Qısa Filmlər Festivalına film qəbulu başladı

Qısa Filmlər Festivalına film qəbulu başladı











Bu il 13-17 noyabr tarixlərində Bakıda keçiriləcək XI Bakı Beynəlxalq Qısa Filmlər Festivalına (BBQFF) filmlərin qəbulu başlayıb.

“CINEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festivala Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi dəstək göstərir. Festival qaliblərin növbəti layihəsinə dəstək olacaq.

Festivalın dəstəkçiləri sırasında Prodüserlər Gildiyası, Nizami Kino Mərkəzi, “02 MEDİA”, ÖZ FİLM şirkəti də yer alır.

Festival bu il də “35 yaş, 35 dəqiqə” prinsipinə sadiq qalır. Yaşı 35-ə qədər olan rejissorlar 35 dəqiqədən çox olmayan qısa filmlərini festivala 1 sentyabr tarixinə kimi təqdim edə bilərlər.
Festivalda beynəlxalq, yerli, “CİNEMOBİL” müsabiqə bölmələri mövcuddur.

Beynəlxalq müsabiqəyə əcnəbi və yerli rejissorlar bədii, sənədli, animasiya filmləri ilə qatıla bilərlər.

Festivalın yerli rejissorlara ünvanlanmış proqramları zənginliyi ilə seçilir. Yerli müsabiqədə bədii, sənədli, animasiya ilə yanaşı, sosial çarxlar da mübarizəyə qoşulur.

Mobil telefonla çəkilmiş filmlərin yarışdığı “CİNEMOBİL” müsabiqəsi də yerli müəlliflər üçün nəzərdə tutulub. Ötən illərdən fərqli olaraq bu il iştirakçılar maksimum beş dəqiqəlik ekran əsərlərini müsabiqəyə təqdim edə bilərlər.

Hər bir müəllif öz filmini festivalın saytı (www.filmfestival.az) və www.filmfreeway.com platforması üzərindən göndərə bilər.

Filmlər Seçim Komissiyası tərəfindən baxılaraq, müsabiqə proqramına daxil edilir. Festivalın rəsmi proqramı 20 oktyabrda açıqlanacaq.

Festivalın əsas mükafatı olan “Qızıl Nar” uğrunda yarışacaq filmləri yerli və xarici mütəxəssislərdən ibarət münsiflər heyəti qiymətləndirəcək.

Yerli rejissorlara hər zaman dəstək olmağa çalışan kinoforumda bu il bir ilk yaşanacaq. BBQFF Yerli müsabiqənin “Ən yaxşı qısa bədii film”, “Ən yaxşı qısa sənədli film” nominasiyalarının qaliblərinə növbəti layihəsi üçün texniki və post-prodakşn dəstəyini öz üzərinə götürür.

“Ən yaxşı qısa animasiya filmi”nin mükafatçısının yeni filminin yalnız post-prodakşn işlərini festival həyata keçirəcək.

Hər il dünyanın müxtəlif ölkələrindən göndərilən 1500-dən çox film arasından ən maraqlıları seçilərək festivalın proqramına daxil edilir.

Bundan başqa, fərqli yanaşma tərzi, hadisələri maraqlı üslublarda göstərməyə çalışan yerli rejissorların yeni filmlərini də tamaşaçılar beş gün ərzində məhz bu festivalda izləmə şansına malikdirlər.

Bakı BQFF ölkəmizdə kinematoqrafın təməllərindən hesab olunan qısa filmlərə marağın artırılmasını, gənc kinematoqrafçıların həvəsləndirilməsi və onlara dəstəyi özündə əks etdirir.
(Oxu.az)

Tarix:27-07-2020, 14:00 Baxış Sayı:90 Kateqoriya:medeniyyet
SON XƏBƏRLƏR
“Vətəndaşların sağlamlığının qorunması Azərbaycan dövləti üçün prioritetdir” ÖZƏL-MÜNASİBƏT
Daha bir məmurun mülklərinin siyahısı
Sabahın hava proqnozu
190 manatın bu şəxslərə verilməsi dayandırıldı - RƏSMİ
Qarabağ veteranının ailəsində yaranan təhlükəyə İcra başçısı nə üçün məhəl qoymur?-Video/Foto
Parlament işsizliklə bağlı sənədi təsdiqlədi
“Instagram”da “TikToka”a bənzər yenilik
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA
Sabah hava necə olacaq?
Peşə təhsilinin əhəmiyyəti barədə
Milli Məclisin növbəti iclası keçirilir
Polis əməliyyat keçirdi: Tutulanlar var
Azərbaycanda həyata keçirilən sosial dəstək tədbirləri nümunəvi xarakter daşıyır
Metro ilə bağlı rəsmi qərar verildi
AQC VƏ QAİ-nin NÖVBƏTİ ONLAYN İCLASI KEÇİRİLMİŞDİR
“Nar” eşitmə məhdudiyyətli insanları tibbi-gigiyenik vasitələrlə təmin edib
Rayona getmək üçün icazələr belə alınacaq
Akim Bədəlovun xaricdəki sərvəti/Foto
Məhkəmədə barəsində ədalətsiz qərar çıxarılımasına etiraz edən jurnalist
Qazaxda yeni məktəb binası tikiləcək - SƏRƏNCAM
Bu çimərliklər istifadəyə yararlıdır - Rəsmi açıqlama
DİN-dən xüsusi karantin rejimi tətbiq olunan şəhər və rayonlara gediş-gəlişlə bağlı AÇIQLAMA
Azərbaycan dövləti bundan sonra da Ermənistanı təcrid vəziyyətində saxlayacaq
"Həm keçən ay, həm də bu ay üçün 190 manat verilməlidir" - Deputatdan AÇIQLAMA
Sabah Bakıda yağış yağacaq
DİN-dən rayonlara gediş-gəlişə hansı hallarda icazə veriləcəyi ilə bağlı AÇIQLAMA
Sumqayıt və Novxanı bələdiyyələrinin sədrləri cərimələnib - MƏBLƏĞ
Neft Daşlarında dalğa 5 metrə çatıb - Faktiki hava
Pensiyalarla bağlı millət vəkilindən VACİB AÇIQLAMA
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla