Nazirlik Fəxrəddin Manafovla bağlı TAPŞIRIQ VERDİ

Nazirlik Fəxrəddin Manafovla bağlı TAPŞIRIQ VERDİ













Mədəniyyət Nazirliyi xalq artisti Fəxrəddin Manafovun Rus Dram Teatrından ayrılmasına münasibət bildirib.
DogruXeber.az report-a istinadən xəbər verir ki, nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov deyib ki, Fəxrəddin Manafovun Azərbaycan Dövlət Rus Dram Teatrında yaradıcılıq fəaliyyətini dayandırması barədə mətbuatda yayılan bəyanatı Mədəniyyət Nazirliyi və nazirliyin rəhbərliyi üçün çox gözlənilməz olub.

Nazirlik rəsmisi qeyd edib ki, xalq artisti F.Manafov Azərbaycan mədəniyyətinin, incəsənətinin görkəmli simalarından biridir: ”O, 40 ilə yaxın müddətdə kino sahəsində zəngin fəaliyyəti ilə, bir çox filmlərdə yaratdığı obrazlarla tamaşaçıların böyük rəğbətini qazanıb, ölkənin hüdudlarından kənarda da milli kino sənətimizi tanıdıb. Eyni zamanda son illər Dövlət Rus Dram Teatrının səhnəsində geniş tamaşaçı marağına səbəb olan rollar oynayıb. Fəxrəddin Manafov yaradıcı fəaliyyəti ilə həmçinin bir ziyalı, mədəniyyət xadimi kimi cəmiyyətdə hörmət və nüfuza malikdir”.

Şöbə müdiri əlavə edib ki, Mədəniyyət Nazirliyinin rəhbərliyi F.Manafovun mətbuatda yayılan bəyanatı ilə tanış olduqdan sonra dərhal məsələnin araşdırılması ilə bağlı göstəriş verib: ”Fəxrəddin Manafovun səhnə yaradıcılığı üçün zəruri şəraitlə təmin olunması, onun narahat edən məsələlərin aradan qaldırılması və teatrda fəaliyyətini davam etdirməsini təmin etmək barədə Rus Dram Teatrının rəhbərliyinə ciddi tapşırıq verilib. Hazırda teatrın rəhbərliyi bununla bağlı müvafiq iş aparır. Məsələ nazirliyin rəhbərliyinin diqqət və nəzarətindədir”.

İ.Hümbətov əlavə edib ki, bu məsələ tezliklə tanınmış aktyorla teatr rəhbərliyi arasında dialoq və anlaşma şəraitində müsbət həllini tapacaq: ”Azərbaycan sənətsevərləri xalq artisti Fəxrəddin Manafovu teatr səhnəsində yeni-yeni yaradıcılıq layihələrində görəcək və alqışlayacaq”.

Tarix:6-12-2018, 14:47 Baxış Sayı:302 Kateqoriya:medeniyyet / sou
SON XƏBƏRLƏR
Ermənistan mülki vətəndaşları hədəfə alıb - Hacıyev
Son sutkada 527 nəfər virusa yoluxub, 131 nəfər sağalıb
Sabiq nazir Hüseynqulu Bağırov məhkəmədə dindiriləcək
Ağstafada icra hakimiyyəti nəyə lazımdır? - "Dəfələrlə şikayət etsəm də..."
Qarabağda metallurgiyanın inkişafı potensialı böyükdür
İcra hakimiyyətində məsul vəzifələrə "şoferlər,baytarlar" təyin olunur
Sabah Milli Məclisin iclası keçiriləcək - Gündəlik
Azərbaycanın səkkiz rayonu Ermənistan tərəfindən atəşə tutulur - RƏSMİ
Yoluxma sayının azalması üçün… - Rusiyalı infeksionist
Baş Prokurorluq sosial şəbəkə istifadəçilərinə müraciət etdi
Baş Prokurorluq sosial şəbəkə istifadəçilərinə və bəzi KİV nümayəndələrinə xəbərdarlıq edib
Oktyabr ayı üzrə bu ödənişlər sona çatdı
Xaçmazda polis postları quruldu – Foto
Kəlbəcər rayonunun yeraltı və yerüstü təbii sərvətləri yenidən öyrəniləcək
Ermənilər Qarabağdan “iki dəfə” qaçır?
Düşmən Tərtər və Bərdəni atəşə tutur
Orduya yardım adı ilə pul yığan erməni 300 min dolları götürüb aradan çıxdı - FOTO
Düşmənin zərbə PUA-sı ələ keçirilib - FOTO
“Nar” şəbəkəsi işğaldan azad olunmuş ərazilərdə!
Düşmən daha 26 hərbçisinin öldürüldüyünü etiraf etdi - SİYAHI
İş yerləri yenidən BAĞLANA BİLƏR - XƏBƏRDARLIQ
Ermənilər 27 günə 2156 evi dağıdıb - 63 mülki şəxs öldürülüb
Vəkillər Kollegiyası dünya vəkillərinə müraciət etdi
Əli Əhmədov Dmitri Medvedyevə məktub ünvanlayıb
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti AÇIQLADI
29 obyektdə qaydalara əməl olunmadığı aşkarlandı
Suqovuşan və Talış kəndlərinə gedən tarixi yolların bərpası başladı - FOTOLENT
Prezident İlham Əliyevin Yaponiyanın "Nikkei" qəzetinə müsahibəsinin-TAM MƏTNİ
Vəng kəndinin Çinarlı adlandırılması məsələsi MM-in plenar iclasına tövsiyə edilib
Ermənistana məxsus daha bir PUA məhv edildi

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla