Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“iPhone”da təhlükəli boşluq aşkar edilib

“iPhone”da təhlükəli boşluq aşkar edilib
4-12-2020, 17:01 96 dəfə baxılıb

“iPhone”da təhlükəli boşluq aşkar edilib









“Google”un kibertəhlükəsizlik bölməsinin əməkdaşı İen Bir “iPhone”da təhlükəli boşluq aşkar edib.

DogruXeber.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə “Google Project Zero” saytında məlumat verilib.

İen Bir “iOS” əməliyyat sistemində “sıfır gün” (zero day) sahəsinə aid olan təhlükəli boşluq aşkar edib. Bu boşluq hakerə “iPhone” cihazına məsafədən qoşulmağa imkan verir. “Google”un əməkdaşı qurğuya qoşula, elektron poçtu oxuya, şəkilləri yükləyə, həmçinin kameraya və mikrofona çıxış əldə edə bilib.

Sözügedən boşluq “iPhone”, “iPad”, “Mac” kompüterləri və “Apple Watch” “ağıllı” saatlarının öz aralarında əlaqə qurmaq üçün istifadə etdikləri “AWDL” (Apple Wireless Direct Link) protokolunda aşkar edilib. Bu halda qurğunun sahibi müdaxilə izini aşkar edə bilmir. / “ICTnews”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram