kartof indi 60 qəpiyə düşüb. Bazarda ən çox Tovuz kartofudur. Gədəbəy kartofu çox azdır. Bazarda Gürcüstan, Rusiya, Belarusiya kartofu da var. Yerli məhsul onlardan daha ucuz olduğundan iş adamlarına idxal sərf etmir. Kartof bolluğu qiymətlərə də təsir edir. Soğanı şok həddə bahalaşmasının səbəbini isə satıcılar ixracla əlaqələndirirlər: “Hazırda bazarda Bərdə soğanı satışdadır. Ağdam soğanı demək olar ki, yoxdur. Səbəbi isə ixracla bağlıdır. Bundan əlavə, bu il soğan sahələrini xəstəlik də vurdu və bu da məhsuldarlığın azalmasına səbəb oldu”.

Alıcılar da son günlər bazarda qiymətlərdən şok keçirdiklərini etiraf etdilər. Pomidorun 1.50 manata, soğanın 1 manata qalxması onları da narahat edir. Qadınlar isə qışa tədarüklə bağlı bu il heç nə edə bilmədiklərindən təəssüflənirlər.

Tarix:11-07-2019, 10:47 Baxış Sayı:19 Kateqoriya:iqtisadiyyat / sosial
SON XƏBƏRLƏR
İnternet oyunları xəstəlik kimi qəbul olundu
Etibar Pirverdiyev at ilxısını satdı – Birini 500 min dollara
Adnan Oktarla bağlı yeni dəhşətli FAKTLAR ÜZƏ ÇIXDI: 6 yaşlı qızları….
DİN təcili bəyənat yaydı - İmkan verin işimizi görək
Baxımsız xalq şairinin büstü nəhayət yada düşdü
İsmayıllıda meşədə narkotik becərən şəxs saxlanılıb
Nazir yeni rəislər təyin etdi
İşçi müdirdən prokurorluğa şikayət etdi
Azərbaycan taekvondoçusu Universiadada bürünc medal qazanıb
Xan Sarayı bağlandı – RƏSMİ
Bədəninizdəki təhlükəli xallar – Hansılar xərçəncə çevrilə bilər?
Enerji içkiləri ilə bağlı qadağalar tətbiq olunacaq – VİDEO
Bu gün rezidenturaya qəbul imtahanlarının 2-ci mərhələsi keçirilir
Bakı Nəqliyyat Agentliyi taksilərlə bağlı hərəkətə keçdi
Nazirlik: İyul ayında ən sərin hava 1918-ci ildə qeydə alınıb
Zakir Fərəcovun müavini qoçuluq edir... - "Bizi işdən çıxarmaqla hədələyir..."
Daha bir müğənninin kriminal avtoritetlə əlaqəsi üzə çıxdı
Əlilliyi olan şəxslərdən maraqlı addım - Video
Gömrük əməkdaşları Nəriman Nərimanovun yeganə varisinə ŞOK YAŞATDILAR — «Sınıq Körpü»də BİABIRÇILIQ
Yevlaxda meşədə güclü yanğın başlayıb — Xəsarət alan var (VİDEO)
Qeyri-sabit hava şəraitinin nə vaxtadək davam edəcəyi açıqlandı
“CavanNar” tarifinə qoşul, 10 GB internet əldə et!
Mikoyan və Suslovun “millətçilikdə” günahlandırdığı Nazim Hacıyev kim olub?
Masallıda daha bir qəza - Ölən və xəsarət alanlar var
“Deməli, Əmlak Komitəsi mənə saxta sənəd verib?” – Müşfiq ev qalmaqalından danışdı
Cari ildə 142 - Çağrı mərkəzi tərəfindən 127 253 müraciət cavablandırılıb
“Telegram” və “WhatsApp” istifadəçiləri, ehtiyatlı olun: yeni casus proqramı peyda olub
Bakıda köşklər və iaşə obyektləri dezinfeksiya olunur - FOTO
Azərbaycan gömrüyündə daha bir biabırçılıq – Fotolar
İntihar edən rəis oğlu keçmiş polis işçisi imiş - TƏFƏRRÜAT

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla