Heydər Əliyev Mərkəzində “Karavacco-Opera Omnia” sərgisi açılıb

https://apa.az/upload/images/news/2017/december/14/big/3-2.JPG

Heydər Əliyev Mərkəzində “Karavacco-Opera Omnia” adlı sərgi açılıb.



dogruxeberaz.info APA-ya istinadən bildirir ki, sərgidə məşhur italyan rəssam Mikelancelo Merizi da Karavacconun 40-dək əsərinin rəqəmsal texnologiyadan istifadə edilərək hazırlanmış reproduksiyaları təqdim olunur. Reproduksiyalar görkəmli sənətkarın əsərlərinin real ölçülərində və yüksək keyfiyyətdədir.



Tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov “Karavacco - Opera Omnia” sərgisinin əhəmiyyətindən danışıb. O qeyd edib ki, bu vacib mədəniyyət hadisəsi İtaliya və Azərbaycanın diplomatik əlaqələrinin qurulmasının 25 illik yubileyinə həsr olunub: “Biz İtaliya-Azərbaycan əlaqələrinə ciddi önəm veririk. İki ölkə arasında olan iqtisadi, siyasi və mədəni əlaqələr ildən ilə möhkəmlənir. Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanın mədəniyyəti və incəsənəti dəfələrlə İtaliyanın müxtəlif şəhərlərində təqdim olunub. Fondun dəstəyi ilə İtaliya mədəniyyətinin ən məşhur nümunələri Azərbaycanda nümayiş olunub. Eyni zamanda Azərbaycan rəssamları, heykəltəraşları İtaliyada müxtəlif sərgilərdə təmsil olunur, bu sərgilərdən sonra onlar çox böyük uğurlar qazanırlar”.



İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari sərginin təşkilinə görə Heydər Əliyev Mərkəzinin rəhbərliyinə təşəkkürünü bildirib. Səfirin sözlərinə görə, tədbir iki ölkənin diplomatik əlaqələrinin 25 illiyinin qeyd edilməsində çox mühüm rol oynayır: “Belə sərginin təşkili xüsusi əhəmiyyət kəsb edir. Çünki bu rəssamın əsərləri böyük anlam kəsb edir. Biz səfirlik olaraq Heydər Əliyev Mərkəzi ilə birlikdə bu sərginin təşkilindən məmnunluğumuzu bildiririk. Dəvət etdiyimiz memar sərginin son təşkilati işlərini görərkən, Azərbaycandakı kimi heç yerdə peşəkarlara rast gəlmədiyini dedi. Ümid edirəm, bizim gələcəkdə də bu sahədə əməkdaşlığımız davam edəcək. Bu layihə rəssamın bütün işlərini tam əhatə edir”.



Qeyd edək ki, Mikelancelo Merizi da Karavacco (1571-1610) XVII əsr Avropa rəssamlığının islahatçısı, realizmin banisi, barokkonun görkəmli nümayəndələrindən biridir. O, Milanda dünyaya gəlib, lakin yaradıcılıq karyerasına Romada başlayıb. Qısa müddətdə özünü peşəkar rəssam kimi təsdiqləyib və əsərlərini rəssamlıqda inqilaba çevriləcək yeni dillə yaradıb. Karavacco əsərlərində işıq və qaranlığın kəskin və mükəmməl təzadını əks etdirib.



"Karavacco - Opera Omnia" sərgisi isə Karavaco sənəti ilə texnologiyanın yeniliklərini qovuşdurur.



Sərgi İtaliya Xarici İşlər Nazirliyinin dəstəyi ilə 2003-cü ildə təşkil olunub və bir sıra ölkələrdə, sonuncu dəfə isə Gürcüstanda təqdim edilib.



Heydər Əliyev Mərkəzindəki sərgi 2018-ci il yanvarın 24-dək davam edəcək.

https://apa.az/upload/images/news/2017/december/14/big/2-2.JPG

https://apa.az/upload/images/news/2017/december/14/big/4-2.JPG

Tarix:14-12-2017, 10:50 Baxış Sayı:277 Kateqoriya:medeniyyet
SON XƏBƏRLƏR
Azərbaycanda daha 257 nəfərdə koronavirus aşkarlandı - 3 nəfər vəfat etdi, 202 pasiyent sağaldı
Xəzər dənizində dalğanın hündürlüyü 4.5 metrə çatıb - FAKTİKİ HAVA
Turizmə göstərilən dövlət dəstəyinin məbləği açıqlandı – RƏSMİ
Bu gündən 11 nömrə də “BakuBus”a keçdi
Hərbçilər Qərbi Azərbaycan əyalətinə hücum etdi
Azərbaycan daxilində uçuşlar gələn həftədən bərpa edilə bilər
Azərbaycan bu il dezinfeksiyaedici vasitələrin idxalını 3 dəfəyə qədər artırıb
Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatdı
Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 100 mənzil, 50 avtomobil təqdim edildi
Bu yerlərdə tibbi maskaların taxılması məcburidir - Qərar
Azərbaycan bu qadağanın müddəti uzadılır - Rəsmi
Lənkəran rayon İH-n əlil ailəsi ilə bağlı münasibət
Təbriz Məhərrəmoğlu “Xüsusi xidmətlərə görə” Ordeni ilə təltif edildi
Qobustan rayon Mərkəzi xəstəxanasının baş həkimindən rüşvət almanın yeni üsulu: Şok iddia-Video
Bakı sakinlərinin nəzərinə: Sabah küçəyə çıxmayın!
Mayın 31-də Azərbaycanda bu qadağa ləğv ediləcək? - AÇIQLAMA
Məkkənin ziyarətinə qoyulan məhdudiyyətlər yumşaldılır
Azərbaycan Xalq Cümhuriyyətinin 102 yaşı qeyd olunur
Daha bir marşrut xətti “BakuBus”a verildi
Millət vəkili Ramil Səfərovla bağlı məsələyə aydınlıq gətirdi
Ruhani İlham Əliyevə məktub göndərdi
Qaz sayğacları ilə bağlı əhaliyə MÜHÜM AÇIQLAMA
AzTV-də “sezon finalı”: Nə dəyişdi, nə qaldı və nə baş verir..?
Deputat yeni icra başçısı barədə: “Seymur Ağstafaya ingiliscə danışmağa göndərilməyib”
Qobu Park yaşayış massivində vergidən yayınan Apteklə "JEK"in nə əlaqəsi-VİDEO
İstifadəyə yararsız 70 kq ət aşkarlandı - Foto
Həcc ziyarətinə sənəd qəbulu dayandırılıb
Ölkədə nə qədər işsiz var?
Ağsu rayonun İcra Hakimiyyətindən təkzib
Bu ilin ilk Günəş tutulmasının vaxtı açıqlandı

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla