Bankların vəziyyəti PİSLƏŞƏ BİLƏR – Krediti olanlar MÜTLƏQ OXUSUN

Bankların vəziyyəti PİSLƏŞƏ BİLƏR – Krediti olanlar MÜTLƏQ OXUSUN












Maliyyə Bazarlarına Nəzarət Palatası yalnız Prezidenti və ictimaiyyəti aldatmağı bacarırlar.

DogruXeber.az bildirir ki, bu sözləri hüquqşünas, bank eksperti Əkrəm Həsənov deyib.

Ə. Həsənov hesab edir ki, son günlər Maliyyə Bazarlarına Nəzarət Palatası Prezidentin tənqidindən nəticə çıxarıb və tədbir görmələri ilə bağlı sadəcə görüntü yaradır:

“Palata iki qaydalara dəyişiklik edib və bunu problemin həlli kimi təqdim etməyə çalışır. Söhbət “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar”dan və “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”ndan gedir. Birinci qydalara edilən dəyişikliyə əsasən, müddəti 7 ildən artıq olan istehlak kreditləri üzrə kredit riskinin maksimum miqdarı məhdudlaşdırılıb. İpoteka kreditlərindən başqa, bir qayda olaraq, istehlak krediti 7 ildən artıq müddətə verilmir. İpoteka kreditlərinin həcmi isə onsuz da azalıb. Deməli, bu dəyişiklik formal xarakterlidir. İkincisi, qaydalara edilən dəyişikliyə əsasən kapital adekvatlığı hesablanarkən istehlak kreditləri üzrə risk dərəcəsi artırılıb, biznes kreditləri üzrə isə əksinə azaldılıb. Məlum olduğu kimi, bank əsasən cəlb edilmiş vəsaitlər (əmanətlər və s.) hesabına kredit verir. Amma bankın öz vəsaiti, yəni kapitalı (səhmdarların, sahiblərin qoyduğu pul) da olmalıdır. Ən azı 50 mln. manat. Kapital adekvatlığı verilən kreditlərin (aktivlərin) həmin kapitala nisbətidir. Yəni, bu nisbətə tələb var, bank onu poza bilməz. Burada xüsusi məqam odur ki, sözügedən nisbət hesablanarkən bankın verdiyi kreditlər sadəcə məbləğ üzrə ölçülmür, müəyyən əmsala vurulur. Həmin əmsal risk dərəcəsini ehtiva edir. Yəni, hər kredit növünün öz risk dərəcəsi ola bilər. Bax, Palata da etdiyi dəyişikliklə istehlak kreditinin risk dərəcəsini artırıb, biznes krediti üzrə isə əksinə azaldıb. Formal olaraq nəticədə istehlak kreditləri bankın adekvatlıq dərəcəsinə daha mənfi təsir edəcək. Məhz buna görə də guya bundan sonra banklar daha çox biznes kreditləri verməkdə maraqlı olacaq”.



Ə. Həsənov biznes kreditləri üzrə risk dərəcəsinin azaldılması həmin kreditləri avtomatik olaraq daha az riskli edib-etməyəcəyinə də aydınlıq gətirib:

“Əlbəttə yox. Belə çıxır ki, Palata gözü görə-görə bankları kapital tələblərini pozaraq daha çox biznes krediti verərək daha riskli fəaliyyətə sövq edir. Ancaq bununla nəticədə bankların vəziyyəti daha da pisləşə bilər”.

Bank eksperti vurğulayıb ki, edilmiş dəyişikliklər reallıqda heç nəyi dəyişməyəcək:

“Əvvəla, ona görə ki, banklar onsuz da biznes kreditlərini daha riskli hesab edir (banklar maliyyə hesabatlarını təhrif etməkdə onsuz da mahirdir, Palatanın bunu aşkar etməyə isə savadı və dürüstlüyü çatmır). Çünki mövcud utanmaz, korrupsion və səriştəsiz məhkəmə sistemi çərçivəsində sahibkarlar aldıqları kreditin bir hissəsi hesabına hakimləri və icra məmurlarını ələ ala bilir. İstehlak kreditləri üzrə əks vəziyyətdir: kollektorlar, hakimlər, icra məmurları, bir qayda olaraq, banklara işləyir. Digər tərəfdən, sahibkarlara daha ucuz kreditlər lazımdır. Bankların isə ucuz pulu yoxdur. Palata tədbir görmür ki, Mərkəzi Bank banklara ucuz kredit versin. Hətta Cənab Prezidentin problemli kreditlərlə bağlı 28 fevral tarixli Fərmanı ilə verilməli olan 682 mln. manat məbləğində kredit belə banklara hələ də verilməyib”.

Ə. Həsənov qeyd edib ki, ən əsası isə istehlak kreditlərini yalnız banklar vermir:

“Eyni zamanda, bank olmayan kredit təşkilatları da verir. Amma nədənsə Palata onlara dair heç bir tələb müəyyən etməyib, edə də bilmir. Çünki bu sahədə Palatanın adekvat normativ bazası heç yoxdur. Nəhayət, problemin zirvəsi ticarət şəbəkələrinin nisyə alqı-satqı adı ilə istehlakçılara verdiyi faktiki kreditlərdir. Yəni, həmin şəbəkələr banklardan biznes kreditləri götürür, mal alır və istehlakçıları kreditləşdirir. Bundan sonra bu proses daha da güclənə bilər. Ancaq nəticədə heç nə dəyişməyəcək. Ticarət şəbəkələri banklardan daha çox biznes kreditləri götürəcək və həmin kreditlər az riskli hesab olunacaq. Şəbəkələr isə istehlakçılara faktiki kredit verəcək, amma bu kreditlər artıq Palatanın tənzimləmə dairəsinə düşmür. Deməli, bankların “biznes” kreditləri faktiki elə istehlak kreditləri olacaq, sadəcə arada vasitəçi olacaq. Son nəticədə də risklər daha da artacaq. Beləliklə də Prezidentin qeyd etdiyi problem daha da dərinləşəcək”.

Ə. Həsənov problemdən çıxış yollarını da göstərib:

“İlk növbədə Palata banklar tərəfindən ticarət şəbəkələrini kreditləşdirməsini də məhdudlaşdırmalı idi. Digər tərəfdən isə təşəbbüslə çıxış etməli idi ki, qanunverici ticarət şəbəkələri tərəfindən istehlakçıların kreditləşdirməsini məhdudlaşdırsın. Yəni nisyə alqı-satqıya ən azı limit qoyulsun. Ən azı bunları etmək lazım idi. Əlbəttə, bütün bunları etmək üçün savad və dürüstlük lazımdır”.

Xatırladaq ki, dövlət başçısı istehlak kreditlərinin artması, biznes kreditlərinin azalması barədə narahatlığını bildirmişdi./Turkustan.info

Tarix:6-11-2019, 11:26 Baxış Sayı:44 Kateqoriya:iqtisadiyyat
SON XƏBƏRLƏR
Sumqayıt səmasında uçan helikopterlərdən sakinlər üçün dəvətnamə atılıb
Sarkisyan aprel döyüşləri ilə bağlı ifadə verəcək
Avropaya "siyasi mühacir" kimi "sığınıb" Azərbaycanda "demokratiya" davası döyənlər sadəcə ucuz alverçilərdir - Azər Həsrət
Psixoloqların da diaqnostik qiymətləndirilməsi keçiriləcək - Təhsil Nazirliyi
"Türkiye" qəzetində Mehriban Əliyeva haqqında məqalə dərc olunub - FOTO
Məhkəmə Ağstafada keçmiş polis yoldaşını öldürən rəislə bağlı qərar verdi
İcazəsiz aksiyada inzibati həbs olunan daha 3 nəfər azadlığa buraxıldı
Azərbaycan Prezidenti: Naxçıvan ordusu ən müasir silahlarla təchiz edilib, texnikanın alınması təşkil olunub və bu proses davam etdirilir
Cəlil Məmmədquluzadənin ev muzeyi yenidən açıldı - Foto
Ermənilər ruslara qarşı nümayişə çıxdılar
Baş nazir əhalinin sağlamlığı ilə bağlı qurumlara tapşırıq verdi
Azərbaycanlı jurnalistlər bu gün İrəvana gedir?
“288” saylı tam orta məktəbdə keçirilən uğurlu tədbir-Foto
Deputat yol polisinin “plyonka” qərarını dəstəklədi
Gələn aydan dəmir yolunda biletləri onlayn geri qaytarmaq mümkün olacaq
İki azərbaycanlı alim Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçildi
Bakı-Sumqayıt yolu genişləndiriləcək? - Açıqlama
Almaniya “Mühacir alveri” qurbanlarının işinə yenidən baxa bilər
Bakıda azyaşlı qıza təcavüz edən şəxsin məhkəməsi başladı
Milli Onkologiya Mərkəzinin direktor müavini: "Azərbaycanda xərçəngdən ölənlərin sayı artıb"
Leyla Məmmədovadan fermerlərə MÜRACİƏT: “Onlara inanmayın”
"Bəzi rayonlarda açıq meşə sahələri uzunmüddətli icarəyə verilib"
Serbiya Prezidenti xəstəxanaya yerləşdirildi
Bazar günü hava dumanlı olacaq
Bu şəxslərə pul ödəniləcək - Baş Nazirdən növbəti QƏRAR
Yeni icra başçısı birinci müavinini vəzifəsindən azad etdi
Elçin Əlibəyli televiziya ilə vidalaşdı
DYP: Jalüz və plyonka istifadə edilməsinə görə sürücülər cərimələnmir
Vilayət Eyvazovdan yeni - TƏYİNAT
Daha bir aparıcı ATV-dən ayırıldı

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla