Nazir “Bakılı oğlanlar”a qoyulan qadağadan DANIŞDI

Nazir “Bakılı oğlanlar”a qoyulan qadağadan DANIŞDI













Mədəniyyət naziri Əbülfəs Qarayev media nümayəndələri ilə görüş keçirib.

Mətbuat konfransı prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət nümayəndələri ilə görüş zamanı müzakirə olunan məsələlərə həsr olunub.

Nazir bildirib ki, görüşdən sonra prezidentin ilk sərəncamı kinematoqrafiya ilə bağlı olub: "İkinci sərəncam isə teatrla bağlıdır. Heç bir xalq mədəniyyətsiz yaşaya bilməz".

Ə.Qarayev Tahir imanovun bütün konsertlərinin təşkili dövlət tərəfindən həyata keçirildiyini bildirib: "Onların narazılığı dövlətdən yox, özəl şirkətlərdən idi. Apreldə isə Heydər Əliyev sarayında konsertləri olacaq. Özəl kanalların fəaliyyətinə birbaşa müdaxilə edib hansısa tapşırıq verə bilmərəm. Mən onlara tövsiyə, məsləhət verə bilərəm. Ötən günlərdə onların yeni filminin təqdimatı oldu".

O qeyd edib ki, kinematoqrafiya sahəsilə bağlı bir neçə layihə müzakirə olunur və kino sisteminin yeni formada idarə olunması üçün lazımi addımlar atılacaq: "Yeni teatr iderəetmə sisteminin formalaşdırılması üçün aparıcı teatrlara əlavə vəsait ayrılacaq. Yaradıcı proses dayanmamalı və işlər sistemli xarakter almalıdır. Bəzi qanunlara əsaslanan mövcud sistem daha müasir əsasda qurulmalıdır".

Nazirin sözlərinə görə, Cəfər Cabbarlının ev muzeyinin binası dövlətə aid deyil: "Bina ailəsi tərəfindən özəlləşdirilib. Ona görə onlar evi özəlləşdirəndə biz müdaxilə edə bilmədik. 2010-cu ildə oranın vəziyyəti pisləşdi və muzeyin bütün əsas sənədləri teatr muzeyinə köçürüldü. Cəfər Cabbarlının ev muzeyi yenidən tikiləcək. Həmçinin Şamaxıda Mirzə Ələkbər Sabirin ev muzeyi yenidən təmir olunur. Bu il açılışı gözlənilir. Mikayıl Müşfiqin muzeyində müəyyən işlər görülür. Söhbət Xızıda olan muzeydən gedir. DNT və təhqiqat işləri aparılır".

Tarix:5-03-2019, 16:36 Baxış Sayı:757 Kateqoriya:medeniyyet / sou
SON XƏBƏRLƏR
İlham Əliyev “Azərsu”ya beş milyon manat ayırdı
Bakıya yeni atraksionlar gətiriləcək
Azərbaycanlı saxta sənədlə yaşayış icazəsi almaq istədi
Məşhur azərbaycanlı generala AĞIR İTKİ
Şamaxıda zəlzələnin ziyan vurduğu 500 ev təmir olundu
Yağış yağacaq
Elina işində yenilik - Apelyasiya şikayəti verildi
Bakıda qapalı avtobus dayanacaqları yaradıla bilər (ÖZƏL)
"Instagram"a "TikTok"dakı kimi video redaktor əlavə oluna bilər
"Şamaxinka"dakı nəhəng yerüstü keçidlə bağlı — SON QƏRAR
Bu gün Gözdən Əlillər günüdür
Beş müxalif partiya sədri görüşdü: yeni birlik, yoxsa...
Bakı metrosunda qatarlar yenə gecikdi
Füzulinin illərdir axtarılan “Ərəb divanı” bu ölkədə tapıldı
Xətai Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib
“WhatsApp” bu istifadəçiləri bloklayır
İnternat məzunundan bəzi mətbuat nümayəndələrinə sərt müraciət- Video
İzmirli iş adamları Azərbaycana işgüzar səfər ediblər
MSK sədri: Elə etməliyik ki, seçkilərdə pozuntular olmasın
Yağış yağacaq, güclü külək əsəcək...
“BDU-da baş verən biabırçılıqlar...” – Ekspert Təhsil nazirinə çağırış etdi
Bakı metrosunun iki stansiyasının adı dəyişdirilir - Rəsmi
Azərbaycanda ilk dəfə 5G şəbəkəsi istifadəyə verilib
Şirvan Şəhər İcra Hakimiyyətinə yeni başçı təyin edildi
Almaniya məhkəməsindən azərbaycanlı ailə ilə bağlı qərar - Deportasiya edildi - Foto
Azərbaycanda Konstitusiya Günüdür
Vahid Səmədov vəzifəsindən AZAD EDİLDİ
Azərbaycan Ordusu bu gündən yeni növ silahlarla təlimə başlayır
Beş gün dərs olmayacaq
"Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi “Bir kəmər, bir yol” layihəsi çərçivəsində ölkənin əhəmiyyətinin artmasına səbəb oldu" - Deputat

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla