“Era” film müsabiqəsinin qalibləri müəyyənləşdirilib

“Era” film müsabiqəsinin qalibləri müəyyənləşdirilib












Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı icma təşkilatlarına daxil olan “Era Teatrı” ilə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin birgə layihəsi əsasında elan olunmuş qısametrajlı film müsabiqəsinə yekun vurulub.

Dogruxeber.az bildirir ki, Diaspor Komitəsindən “Qafqazinfo”ya daxil olan məlumata görə, mayın 6-dan 27-dək müsabiqənin erateatri@gmail.com ünvanına 10-dan çox qısametrajlı film göndərilib. 3 mərhələdən ibarət olan müsabiqənin gedişində yaradıcılıq fantaziyaları ilə yanaşı, filmlərdə mövzuların aktuallığına, malik olduğu çoxsaylı sosial çağırışlara da diqqət yetirilib.

Sosial şəbəkə izləyicilərinin rəğbətini də nəzərə alan münsiflərin yekun qərarına əsasən, I yerə Sahil Hüseynovun “Yuxu”, II yerə Elnur Vəlizadənin “Ölümün rəngi”, III yerə Sənan və Kənan Şərifovların “Qumar qurbanı” filmləri çıxıb.

“Era Teatrı”nın bədii rəhbəri Anar Rafiqoğlu bildirib ki, təşkilatçılar COVID-19 koronavirus pandemiyası ilə əlaqədar Gürcüstanda elan olunmuş sərt karantin dövründə yaranmış boşluğun aradan qaldırılması və soydaşlarımızın diqqətini yaradıcılığa cəlb etmək məqsədilə bu layihəni gerçəkləşdiriblər. Müsabiqənin məqsədi, həm də gənclər arasında incəsənətin teatr və kino sahələrinə marağı artırmaq və sevdirmək olub.

Gürcüstan Azərbaycanlıları İnteqrasiya Mərkəzinə xüsusi təşəkkürünü bildirən bədii rəhbər qeyd edib ki, həyata keçirdikləri birgə layihənin səmərəli nəticəsini gördükləri üçün,dəstək göstəriləcəyi təqdirdə, gələcəkdə də müxtəlif müsabiqələr təşkil etmək niyyətindədirlər.

Tarix:8-06-2020, 11:50 Baxış Sayı:496 Kateqoriya:medeniyyet
SON XƏBƏRLƏR
Dağlıq Qarabağda yeni gəlişmə - Separatçılar çarəsiz durumda
Azərbaycanda insanların restoran və iş yerlərinə xüsusi kod vasitəsilə daxil olması təklif edilir
Sabahın hava proqnozu
İşğalçı Ermənistan ordusu atəşkəsi 69 dəfə pozub
Azərbaycanda dəhşətli qətl: Qonşusunu bıçaqlayıb öldürdü
AERA bu il 431 texniki yoxlama aparıb
SMS-siz küçəyə çıxan 3 nəfər həbs olundu - RƏSMİ
AYİB ticarətin maliyyələşdirilməsi proqramının limitini artırıb
Müdafiə nazirinin müavini vəzifəsindən azad olundu
Komitə sədrinin şəhid anasına münasibəti
MEHDİ HÜSEYNZADƏ YENİ VƏZİFƏYƏ TƏYİN EDİLDİ
“ATƏT-in Minsk Qrupu tərəfindən münaqişənin nizamlanması üzrə əməli addımların atılmasının zamanıdır”
Deputat Naqif Həmzəyev seçiciləri qəbul etdi FOTO
“Fairmont” ancaq müştərilərdən üzr istədi : Hovuzu bağladı
Bəhram Bağırzadə aktiv hərəkətlərə başladı
Ermənistan silahlı qüvvələri atəşkəsi 78 dəfə pozub
Lotu Qulinin tərəfdarları saxlanıldı - Video
Bakıda koronavirusa ən çox yoluxma bu rayonlardadı...
ATV-də koronaya yeni yoluxma... – Video
Azərbaycanlı idmançılar Bakıda karantinə alınmayacaqlar
Cəlilabadda izahat işləri və dezinfeksiya tədbirləri davam etdirilir - FOTO
“Araz Supermarket”lə bağlı cəza
Bakı polisi reyd keçirir - Foto
ATU-nun daha bir klinikasında 24 tibb işçisi koronavirusa YOLUXDU
Çatdırılma xidmətlərinə yenidən icazə verildi
Saatlıda nələr baş verir? - Deputat həyəcan təbili çaldı
Jurnalistləri təhqir edən gənc həbs edildi
Kimlərə işsiz statusu verilmir?
Paşinyanı ermənilərin 85%-i dəstəklədi? – Şübhəli sorğu
Sabah 38 dərəcə isti olacaq - HAVA

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla