Red Bull Dance Your Style beynəlxalq rəqs yarışması ilk dəfə Azərbaycanda (FOTO)

Red Bull Dance Your Style beynəlxalq rəqs yarışması ilk dəfə Azərbaycanda (FOTO)













Avqustun 25-də Bakıda ilk dəfə olaraq Heydər Əliyev Mərkəzinin parkında “Red Bull Dance Your Style” rəqs yarışması keçiriləcək.

“Red Bull Dance Your Style” müxtəlif küçə üslublu rəqslərini nümayiş etdirən rəqqasların iştirak etdiyi beynəlxalq rəqs yarışmasıdır. Bu yarışma 2018-ci ildə 20 ölkədə keçirilib. Yüksək marağa səbəb olduğuna görə 2019-cu il ərzində dünyanın 30-dan çox ölkəsində və 50 ayrı məkanda keçirilir.

Bakı seçimlərində iştirak edəcək 16 yerli rəqqas artıq müəyyən olunub. Seçim prosesi məşhur fransalı rəqqas, görkəmli müəllim, Jüste Debu (Juste Debout) rəqs tədbirinin və məktəbinin yaradıcısı Brüs İkanji (Bruce Ykanji) tərəfindən həyata keçirilib.

Yarışmanın dünya üzrə finalı oktyabrın 12-də Parisdə keçiriləcək. Azərbaycandan olan qalib Parisdə dünyanın ən yaxşı rəqqasları ilə mübarizə aparıb, dünya birincisi olmaq şansı qazanacaq. Və bu şansı ona izləyici olaraq məhz sən verə bilərsən. Bu, “Red Bull Dance Your Style” yarışmasının özünəməxsus xüsusiyyətidir. Yarışmada münsif heyəti yoxdur. Münsiflər rolunda tamaşaçılar çıxış edir.
Meydançada mübarizə aparan iki rəqqasın performansını izləyərək hansının daha yaxşı olduğunu tamaşaçılar kart vasitəsi ilə seçirlər. Həmin kartlar iki tərəfli, iki rəngdədirlər- göy və qırmızı. İştirakçı rəqqaslar da göy və qırmızı rənglər altında çıxış edirlər. Tamaşaçılar rəqqasların çıxışından sonra bəyəndikləri rəqqasın rəngində olan kartın tərəfini qaldırıraq onun leyhinə səs vermis olurlar. Yarışmanın ikinci xüsusiyyəti odur ki, rəqqaslar rəqs musiqisi deyil, hər kəsin sevdiyi müasir hitlərin musiqisi altında rəqs edirlər. Ən əsası isə odur ki, musiqi əvvəlcədən DJ tərəfindən seçilir və rəqqasın rəqs edəcəyi musiqidən xəbəri olmur.

Avqustun 25-də saat 18:00-da Heydər Əliyev Mərkəzinin parkında ölkəmizi Parisdə “Red Bull Dance Your Style” beynəlxalq rəqs yarışmasının dünya finalında təmsil edəcək rəqqası məhz sən seç. Tədbirdə xüsusi qonaqların çıxışları da gözlənilir. Giriş sərbəstdir.

Media tərəfdaşlar: Day.az, Milli.az, Trend.az, Xəzər TV, CBC Sport və Cinemaplus kinoteatrlar şəbəkəsi.|Trend.az
Red Bull Dance Your Style beynəlxalq rəqs yarışması ilk dəfə Azərbaycanda (FOTO)
Red Bull Dance Your Style beynəlxalq rəqs yarışması ilk dəfə Azərbaycanda (FOTO)

Tarix:7-08-2019, 11:29 Baxış Sayı:26 Kateqoriya:medeniyyet
SON XƏBƏRLƏR
Qəzaya uğrayan MiQ-29 təyyarəsinin “qara qutusu” tapılıb - FOTO
Sahibkarlığın İnkişafı Fondu sahibkarın yox, inhisarçınn yanındadır... - ARAŞDIRMA
Əxlaqsız qadınların Bakıdan Dubaya axını azalıb — SƏBƏBLƏR
“Nə qulyabanı? Başımız qarışıb pambığa, baramaya…”
Nazir rəisi işdən uzaqlaşdırdı
Azərbaycan ərəb ölkələrinə bal ixracı ilə bağlı danışıqlar aparır
Dünyanın ən varlı 59 adamından biri olan azərbaycanlı ƏSLİNDƏ KİMDİR? – VİDEO
Razılaşdırılmamış Brexit ssenarisi mətbuata sızdı
Sadə çay verməyən restoranlarla bağlı TƏKLİF
“Mən pis ata olmamışam” — “Attestatmı atam cırıb, məni oxumağa qoymur” deyən gəncin atası DANIŞDI (FOTOLAR)
Azərbaycanda əhaliyə bu xidmət pulsuz göstəriləcək – Qaydalar təsdiqləndi
"Azərbaycan Dəmir Yolları" QSC-nin tərəfdaşı olmuş şirkət ləğv edilir — BEYNƏLXALQ KORRUPSİYA QALMAQALINA GÖRƏ
Bu avtomobillərin qapısını bir neçə saniyəyə açmaq mümkündür
Jurnalistikadakı ƏDƏBSİZLİK
Ölkə turizminin xilas yolu: Hansı dəyişiklik olacaq? – ŞƏRH
Bayıl sürüşmə yamacı abadlaşdırılacaq
Nazirlik: Vahid məktəbli forması gələn tədris ilindən tətbiq ediləcək
Temperatur 38 dərəcəyə çatacaq — ƏSL ÇİMƏRLİK HAVASI
Atambayevin həbs qoyulan əmlakları — SİYAHI AÇIQLANDI
"iPhone"da yeni təhlükəli boşluq
Azərbaycanda qadın əməliyyatdan 1 saat sonra öldü
Ağcabədi rayon İcra Başçısının sözünün kəsəri yoxdur- Video
Ucar polisi naməlum məxluqu tutmağa çalışır
“Nar”-ın sürətli 4G şəbəkəsi artıq Qobustan və Xızıda!
“Azərbaycanın Səsi” İctimai Birliyi tərəfindən aksiya keçirilmişdir - FOTOLAR
Ağacan Abıyevin adı “diplom işi”ndə hallanır – Saxtalaşdırılmış imza, yoxsa?…
Adil Vəliyev bir az da sakinlərlə maraqlansın... - GİLEY
Balakən rəhbərliyi illərdir sakinlərə "Kərbəla müsibəti" yaşadır- Foto/Video
Azərbaycanda ÜDM istehsalı artıb
Azərbaycan əhalisinin sayı açıqlanıb

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla