Lombardların fəaliyyətinə dair təklif olunan yeniliklər açıqlanıb

Lombardların fəaliyyətinə dair təklif olunan yeniliklər açıqlanıb














“İşçi qrup tərəfindən “Lombardlar haqqında” qanun layihəsi üzərində təkmilləşdirmə işləri aparılıb”.

DogruXeber.az bildirir ki,bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, “Lombardlar haqqında” qanun layihəsinin üçüncü oxunuşa hazırlanması üzrə İşçi Qrupunun rəhbəri Əli Məsimli deyib.

Komitə sədrinin müavini bildirib ki, bu işlər əsasən iki istiqamətdə aparılıb: “Birincisi, lombard xidmətlərindən istifadə edən borcalanın hüquqi müdafiəsinin gücləndirilməsidir. Bununla artıq lombard tərəfindən kənar şəxslərdən maliyyənin yalnız təminat müqabilində cəlb edilə bilməsi mümkün olacaq. Eyni zamanda verilən kreditlərə görə faizdən başqa hər hansı ödənişin, xərcin tələb olunması, kreditlər üzrə müştərinin öhdəliyinin xarici valyutaya indeksə olunması qadağan ediləcək. Həmçinin qüvvədə olduğu müddətdə kredit müqaviləsinin şərtlərinin müştərinin ziyanına dəyişdirilməsinə yol verilməyəcək. İkincisi, lombardların fəaliyyətinin təhlükəsizliyinin gücləndirilməsi və dövlət nəzarəti altına alınması ilə əlaqədar tənzimləmə və nəzarət proseslərinin sadələşdirilməsidir. Bununla lombard fəaliyyətinə icazənin lisenziyalaşdırma yolu ilə deyil, Mərkəzi Bankda xüsusi reyestrə daxil edilməsi və lombard şəhadətnaməsi verilməsi ilə dövlət nəzarətə götürüləcək”.

Deputat nəzərə çatdırıb ki, qanun layihəsinin yeni redaksiyasına əsasən, Azərbaycanda lombardlara nəzarətdəki boşluq aradan qalxacaq, onların fəaliyyəti qanunla tənzimlənəcək: “Lombardın nizamnamə kapitalının minimum miqdarına dair tələblər Mərkəzi Bank tərəfindən müəyyən olunacaq. Hazırda Azərbaycanda qeydiyyatdan keçmiş 700-dən artıq lombard fəaliyyəti ilə məşğul olan təsərrüfat subyekti müəyyən edilsə də, onların real sayı məlum deyil. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən lombardlar Mərkəzi Bankda qeydiyyatdan keçib reyestrə daxil ediləcək”.

Tarix:20-11-2020, 17:21 Baxış Sayı:58 Kateqoriya:iqtisadiyyat
SON XƏBƏRLƏR
“Nar” “COVID-19” virusu ilə mübarizə aparan həkimlərə rabitə dəstəyini davam etdirir
İcra başçısı yaralı əsgərin evinə 50 manat göndərdi - Goranboyda rüsvayçılıq... -VIDEO
Döyüşlərdə iştirak edən bu şəxslərə - Şad xəbər
“AzerGold” QSC-nin fəaliyyəti nəticəsində indiyədək ölkə iqtisadiyyatına 527 milyon manatdan çox vəsait cəlb edilib
Səfərbərliyə cəlb edilən tələbələrlə bağlı YENİ XƏBƏR
Sumqayıt ŞİH-nə “basqınları” kim təşkil edir? Şikayət var, şikayətçilər isə qeybə çəkilib! – Araşdırma
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO
Sərt karantin rejimində maşın təmir etmək baha başa gəldi
İşğaldan azad olunmuş Ağdamın Abdal və Gülablı kəndləri - Video
FHN polkovniki dövlət sirrini yaydığı üçün həbs edilib - Məhkəmə qərarı
Azərbaycanda aprel ayındakı sərt karantin rejiminə yenidən qayıdılır?
Abşeronda COVID-19 infeksiyası ilə bağlı genişmiqyaslı reydlər bu gün də davam etdirilib –FOTOLAR
Minlərlə məhkum vaxtından əvvəl həbsdən azad edildi - VİDEO
Azərbaycanda "sms icazə" sistemi bərpa edilir?
Vətən Müharibəsi şəhidinin yarımçıq qalan evini nazirlik tikəcək - FOTO
Yaralanmış əsgər İcra başçısından ailəsinə kömək istədi,amma... Video/Foto
Ermənilər Ağdamda bu qalanı niyə dağıtmayıb? - Video
Astarada koronavirus xəstəsi evdən çıxdı, polis saxladı
Baş Prokurorluq: Erməni hərbçilərinin meyitlərinə qarşı təhqiredici hərəkətlərlə bağlı videoların çoxu saxtadır
Neftçalanın gənc başçısı sakinlərlə maraqlanmır? – GİLEY
Xızıda evdən pul oğurlandı - FOTO
Mebel ustası adı altında "dələduz"luq edən şəxs vətəndaşı necə aldatdı?-VİDEO\FOTO
Bakıda Ağdam coşqusu - Video
Bu şəxslərə Cümə namazı vaxtlarında məhdudiyyət QOYULACAQ?
Azad olunan daha iki kəndin adı DƏYİŞDİRİLDİ
"Asan Xidmət" bu tarixlərdə işləməyəcək
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
Milli Məclisin bugünkü iclasının gündəliyi DƏYİŞDİ - YENİLƏNİB
Ermənilər Kəlbəcərdə “qədim tarix” istehsal edirmiş - FOTOFAKT
Sabahın hava proqnozu açıqlandı

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla