Ermənistanda 10 il ərzində vəziyyət necə kökündən dəyişdi? – Şahin Cəfərli

Ermənistanda 10 il ərzində vəziyyət necə kökündən dəyişdi? – Şahin Cəfərli













On il əvvəl bu zamanlar Paşinyan həbs təhdidi altında qaçıb gizlənirdi. 1 mart 2008-ci il gecəsi meydan zorakılıqla dağıdılmış, 8 müxalifət tərəfdarı öldürülmüş, çoxlu sayda insan yaralanmış və bu hadisələr fonunda Qarabağ klanının ikinci təmsilçisi taxta çıxmışdı. Müxalifət pərən-pərən salınmışdı və ümidsiz durumda idi…

Bu gün o vaxtkı prezident, etirazların qan içində boğulması əmrini vermiş Robert Koçaryan təqsirləndirilən şəxs qismində müstəntiqlərin qarşısında idi və barəsində həbs qərarı çıxarılması üçün məhkəməyə müraciət olundu. Koçaryan bunu “vendetta” və “dövlətin altına bomba qoyulması” kimi qiymətləndirir. Vendetta məsələsində bəlkə də haqlıdır. Amma Koçaryan zamanında klan təəssübkeşliyi əvəzinə, hüquq və azadlıqlara əsaslanan dayanıqlı sistem qurmağa çalışsaydı, heç kim bu gün vendetta fikrinə düşməzdi, onun özü də indi məhbəs həyatına hazırlaşmaq əvəzinə, rahat təqaüdçü həyatını yaşayar, aqil adam qismində öz ölkəsinin yeni nəsil siyasətçilərinə məsləhətlər verərdi.

Ölkənin 2-ci prezidentini, “Arsaxın 1-ci prezidenti”ni, müharibənin ermənilər adına qəhrəmanlarından birini həbs etmək riskli addım kimi görünür, amma Ermənistan toplumunda Qarabağ klanının nüfuzu heç vaxt güclü olmayıb. Nə qədər qəribə görünsə də, Qarabağ və ətraf rayonların işğalında xüsusi rol oynamış bu adamlara Ermənistanda simpatiya saman alovu effektli olub və tez sönüb. (Başqa bir paradoks Ermənistanın və ermənilərin tarixində çox mühüm rola malik Rusiyaya xüsusi sevginin olmamasıdır.)

Yəni Koçaryanın həbsinin daxili siyasətdə Paşinyan üçün hər hansı neqativ nəticələrini gözləməyə dəyməz. Dağlıq Qarabağdakı silahlı birləşmələr üzərində bu klikin təsiri nə qədərdir, onu bilmirəm. Bəlkə də Paşinyanın tez tez Qarabağa getməsi Ermənistanda klanın zərərsizləşdirilməsi ilə əlaqədar orada etirazların baş qaldırması ehtimalı qarşısında preventiv tədbirlər görmək və öz mövqelərini möhkəmləndirməyə çalışmaq niyyətindən irəli gəlir.

Rusiya isə pat vəziyyətindədir: Bir tərəfdən Ermənistanda mövqeləri çox güclüdür, amma xalqın qəbul edəcəyi bir lider tapıb, onun üzərində öz siyasətini qurmaqda çətinlik çəkir. Sarkisyanın varisi qismində “Qazprom”un kadrı Karapetyanı hazırlamışdılar, amma plan iflasa uğradı. Növbəti gedişləri nə olacaq, maraqlıdır, yəqin ki, uzun müddət seyrçi qalmayacaqlar.

Ermənistandakı hadisələr bir daha göstərir ki, bizim regionumuz və oturuşmuş demokratik institutları olmayan bizim kimi ölkələr başda olmaqla, vəziyyət hər yerdə hər an dəyişə bilər. Yuxarılar bunu gərək unutmasın və əvvəlki kimi idarə etməyə çalışmasın. “Cahanda hər hökmü bir zaman verir, dünən fərman verən bu gün can verir” misraları burada yerinə düşür.

Tarix:28-07-2018, 17:42 Baxış Sayı:555 Kateqoriya:kose
SON XƏBƏRLƏR
Zelenski biznes ortağını özünün birinci köməkçisi təyin etdi
XİN: Ermənistan Mxitaryanı öz təxribatçı məqsədləri üçün istifadə edir
Ramazanın 17-ci gününün duası
ABŞ-da erməni silah baronu həbs olundu
Azərbaycanda qızıl-gümüş ucuzlaşdı
Türkiyədə 470 metr dərinlikdə isti su fontan vurub
Günün qoroskopu
"Neftçi"nin legioneri milliyə çağırıldı
Aygün Kazımova ərə gedir
Bakı-Sumqayıt yolunda 3 maşın toqquşdu – yaralılar var
Zəvvarlarımızın Həccə getmə və qayıtma tarixləri məlumdur
Fuad Abbasovun hüquqlarını müdafiə komitəsi yaradıldı
Azərbaycanda yeni agentlik yaradılır
Günay HƏBS ediləcək - FOTO
Təhsil Nazirliyi vətəndaşlara müraciət edib
Azərbaycanda məktəblinin qatarın altında qalaraq ölməsinin dəhşətli TƏFƏRRÜATI ÜZƏ ÇIXDI
“Artıq pul alırlar” — “Grandmart”dan ŞİKAYƏT
Təbii qaz bahalaşır
AĞSUDA PREZİDENTİN ƏLEYHİNƏ İŞLƏYƏN MÜDİR AQİL NİFTƏLİYEVDİR-VIDEO/FOTO
Əri tərəfindən bıçaqlanan qadın haqda yeni məlumat - "Böyrəyi sıradan çıxıb"
İnsidentlə yüksək vəzifədən azad olunan məmurun yerinə YENİ TƏYİNAT
İntihar edən Elina Hacıyeva ilə bağlı QALMAQAL BÖYÜYÜR
Zaqatala-Tbilisi yolundakı xristian abidəsi ilə bağlı yeni tapıntı aşkar edildi - FOTO
Azərbaycanda bu dövlət rüsumları dəyişir
Sabahın havası
Türkdilli ölkələrin rəhbərləri Azərbaycana yığışacaq
“Tarqovı”ya giriş 7 günlük qadağan edilir – VƏTƏNDAŞLARA XƏBƏRDARLIQ
Fuad Abbasovu aşağılayanlar CƏZALANDIRILSIN! – Polad Bülbüloğluna müraciət edildi
Azərbaycanda qohum evlilikəri qadağan oluna bilər?
Bakının bu qəsəbələrində 2 gün su olmayacaq

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla