Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Kənd təsərrüfatı məhsulları istehsalçılarına 65 milyon manat kredit ayrılıb

Kənd təsərrüfatı məhsulları istehsalçılarına 65 milyon manat kredit ayrılıb
30-11-2020, 15:49 168 dəfə baxılıb

Kənd təsərrüfatı məhsulları istehsalçılarına 65 milyon manat kredit ayrılıb








Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olanlara 65 milyon manat kredit ayrılıb.

Bu barədə Aqrar Kredit və İnkişaf Agentliyindən (AKİA) məlumat verilib.

Bu vəsaitin 32 milyon manatdan çoxu mikrokredit və digər təyinatlı kreditlər, 33,4 milyon manatı isə kənd təsərrüfatı texnikası və damazlıq heyvanların güzəştli şərtlərlə maliyyələşdirilməsi üçün ayrılan kreditlər təşkil edir.

Ayrılan kredit vəsaitinin 20,6 milyon manatı mikrokreditlərin payına düşüb. Mikrokreditlərdən 2 min 200 nəfərdən artıq fermer faydalanıb.

Belə ki, 2020 ilin yanvar-noyabr aylarında Agentlik xətti ilə kənd təsərrüfatına ayrılan kredit və güzəştlərdən 5 min 623 fermer və sahibkar faydalanıb.

Hesabat dövründə fermerlərin texnika və damazlıq heyvan almasına AKİA tərəfindən 75,7 milyon manatdan artıq subsidiya verilib.
(Oxu.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Telegram Facebook Twitter Youtube Instagram