“Xəzər hövzəsi və enerji təhlükəsizliyi” kitabının təqdimatı oldu - FOTO

“Xəzər hövzəsi və enerji təhlükəsizliyi” kitabının təqdimatı oldu - FOTO












Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqovun “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” adlı kitabının təqdimatı olub. Kitabın elmi redaktoru və ön sözün müəllifi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovdur.

Əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

DogruXeber.az xəbər verir ki, tədbiri açan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov əsas prioritetləri ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan və bu gün Prezident İlham Əliyevin siyasi iradəsi ilə balanslaşdırılan enerji siyasətinin uğurlarını qeyd edib. O, “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” kitabının Xəzərin hüquqi statusunun müəyyən olunduğu bir vaxtda ərsəyə gəlməsinin əhəmiyyətindən danışıb.

Akademik bildirib ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan balanslaşdırılmış enerji siyasəti kursunun həm də enerji təhlükəsizliyi baxımından təhlili məsələləri, Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi, Xəzərin hüquqi statusu ilə bağlı danışıqlar prosesi, xəzəryanı dövlətlərin münasibətləri, əldə edilən nəticələrin təhlili tədqiqatın başlıca məqsəd və vəzifələri sırasındadır. Elmi-praktiki əhəmiyyətə malik yeni nəşrdə xəzəryanı ölkələrin regional maraqlarının analitik təhlili aparılıb.

Kitabın rəyçilərindən olan Milli Məclisin deputatı, professor Elman Nəsirov deyib ki, elmi-tədqiqat əsərində enerji resurslarının mühüm siyasi çəkiyə malik olduğu göstərilib. Bir zamanlar fövqəldövlət anlayışı nüvə silahına sahib olmaqla müəyyənləşdirilirdi. Bu gün isə bu, enerji resurslarına malik olmaqla təyin olunur. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminində mühüm rol oynadığını deyən E.Nəsirov vurğulayıb ki, ölkəmiz köhnə qitə üçün enerji mənbəyidir. Azərbaycanın bu cür önəmli yerə sahib olması ulu öndər Heydər Əliyevin əsasını qoyduğu regional enerji siyasəti ilə bağlıdır. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək Xəzər dənizində sülh və əmin-amanlığı möhkəmləndirib.

Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bu gün enerji təhlükəsizliyinin mühüm önəm daşıdığını bildirib. O qeyd edib ki, müəllif kitabda enerji təhlükəsizliyi məsələləri ilə bağlı ayrı-ayrı dövlətlərin enerji siyasətini təhlil edib, problemin nəzəri və təcrübi aspektlərinə xüsusi yer ayırıb. Kitabda dünyada baş verən münaqişələr kontekstində Xəzərin statusu ilə əlaqədar Xəzəryanı dövlətlər arasında əldə edilmiş konsensusun beynəlxalq hüquqi və politoloji əhəmiyyəti uğurla tədqiq edilib, hövzə dövlətləri arasında Azərbaycanın potensial imkanları və onun üstün cəhətləri sistemli şəkildə müqayisə olunub.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə bildirib ki, kitabda Xəzər ətrafında gedən siyasi proseslər düzgün təhlil olunub. “Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi düzgün strategiyanın nəticəsidir ki, ölkəmiz bu gün müstəqil siyasətə və iqtisadiyyata malikdir”, - deyən komitə sədri Azərbaycanın XXI əsrdə enerji və enerji təhlükəsizliyi məsələləri istiqamətində ən sabit ölkə olacağını, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan böyük layihələrin həm də regionu sabitlik diyarına çevirəcəyini bildirib.

Daha sonra filologiya üzrə elmlər doktoru Rövşən Məmmədov, “BP Azerbaijan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, siyasi elmlər üzrə fəlsəfə doktoru Hüseyn İbrahimov çıxış edərək “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” kitabının aktuallığından danışıb, onun geniş oxucu kütləsi, eləcə də ekspertlər üçün vacib əhəmiyyət daşıdığını bildiriblər.

Sonda çıxış edən müəllif Rufiz Qonaqov tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, kitab haqqında ətraflı məlumat verib.
“Xəzər hövzəsi və enerji təhlükəsizliyi” kitabının təqdimatı oldu - FOTO
“Xəzər hövzəsi və enerji təhlükəsizliyi” kitabının təqdimatı oldu - FOTO
“Xəzər hövzəsi və enerji təhlükəsizliyi” kitabının təqdimatı oldu - FOTO
“Xəzər hövzəsi və enerji təhlükəsizliyi” kitabının təqdimatı oldu - FOTO
“Xəzər hövzəsi və enerji təhlükəsizliyi” kitabının təqdimatı oldu - FOTO
“Xəzər hövzəsi və enerji təhlükəsizliyi” kitabının təqdimatı oldu - FOTO
“Xəzər hövzəsi və enerji təhlükəsizliyi” kitabının təqdimatı oldu - FOTO

Tarix:11-12-2018, 02:05 Baxış Sayı:278 Kateqoriya:medeniyyet
SON XƏBƏRLƏR
Müdafiə Nazirliyi: “Xudafərinlə bağlı erməni tərəfinin yaydığı məlumat dezinformasiyadır”
Koronavirusu nəfəslə müəyyən etmək mümkün olacaq
İlham Əliyevdən işğaldan azad edilmiş torpaqlarımızla bağlı paylaşım
Düşmənin ölən daha 43 hərbçisinin adı açıqlandı - Siyahı
Zəngilan işğaldan azad olundu
Polislər yaralı əsgərlərimizi ziyarət etdilər - FOTOLAR
XİN: Ceyhun Bayramovun Vaşinqtonda Pompeo və həmsədrlərlə görüşü gözlənilir
MN: Tərtər və Ağdam rayonlarının əraziləri atəşə tutulur
Nazir: “Düşmən işğaldakı torpaqlarda endemik bitkiləri məhv edib”
Aprel döyüşlərində iştirak etmiş daha bir erməni məhv edildi - Foto
Gəncə təxribatı: Rəsmi şəxslər sakinlərlə görüşdü - Foto
“Nar” cəbhəyanı bölgələrə dəstəyini davam etdirir
Prokurorluq: Ermənilərin atəşi nəticəsində Ağdamda 4 nəfər xəsarət alıb
Düşmən Tərtər və Ağdam rayonlarını atəşə tutur - MN
Ermənilər Tərtər pambıq zavodunu vurdu
Mustafa Şentop İlham Əliyevlə görüşü barədə paylaşım etdi - FOTO
Kafe-restoran və mehmanxanalarda nöqsanlar aşkar edilib
Moldova Azərbaycanın ərazi bütövlüyünü ilə bağlı RƏSMİ REAKSİYA
Düşmən Göygölü atəşə tutur - RƏSMİ
Rayonun sevincinə kədər qatan kimlərdir?!
Həkim Ali Baş Komandana təşəkkür etdi - SİZ ƏSL QƏHRƏMANSINIZ
ŞAD XƏBƏR: Bu ərazilərimiz işğaldan azad olundu
DİN vətəndaşları komendant saatı qaydalarına riayət etməyə çağırıb
Hikmət Hacıyev: “Humanitar atəşkəsin ilk saatından Ermənistan mülki şəxslərə hücum etdi”
Gəncə qətliamı Rumıniya mətbuatında
Ankaradan İrəvana daha bir mesaj: Lənətləyirik!
Dövlət Komitəsi Ermənistanın Gəncə terroru barədə bəyanat yaydı
Ermənilər Bakını "İsgəndər"lə vurmaqla hədələyir
“The Guardian” işğalçı Ermənistanın Gəncəyə raket hücumundan yazdı - FOTO
Moldovanın sabiq baş naziri erməni vəhşiliyini pislədi - FOTO

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla