Azərbaycanda qızılın bahalaşması gözlənilir - PROQNOZ

Azərbaycanda qızılın bahalaşması gözlənilir - PROQNOZ





Toy mövsümünün başlaması ilə bağlı noyabrda qızılın qiymətində artımlar müşahidə olunacaq.
Bunu Oxu.Az-a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov qızılın qiyməti ilə bağlı gözlənilən proqnozları şərh edərkən deyib.
O, bildirib ki qızılın qiyməti daha çox dünya bazarındakı qiymətə uyğun olaraq müəyyənləşir:

"Ölkəmiz əsəsən dörd ölkədən - Türkiyə, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri və Rusiyadan qızıl idxal edir. Həmin ölkələrdə də qiymət dünya bazarındakı qızılın qiymətinə uyğun olaraq müəyyənləşir. Son bir ildə dünya bazarında qızılın qiymətində 22 faiz artım olub. Bu, son illərin rekord göstəricisidir. Artım qlobal ticarət savaşı ilə bağlıdır. Son altı ayda qızılın qiymətində 17 faiz artım, son bir ayda isə 2,3 faiz azalma müşahidə olunub. Bu da birbaşa həm qızılın qiymətində əvvəlki dövrlərdəki kəskin artım və bundan ehtiyatlanan investorların bir qisminin qızıl bazarındakı sərmayəsini geri çəkməsi, həm ABŞ ilə Çin arasındakı münasibətlərin müəyyən qədər normallaşması, həm də ABŞ-ın Avropa Birliyinə tətbiq edəcəyi yüksək tariflərin yubanması ilə bağlıdır. Bütün baş verənlər birbaşa qızıl bazarına təsir edir.

Hazırda dünya bazarında qızılın bir unsiyası 1490 dollardır. Bu o deməkdir ki, dünya bazarında bir qram qızıl almaq üçün 48 dollar ödəmək lazımdır.
Noyabr və dekabr aylarında dünya bazarında qızılın qiyməti ticarət savaşından və ABŞ-ın Avropa Birliyinə yeni tariflər tətbiq edib-etməyəcəyindən asılı olacaq. Amma ilkin proqnozlara görə, qızılın qiyməti stabilləşəcək. Çünki son bir ildə kəskin artımlar müşahidə edilib.
Noyabr ayından sonra toy mövsümünün başlandığını nəzərə alsaq, Azərbaycan daxilində qızıla tələb artacaq. Tələbin çoxalması fonunda daxili bazarda qızılın qiymətində artımlar olacaq. Amma ciddi artımlar proqnozlaşdırılmır.
Dekabr ayında isə dünya bazarındakı stabilliyə uyğun olaraq, Azərbaycanda da qiymətlərdə stabillik müşahidə ediləcək. Bütövlükdə, ilin sonuna kimi noyabrda artım, dekabr da isə stabilləşmənin olacağı proqnozlaşdırılır.

Güman olunur ki, növbəti son iki ayda dünya bazarında bir unsiya qızılın qiyməti 1500 dollar ətrafında dəyişəcək”.

Tarix:21-10-2019, 14:58 Baxış Sayı:47 Kateqoriya:iqtisadiyyat
SON XƏBƏRLƏR
Beş gün dərs olmayacaq
"Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi “Bir kəmər, bir yol” layihəsi çərçivəsində ölkənin əhəmiyyətinin artmasına səbəb oldu" - Deputat
Bu gün ölkə ərazisində havanın temperaturu 23 dərəcəyə yüksələcək.
Baş məşqçi karyerasının ən uğursuz startına imza atdı
“Ona görə də maye qazın qiymətini artırmaq əhalinin rifahına mənfi təsir edəcək...”
Paşinyan Lavrovla Qarabağı müzakirə etdi
Qüdrət Həsənquliyev: “Oktay Gülalıyevlə bağlı cinayət işinin istintaqı DTX-yə tapşırılmalıdır”
Dünya azərbaycanlılarını birləşdirən Əsas Qanun - Konstitusiya Günü ərəfəsində
Qonşuda un kəskin bahalaşdı, bunun Azərbaycana hansı təsirləri ola bilər... - GƏLİŞMƏ
Toy, mebel, istehlak üçün alınan kreditlər haqda şok məbləğ
İnstitut direktoru həkimləri tənqid etdi
Cavid Süleymanov Dövlət Bayrağı Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi
Köpək balığının yediyi turistlə bağlı təzə xəbər var
Ayağı qoparılmış pişiklərlə bağlı müəmmanın üstü açıldı
Ginnesin Rekordlar Kitabına düşmüş bayraq: "İşğaldan azad olunacaq torpaqlarda dalğalanacaq"
Bakıda həbs olunan erməni agenti - Məhkəmə başlayır
Bazar günü hava dumanlı olacaq
Azərbaycanda Dövlət Bayrağı günüdür
Bu marşrutlar artıq Qara Qarayevə getməyəcək
4G “Nar” şəbəkəsi artıq Zərdabda!
Oqtay Gülalıyevi süni nəfəs aparatından ayırdılar – SON XƏBƏR (Foto)
Metrostansiyalara ad verilməsi ilə bağlı məsələyə aydınlıq gətirildi
Şənbə gününün hava proqnozu açıqlandı
Yanvarın 1-dən enerji içkiləri ilə bağlı qaydalar qüvvəyə minir - Bu şəxslərə satılmayacaq
Bakı Avtovağzalında yeni xidmət - 3 saatı 1 AZN - QİYMƏTLƏR
Bakıda yazıb-oxumağı bilməyən qadının adına milyonluq şirkət açdılar - FOTO
Enerji içkiləri və qəlyan bu xəstəliklərin cavanlaşmasına səbəb olur - Direktor
Nar Festivalında iştirak haqqı qazanan qaliblər məlum oldu
Şahin Mustafayevin baş nazirin birinci müavini olacağı gözlənilir
İşğaldakı rayonların başçıları gedir: biri 18, biri 27 il, biri isə… – Foto

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla