Azərbaycanda ətin qiymətini kimlər qaldırır?

Azərbaycanda ətin qiymətini kimlər qaldırır?













"Son üç ildə aqrar sahə ilə bağlı müəyyən addımların atılmasına baxmayaraq, təəssüf ki, problemlərin həllinə sistemli yanaşmanın şahidi olmuruq".

“DogruXeber.az” xəbər verir ki, bu fikriləri Reyting.az-a açıqlamasında ReAL partiyanın icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli səsləndirib. Onun sözlərinə görə, son illər kənd təsərrüfatında istehsalda da, ixracatda da müəyyən artımlar olsa da, başqa problemlər yaranıb.

Yerli məhsullar xaricə daşınır

N. Cəfərli bildirib ki, ölkə əhalisinin tələbatı ödənilmədən yerli məhsullar xaricə ixrac edilir. Daxili istehlakı ödəmədən xarici ixracata yönəlik siyasətin aparılması isə daxili bazarda məhsulların qıtlığına və qiymətlərin artmasına gətirib çıxarır. Çünki aqrar sahədə istehsalın cəmi 3 faiz artmasına baxmayaraq, ixracatda 10 faizə yaxın artım var. Ekspertin fikrincə, ixracatın artımı ölkəyə valyuta daxil olması baxımından müsbət olsa da, məhsuldarlıqla bağlı problem daxil bazarda məyyən qıtlıq yaradıb. Bu isə qiymət artımı ilə nəticələnib.

Ətin qiymətini qaldıran səbəblər...

Ekspert nəzərə çatdırıb ki, sistemli yanaşma olmadığından texniki bitkilərə üstünlük verilir. Ənənəvi bostançılıq rayonlarında texniki bitkilərə çox yer verilməsi, əsasən də pambıqçılığın artırılması bostan məhsullarının qıtlığı və bahalaşması ilə nəticələnib:

"Əvvəl maldarlığın inkişaf etdiyi, otlaq sahələrinin çox olduğu rayonlarda da texniki bitkilərin əkilməsinə başlanılması yeni problemlər yaradıb. Yəni, son iki ildə ət də bahalaşıb

Problemlərə kompleks, sistemli yanaşmanın olmaması ciddi problemlərə yol açır. Ölkənin kənd təsərrüfatının inkişafı üçün öncə araşdırma aparılmalıdır ki, hansı sahələrdə münbit şərait var, hansı sahələr daha lazımlıdır. Ondan sonra iş qurulmalıdır".

Məhsuldarlıq enir, qiymətlər qalxır

İqtisadçı bildirib ki, aqrar sahədə əsas məsələ məhsuldarlıq olsa da, buna lazımi diqqət ayrılmır:

"Bir məsələni də qeyd edim ki, Azərbaycanda məhsuldarlıq azdır. İnkişaf eləmiş ölkələrlə müqayisədə ənənəvi kənd təsərrüfatı məhsullarının istehsalı 3 dəfə aşağıdır. Məsələn, taxılçılıqda məhsuldarlıq 3 dəfə, bostan məhsulları 2 dəfə aşağıdır. Aqrotexniki qaydalara doğru-dürüst əməl olunmaması, elmi yanaşmanın tətbiq edilməməsi, əkinə yararlı torpaqların azlığını da nəzərə alsaq, aqrar siyasətə daha həssas, daha düzgün yanaşma tətbiq olunmalıdır. Bunun olmaması məhsuldarlığın aşağı düşməsi ilə nəticələnir".

Nazirliyin yarımçıq idarəetməsi...

N. Cəfərli ölkədə aqrar siyasəti reallaşdıran Kənd Təsərüfatı Nazirliyinin (KTN) fəaliyyəti, qurumun idarəetmə sistemi barədə də fikirlərini bölüşüb. Bildirib ki, KTN-nin yeni rəhbərliyi müəyyən dəyişikliklərin edilməsinə çalışır: "Yeni məlumat bazasının yaradılması, fermerlərə texniki dəstəyin göstərilməsi ilə bağlı müəyyən addımlar atılır, amma bunlar yetərli deyil. Çünki Kənd Təsərrüfatı Nazirliyi əsasən regionlarda çalışmalı, yerli icra hakimiyyəti orqanları ilə ahəng şəkildə iş qurmalıdır. Amma bu məsələdə də ciddi uyğunsuzluq var.

KTN ilə yerli icra hakimiyyəti orqanları arasında əlaqənin zəif olması isə işlərin “axsamasına” səbəb olur. İdarəetmənin təkmilləşdirilməsi yönündə növbəti islahat xarakterli addımların atılmasına, güclü kadr potensialının yaradılmasına, xaricdə ölkəmiz üçün yeni kadrların formalaşdırılmasına ehtiyac var. Təəssüf ki, bu yöndə ciddi addımların atıldığını görmürük.

Ən pisi odur ki, bizdə idarəetmənin ahəngi yoxdur. Müxtəlif nazirliklərin maraqları kəsişəndə hər nazirlik öz marağı çərçivəsində hərəkət edir. Eyni zamanda, yerli icra hakimiyyətləri də öz maraqlarından çıxış edəndə, bu, problemlərin həllinə kompleks yanaşmaya mane olur. Ölkədə bütün sahələrdə vəziyyət eynidir. Amma kənd təsərrüfatındakı ağır durum hər kəs tərəfindən açıq şəkildə hiss olunur. On görə də aqrar sahədə idarəetmə təkmilləşdirilməli, müasirləşdirilməlidir. Mənə elə gəlir ki, nazirliyin yeni rəhbərliyi bu yöndə hələ çox işi görməlidir".

Tarix:30-07-2019, 11:19 Baxış Sayı:44 Kateqoriya:iqtisadiyyat
SON XƏBƏRLƏR
Vilayət Eyvazov Bernd Aleksander Bayerlini qəbul edib - FOTO
Ağdam sakini Qarabağ müharibə iştirakçısının qəlbləri yandıran son aqibəti -Video
Salyan rayonunda düz danışanların aqibəti dəlixanadır -Video
Spiker deputatın 2 aylıq uşağına süd verdi – FOTO
“Bizə Amerika papağı taxmaq yaraşmaz” — Nazarbayev
İnstaqram bunu bacaranlara pul mükafatı verəcək
Azərbaycanda narkotikə görə həbs olunanların sayı açıqlandı
“Müxalifət dəfnə gəlməsin” deyən Qabil Hüseynliyə YAP-dan REAKSİYA: “Bölücülük yaxşı hal deyil”
Kriminal avtoritetlər yeni qanunda BOŞLUQLAR TAPDILAR
Dəmir yollarında yeni yoldəyişənlər quraşdırılır
Yasamal qəbiristanlığının saytı yaradılır
"Relaks"ın 30 minlik işıq pulu borcu üzə çıxdı
Bu günün havası ilə bağlı — XƏBƏRDARLIQ-EHTİYATLI OLUN!
Pilotla vida mərasiminə jurnalistlər buraxılmır
Rəsulzadənin nəvəsi Mübariz Mənsimovdan yazdı – Foto
Beriya tərəfindən “başı yeyilən komsomol” – Kosarevin 36 yaşda qırılan ömrü
Qəzaya düşən pilotumuzun cəsədi tapıldı – SON DƏQİQƏ
"Şirkətimizin Müsavat Partiyası ilə heç bir əlaqəsi yoxdur" — “Sirab” ASC-nin İdarə Heyətinin sədrindən AÇIQLAMA
“Nar”-ın sürətli 4G şəbəkəsi artıq Qobustan və Xızıda!
Bu gündən havanın temperaturu yüksəlir
Generalın bacısı oğluna vəzifə verildi — FOTO
Tanınmış azərbaycanlı jurnalist erməni səfiri təriflədi... -Hansı səbəbdən?
Yeni yaradılan qurum hansı işləri görəcək?
Azərbaycanlı aktyor beyin insultu keçirdi – Həkimlər 72 saat vaxt qoyub
Qəzaya uğrayan MiQ-29 təyyarəsinin “qara qutusu” tapılıb - FOTO
Sahibkarlığın İnkişafı Fondu sahibkarın yox, inhisarçınn yanındadır... - ARAŞDIRMA
Əxlaqsız qadınların Bakıdan Dubaya axını azalıb — SƏBƏBLƏR
“Nə qulyabanı? Başımız qarışıb pambığa, baramaya…”
Nazir rəisi işdən uzaqlaşdırdı
Azərbaycan ərəb ölkələrinə bal ixracı ilə bağlı danışıqlar aparır

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla