Həşəratlar koronavirus daşıyıcısıdır? – Diqqət olunmalı 7 MƏQAM

Həşəratlar koronavirus daşıyıcısıdır? – Diqqət olunmalı 7 MƏQAM













Yay özü ilə bol günəşli hava, istirahət, gəzinti ilə yanaşı heç sevmədiyimiz, çağırılmamış qonaqları da gətirir. Bəli, söhbət hiyləgərcəsinə ətrafda dolanıb "vız" səsləriylə can sıxan kiçik "qaniçənlər"dən gedir. Söhbət təkcə ağcaqanadlardan yox, ümumiyyətlə yaz-yay aylarında bizi narahat edən bütün həşəratlardan. Özlərindən sonra qaşınmalı və qızarmış yaralar qoyub gedən həşəratların gəlişinin dərdini indidən çəkmək yerinə düşür. İndi karantin rejimində hər kəsi narahat edən bir məsələ var: Həşəratlar koronavirusun yayılmasında rol oynaya bilərmi? Bizi hansı təhlükələr gözləyir? Bu təhlükənin qarşısını almaq üçün nələr etməliyik?


Dogruxeber.az xəbər verir ki, Lent.az -ın əməkdaşı bu problemlə bağlı infeksionist-hepatoloq Vüsalə Yaşarla əlaqə saxlayıb:


“Həşəratlar vasitəsi ilə koronavirusun yayılması mümkün deyil. Çünki bu viruslar qan yolu ilə yoluxmur. Yalnız hava-damcı yolu ilə yoluxur. Bunun üçün də lazım olan məsləhətləri daim əhaliyə veririk. Həşəratlara görə narahatlığı sadəcə bizi sancmaları və vücudumuzda qoyduqları qaşınmalı yara izinə görə keçirməliyik. Onlar vasitəsi ilə biz koronavirusa yoluxa bilmərik”.


Vüsalə xanımla olan söhbətdən sonra həşərat sancmaları ilə bağlı kiçik araşdırma apardıq. Bəli, həşəratlar bizi koronavirusa yoluxdurmayacaq, amma xoşagəlməz sancmaları ilə narahat edəcəklər. Bunun üçün nə etməliyik? Sancmasından sonra yaranan qaşınmanın qarşısını almaq üçün hansısa üsullar varmı?


Əlbəttə ki, var. Həm də təbii üsullar. Lent.az həşərat sancmasından sonra yaranan qaşınmanın qarşısını almağın 7 ən təbii üsulu sizə təqdim edir:

1. Buz kublar


Buz qaşıntı olan yeri keyidərək sancmadan sonra əmələ gələn şişmənin qarşısını alacaq. Buzları bir dəsmala bürüyüb 10 dəqiqə, ya da dözə biləcəyiniz qədər sancılan yerin üzərində saxlayın.

2. Paket çay


Çaydakı təbii tanin maddəsi qanamanın qarşısını alır. Büzücü təsiri ilə narahatedici toksinləri bədəninizdən ataraq, narahatlığınızı aradan qaldırar. Bir çay paketini qaşıntılarınız azalana qədər sancma nöqtəsi üzərinə qoyun.

3. Çay ağacı yağı.

Bir pambığa bir azca çay ağacı yağı batırın və sancma olan yerə yüngülcə sürtün. Lavanda və nanə yağı da eyni zamanda işinizə yaraya bilər.

4. Qabartma tozu.

Qabartma tozuna bir neçə damla su əlavə edin, bir qabda qarışdırın və birbaşa sancma olan yerə sürtün. Quruyana qədər gözləyin. Qabartma tozundakı maddələr qaşıntını azaltmağa kömək edəcək.


5. Əlbəttə ki, aloe vera.

Ümumiyyətlə günəş yanıqlarını müalicə etməkdə istifadə edilən aloe vera eyni zamanda ağcaqanad sancmalarına qarşı da effektlidir. Əgər təzə budaq tapsanız, bıçaqla yararaq dişlənən bölgənin üzərinə yüngülcə basdırın.

6. Soda.

Qida sodası ağcaqanadın dişləmə yerinin müalicəsi üçün ən geniş yayılan və asan yollardan biridir: 3 çay qaşığı sodanı 1 çay qaşığı su ilə qarışdırıb, pasta şəklinə salın. Alınan qarışığı qaşınan yerə qoyun və qurumasını gözləyn.


7. Limon.

Qaşınan yerə limon şirəsi də çəkmək olar.

Tarix:19-05-2020, 12:49 Baxış Sayı:55 Kateqoriya:maraqli
SON XƏBƏRLƏR
Nazirliyin müəllimlərlə bağlı bu tapşırığı müzakirələrə səbəb oldu
1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür!
Buraxılış imtahanlarının vaxtı açıqlandı
Azərbaycanda daha 257 nəfərdə koronavirus aşkarlandı - 3 nəfər vəfat etdi, 202 pasiyent sağaldı
Xəzər dənizində dalğanın hündürlüyü 4.5 metrə çatıb - FAKTİKİ HAVA
Turizmə göstərilən dövlət dəstəyinin məbləği açıqlandı – RƏSMİ
Bu gündən 11 nömrə də “BakuBus”a keçdi
Hərbçilər Qərbi Azərbaycan əyalətinə hücum etdi
Azərbaycan daxilində uçuşlar gələn həftədən bərpa edilə bilər
Azərbaycan bu il dezinfeksiyaedici vasitələrin idxalını 3 dəfəyə qədər artırıb
Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatdı
Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 100 mənzil, 50 avtomobil təqdim edildi
Bu yerlərdə tibbi maskaların taxılması məcburidir - Qərar
Azərbaycan bu qadağanın müddəti uzadılır - Rəsmi
Lənkəran rayon İH-n əlil ailəsi ilə bağlı münasibət
Təbriz Məhərrəmoğlu “Xüsusi xidmətlərə görə” Ordeni ilə təltif edildi
Qobustan rayon Mərkəzi xəstəxanasının baş həkimindən rüşvət almanın yeni üsulu: Şok iddia-Video
Bakı sakinlərinin nəzərinə: Sabah küçəyə çıxmayın!
Mayın 31-də Azərbaycanda bu qadağa ləğv ediləcək? - AÇIQLAMA
Məkkənin ziyarətinə qoyulan məhdudiyyətlər yumşaldılır
Azərbaycan Xalq Cümhuriyyətinin 102 yaşı qeyd olunur
Daha bir marşrut xətti “BakuBus”a verildi
Millət vəkili Ramil Səfərovla bağlı məsələyə aydınlıq gətirdi
Ruhani İlham Əliyevə məktub göndərdi
Qaz sayğacları ilə bağlı əhaliyə MÜHÜM AÇIQLAMA
AzTV-də “sezon finalı”: Nə dəyişdi, nə qaldı və nə baş verir..?
Deputat yeni icra başçısı barədə: “Seymur Ağstafaya ingiliscə danışmağa göndərilməyib”
Qobu Park yaşayış massivində vergidən yayınan Apteklə "JEK"in nə əlaqəsi-VİDEO
İstifadəyə yararsız 70 kq ət aşkarlandı - Foto
Həcc ziyarətinə sənəd qəbulu dayandırılıb

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla