Şərəfli ömür yolu..

Şərəfli ömür yolu..








Müəllim dünyada yeganə şəxsiyyətdir ki, cəmiyyət özünün gələcəyini, uşaqların tərbiyəsini yalnız ona etibar edir. Şəxsən mənim müəllimə həmişə böyük hörmətim olubdur.
Heydər Əliyev

Bəli, şərəfli bir sənət olan müəllim peşəsi həqiqətən də çox dəyərlidir. Ona görə dəyərlidir ki, bütün peşələr məhz müəllim peşəsindən doğur. Hər bir peşənin işıqlı gələcəyə yol göstərən “mayak”ıdır müəllim peşəsi.
Haqqında söhbət açdığım, zamanında ömrünün yarım əsrini məhz bu müqəddəs və şərəfli peşəyə həsr etmiş Nəbi Qurbanovdur.
Hər dəfə onu düşünəndə nikbin duyğular qəlbimdə coşur və əhatəsində olan insanlara inam hissim birə-bir artır. Çünki bir insan olaraq, onda müsbət xüsusiyyətlər daha çox olub. O, insanların ən yaxşısı olmaqla yanaşı, həm də mənim nəzərimdə sağlam düşüncəli, ziyası və nümunəvi bir müəllim olaraq əbədi yaşayır. Yuxarıda qeyd etdiyim kimi söhbət ömrünü el-oba yolunda şam kimi əridən gözəl insan Nəbi Qurbanəli oğlu Qurbanov barəsindədir. Mənalı, şərəfli ömür yolu keçmiş Nəbi Qurbanovun yarım əsrdən çox bir dövrü maarif, təhsil, pedaqoji, ictimai-siyasi həyatla sıx bağlı olmuşdur.
Nəbi müəllim 1913-cü ildə Xızı-Bərmək mahalının Dərəzarat kəndində (indiki Siyəzən rayonunun Beşdam ərazisi dairəsində kənd) anadan olmuşdur. Erkən yaşlarından valideynlərini itirərək, yetimliyin acısını dadan Nəbi Qurbanov öz doğma kəndlərində ibtidai təhsil alandan sonra Bakıya gələrək fəhlə-fabrik məktəbinə daxil olur. Burada oxuduqdan sonra bir müddət Bakıdakı şüşə zavodunda fəhlə işləyir. 1933-cü ildə Xızı Rayon Xalq Maarif Şöbəsinin sərəncamına gələndə artıq onun 3-illik əmək stajı var idi. Ürəyi qurub-yaratmaq eşqi ilə döyünən gənc Nəbi müəllim əvvəlcə rayonun Zərgərli kənd 7-illik məktəbinə, sonra isə öz kəndlərinə - Dərəzarat 7-illik məktəbinə müəllim işləməyə göndərilir. İlk gündən böyük həvəslə işə başlayan Nəbi Qurbanov tezliklə şagirdlərin və müəllimlərin sevimlisinə çevrilir. Onun fəaliyyəti tezliklə rayon rəhbərliyinin diqqətini cəlb edir. Az keçmir ki, təşkilatçılıq qabiliyyətini nəzərə alaraq, 1938-ci ildə işlədiyi müddətdə direktor vəzifəsinə təyin olunur. Eyni vaxtda Azərbaycan Qiyabi İkillik Müəllimlər İnstitutunun coğrafiya ixtisası üzrə təhsilini başa vurur. Lakin bununla kifayətlənməyən Nəbi müəllim ali təhsil almaq üçün sənədlərini Bakı Dövlət Universitetinin qiyabi şöbəsinə verir. 1942-ci ildə universitetin coğrafiya fakültəsini bitirir. Bakı Dövlət Universitetinin Dövlət Komissiyasının qərarı ilə ona coğrafiya müəllimi diplomu verilir.
Böyük filosof Əlişir Nəvainin gözəl bir kəlamı var: “İnsanların ən yaxşısı xalqa daha çox fayda verən adamdır”. Fikrimizcə bu sözləri Nəbi Qurbanov haqqında da demək olar. O, gözəl müəllim olmaqla yanaşı, həm də fəal ictimaiyyətçi idi. Kəndin xeyir-şər işlərində, eyni zamanda kəndin abadlaşmasında yaxından iştirak edərək, kolxoz təsərrüfatının inkişafına köməklik edirdi.
Elə həmin il Nəbi Qurbanov İkinci Dünya müharibəsinin çətin vaxtında ali təhsilli mütəxəssis kimi hərbi səfərbərliyə alınır və Tiflisə-Zabitlər kursuna oxumağa göndərilir. O, əvvəlcə leytenant, daha sonra baş leytenant vəzifəsində ön cəbhədə döyüşür, dəfələrlə Ali Baş Komandandan fəxri fərmanlar alır. Qoşunlarımız döyüşdə üstünlük qazandıqdan sonra zəruri ehtiyac yarandıqdan arxa cəbhəyə qaytarılır, hərbi komissarlıqda işləməyə başlayır, bir ziyalı vətəndaş kimi ən çətin və məsuliyyətli tapşırıqları layiqincə yerinə yetirməyə çalışır.
Ümumiyyətlə, onun həyat fəaliyyətinə diqqət yetirsək görəcəyik ki, keçən əsrin 40-50-ci illərində təyinatı və göndərişi üzrə Nəbi müəllim tez-tez iş yerlərini dəyişir, o, daha məsul vəzifələrə irəli çəkilir. Bu isə hər şeydən əvvəl ölkənin mövcud ictimai şəraiti və ölkədə gedən quruculuq işləri ilə bağlı idi. Ölkədə o vaxt savadlı və işgüzar işçilərə ehtiyac çox idi. Savadlı kadrlar az olduğundan dövlətə, xalqa sədaqətli, təşəbbüskar təşkilatçı insanları irəli çəkir, onlara daha məsul vəzifələr verirdilər.
Özündə həm yüksək savad və mədəniyyət, həm də rəhbərlik səriştəsi və idarəetmə bacarığı kimi keyfiyyətləri birləşdirən Nəbi Qurbanovu, həmçinin digər bu kimi ziyalıları hakim Kommunist Partiyası və Dövlət rəhbərliyi həmişə zərurət yarandıqca geridə qalan, çətin sahələrə göndərirdi.
Siyəzən Rayon Xalq Maarif Şöbəsinin əmri ilə Nəbi Qurbanov 1946-cı ildə Xışqədər kənd 7-illik məktəbinə, 1947-1948-ci illərdə Qızılburun qəsəbə kənd məktəbində, 1954-cü ildən isə Siyəzən şəhər orta məktəbində direktor işləyir. Harda işləməsindən asılı olmayaraq, özünün gözəl və nəcib işləri ilə hər zaman sevilib, yadda qalıb. 1948-ci il avqust ayının 1-dən Siyəzən RXMŞ-in inspektoru vəzifəsinə təyin edilir. 28 fevral 1949-cu il tarixdən rayonun Qozağacı kənd məktəbinin direktoru vəzifəsinə irəli çəkilir. Növbəti il onu yenə Qızılburun qəsəbə orta məktəbinə direktor qaytarırlar.
Azərbaycan Respublikası Maarif Naziri Mehdi Mehdizadənin 8 fevral 1951-ci il tarixli əmrinə əsasən Nəbi Qurbanov Siyəzən Rayon Xalq Maarifi Şöbəsinin müdiri təyin edilir.
O vaxt respublikanın rəhbəri olan Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi M.C.Bağırovun şəxsi göstərişi ilə Nəbi Qurbanov Xaçmazda 10 avqust 1952-ci il tarixdə keçirilən XIV partiya konfransında raykomun birinci katibi seçilir.
Bundan sonra onun qayğıları daha da artır. Gecəsi-gündüzü olmur. Ən əsası el-obanın sevimlisinə çevrilir. Rayonda quruculuq işləri sürətlənir. Dövlət planları artıqlaması ilə yerinə yetirilir.
Keçmiş SSRİ-nin rəhbəri İ.V.Stalinin vəfatından sonra Azərbaycanda da Mircəfər Bağırov vəzifəsindən kənarlaşdırılır. Elə buna görə də Bağırovun vəzifəyə qoyduğu işçilərdən “Bağırovun adamlarıdır” deyə vəzifələrdən azad edilirlər. Azərbaycan Mərkəzi Komitəsinin 4 noyabr 1953-cü il tarixli qərarıilə Nəbi Qurbanov Xaçmaz rayonunun Birinci katibi vəzifəsindən azad edilib. Siyəzən Rayon Partiya Komitəsinə təbliğat-təşviqat şöbəsinin müdiri vəzifəsinə göndərilir.
Bir ildən sonra isə Nəbi müəllim öz xahişi ilə gənc yaşlarından sevib-seçdiyi pedaqoji işə qayıdır. Qızılburun qəsəbə orta məktəbində bir il müəllim işlədikdən sonra 1 sentyabr 1955-ci il tarixdən Siyəzən şəhər yeddillik məktəbinə direktor təyin edilir. Burada ürəklə işləyən Nəbi müəllim təlim-tərbiyə işlərini yüksək səviyyəyə çatdırır.
1978-ci ildə öz ərizəsi ilə həmin vəzifədən azad edilən Nəbi Qurbanovun həyatı həmişə məktəblə, təhsillə sıx bağlı olduğundan o, bir təqaüdçü kimi fəaliyyətsiz yaşaya bilmir. Nəbi Qurbanov 1983-1988-ci illərdə Siyəzəndən beş kilometr məsafədə - Xəzərin sahilində yerləşən Böyük Həmyə kənd məktəbində yenidən dərs deməyə başlayır. Yolun uzaqlığı, işin gərginliyi, keçirdiyi gərgin həyat yolu onun səhhətində müəyyən çətinliklər yaradır. Həkimlər onun bədənində iflic xəstəliyinin əlamətlərini müəyyən edirlər.
Ona görə də onun işləməsinə xitam verməyi məsləhət görürlər. Bundan sonra Nəbi müəllim şəxsi həyətində əkib-becərməklə məşğul olmağa başlayır. Bir el ağsaqqalı kimi el-obanın xeyir-şər işlərinə müdrik bir insan kimi gənclərə məsləhət verir, onlara düzgün yol göstərirdi.
1992-ci ildə rayonun bərpa edilməsindən sonra isə Rayon İcra Hakimiyyətinin yerləşdiyi binaya indiyə qədər “Nəbi müəllimin məktəbi” deyirlər. Vaxtı ilə dərs dediyi məktəblərin şagirdləri müxtəlif sahələrdə, rəhbər vəzifələrdə, elmi-tədqiqat sahələrində çalışırlar. Neçə nəsil təhsil işçisi onun məktəbini keçmiş, onun şərəfli yolunu davam etdirirlər.
Nəbi Qurbanov 31 mart 1995-ci ildə bu fani dünya ilə vidalaşır, doğulduğu Dərəzarat kəndindəki Ağyamac deyilən məkanda dəfn edilərək öz haqq dünyasına qovuşur. Nəbi müəllimin vəfalı ömür-gün yoldaşı olmuş Nuriyyə Hacıbaba qızı (1924-2003) ilə 55 illik ömür yollarında 9 övlad böyüdüb, tərbiyə etmişlər: Solmaz, Rauf, Pakizə, Rasim, Nuridə, Validə, Rahib, Rövşən, Ramin. Övladlarının hamısı ali və orta ixtisas təhsili alıblar.
Allah Nəbi müəllimə qəni-qəni rəhmət eləsin. Onun əziz xatirəsi həmişə Siyəzən camaatının qəlbində yaşayacaqdır. Nəbi müəllim bir dan ulduzu kimi hər an göydən boylanaraq, onu sevənlərə nur çiləyir.

Dogruxeber.az
Rəsmiyyə Heybətağaqızı
Şərəfli ömür yolu..

Tarix:5-10-2020, 16:16 Baxış Sayı:109 Kateqoriya:medeniyyet
SON XƏBƏRLƏR
29 obyektdə qaydalara əməl olunmadığı aşkarlandı
Suqovuşan və Talış kəndlərinə gedən tarixi yolların bərpası başladı - FOTOLENT
Prezident İlham Əliyevin Yaponiyanın "Nikkei" qəzetinə müsahibəsinin-TAM MƏTNİ
Vəng kəndinin Çinarlı adlandırılması məsələsi MM-in plenar iclasına tövsiyə edilib
Ermənistana məxsus daha bir PUA məhv edildi
Qarabağda döyüşməyə gələn erməni Federasiya prezidenti məhv edildi - FOTO
“İti qovan” PUA-ları Ordumuzun istifadəsinə verildi
İşğaldan azad olunmuş ərazilərdə yeraltı sərvətlərlə bağlı araşdırmalara başlanılır - RƏSMİ
Abşeronda COVİD-19 əleyhinə növbəti reyd keçirildi – sürücülər cərimələndi
Zaqatala bazarı dezinfeksiya edildi
Yardımlı rayon təhsil müəssisəsində nələr baş verir?-VİDEO
Ermənilərə dəstək verən Tatulovanın Bakıdakı kafesi bağlandı
Ermənistanın növbəti PUA-sı məhv edildi
Armen Sarkisyan Brüsselə gedib
Baş nazirin müavini Əli Əhmədov Gəncəyə gedib
Erməni təxribatı nəticəsində 63 mülki şəxs həlak olub, 292 nəfər yaralanıb
Goranboyun başçısından rüsvayçılıq: üstümüzə ağzı söyüşlü qadın göndərdi, iş polisdə... - Təfərrüat
Müdafiə Nazirliyi: “Xudafərinlə bağlı erməni tərəfinin yaydığı məlumat dezinformasiyadır”
Koronavirusu nəfəslə müəyyən etmək mümkün olacaq
İlham Əliyevdən işğaldan azad edilmiş torpaqlarımızla bağlı paylaşım
Düşmənin ölən daha 43 hərbçisinin adı açıqlandı - Siyahı
Zəngilan işğaldan azad olundu
Polislər yaralı əsgərlərimizi ziyarət etdilər - FOTOLAR
XİN: Ceyhun Bayramovun Vaşinqtonda Pompeo və həmsədrlərlə görüşü gözlənilir
MN: Tərtər və Ağdam rayonlarının əraziləri atəşə tutulur
Nazir: “Düşmən işğaldakı torpaqlarda endemik bitkiləri məhv edib”
Aprel döyüşlərində iştirak etmiş daha bir erməni məhv edildi - Foto
Gəncə təxribatı: Rəsmi şəxslər sakinlərlə görüşdü - Foto
“Nar” cəbhəyanı bölgələrə dəstəyini davam etdirir
Prokurorluq: Ermənilərin atəşi nəticəsində Ağdamda 4 nəfər xəsarət alıb

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla