Abbasqulu ağa Bakıxanov

Abbasqulu ağa Bakıxanov











Abbasqulu ağa Bakıxanov 1794-cü il 21 iyun Bakının Əmircan (Əmirhacıyan) (köhnə adı Xilə) kəndində varlı bir ailədə anadan olmuşdur. Onun atası II Mirzə Məhəmməd xan Bakı xanları nəslindən, anası Sofiya xanım isə müsəlmanlığı qəbul etmiş gürcü qızı idi. Bakıxanov səkkiz yaşına qədər Bakıda yaşamış, uşaqlığının ilk dövrünü Abşeronun Əmircan, Maştağa, Balaxanı kəndlərində keçirmişdir. 1802-ci ildə atası xanlıq taxtı uğrunda vuruşmalarda öz əmisi oğlu Hüseynqulu xana məğlub olduğuna görə məcburiyyət qarşısında qalaraq Qubaya, vaxtı ilə dayısı Fətəli xanın ona bağışladığı Əmsar kəndinə köçməli olmuşdur. Abbasqulu ağa 1819-cu ilədək Qubada, Əmsar kəndində yaşamış, yarımçıq qalan təhsilini davam etdirmişdir. Burada o ərəb və fars dillərini mükəmməl öyrənmiş, bu dillərdə yazılmış xeyli ədəbiyyat oxumuşdur. Şərq dilləri ilə yanaşı ədəbiyyat, ilahiyyat və fəlsəfəni mükəmməl öyrənməyə səy göstərmişdir.[2]1819-cu ildə Bakıxanov o zamankı Qafqazın baş hakimi general A.Yermolovun dəvəti ilə Tiflisə gəlib Qafqaz Baş Hərbi İdarəsində şərq dilləri üzrə tərcüməçi vəzifəsinə qəbul olunmuş və 26 il bu vəzifədə çalışmışdır.[2] Tiflis mühiti, Avropa və rus şair və ziyalıları ilə görüş onun dünyagörüşündə dərin iz buraxmışdır. Həmçinin, burada o A.S.Qriboyedovla tanış olmuşdur; hətta sonuncu öz əsərlərinin ilkin variantını A.Bakıxanova oxumuşdur. Həmin dövrdə Tifilsdə yaşamış alman şairi Fridrix Bodenştedt özünün "Şərqdə min bir gün" adlı əsərində A.Bakıxanov yaradıcılığına yüksək qiymət verir.

A.Bakıxanov A.S.Qriboyedov, F.Bodenştedt, Fazil xan Şeyda, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundzadə və başqaları ilə dostluq etmişdir. O, 1827-ci ildə Cənubi Azərbaycanda olmuş[2], 1833-1834-cü illərdə Varşavada və Peterburqda yaşamış, rus şairi A.S.Puşkinin ailəsi ilə tanış olmuşdur.[3] 1835-ci ildə Qubaya qayıdaraq elmi və ədəbi yaradıcılığını davam etdirməklə yanaşı "Gülüstan" adlı ədəbi məclis yaratmışdır.

Bir jurnalist kimi o, "Tiflisskiye vedomosti", "Zakavkazskiy vestnik", "Kavkaz" qəzetlərinin fəaliyyətində iştirak etmişdi. 1847-ci ildə Abbasqulu ağa Bakıxanov Məkkədən Mədinəyə gedərkən Vadiyi-Fatma adlanan yerdə vəba xəstəliyinə tutulub vəfat etmiş və həmin yerdə dəfn olunmuşdur.

Tarix:23-12-2017, 14:59 Baxış Sayı:490 Kateqoriya:medeniyyet
SON XƏBƏRLƏR
Azərbaycanda daha 257 nəfərdə koronavirus aşkarlandı - 3 nəfər vəfat etdi, 202 pasiyent sağaldı
Xəzər dənizində dalğanın hündürlüyü 4.5 metrə çatıb - FAKTİKİ HAVA
Turizmə göstərilən dövlət dəstəyinin məbləği açıqlandı – RƏSMİ
Bu gündən 11 nömrə də “BakuBus”a keçdi
Hərbçilər Qərbi Azərbaycan əyalətinə hücum etdi
Azərbaycan daxilində uçuşlar gələn həftədən bərpa edilə bilər
Azərbaycan bu il dezinfeksiyaedici vasitələrin idxalını 3 dəfəyə qədər artırıb
Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatdı
Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 100 mənzil, 50 avtomobil təqdim edildi
Bu yerlərdə tibbi maskaların taxılması məcburidir - Qərar
Azərbaycan bu qadağanın müddəti uzadılır - Rəsmi
Lənkəran rayon İH-n əlil ailəsi ilə bağlı münasibət
Təbriz Məhərrəmoğlu “Xüsusi xidmətlərə görə” Ordeni ilə təltif edildi
Qobustan rayon Mərkəzi xəstəxanasının baş həkimindən rüşvət almanın yeni üsulu: Şok iddia-Video
Bakı sakinlərinin nəzərinə: Sabah küçəyə çıxmayın!
Mayın 31-də Azərbaycanda bu qadağa ləğv ediləcək? - AÇIQLAMA
Məkkənin ziyarətinə qoyulan məhdudiyyətlər yumşaldılır
Azərbaycan Xalq Cümhuriyyətinin 102 yaşı qeyd olunur
Daha bir marşrut xətti “BakuBus”a verildi
Millət vəkili Ramil Səfərovla bağlı məsələyə aydınlıq gətirdi
Ruhani İlham Əliyevə məktub göndərdi
Qaz sayğacları ilə bağlı əhaliyə MÜHÜM AÇIQLAMA
AzTV-də “sezon finalı”: Nə dəyişdi, nə qaldı və nə baş verir..?
Deputat yeni icra başçısı barədə: “Seymur Ağstafaya ingiliscə danışmağa göndərilməyib”
Qobu Park yaşayış massivində vergidən yayınan Apteklə "JEK"in nə əlaqəsi-VİDEO
İstifadəyə yararsız 70 kq ət aşkarlandı - Foto
Həcc ziyarətinə sənəd qəbulu dayandırılıb
Ölkədə nə qədər işsiz var?
Ağsu rayonun İcra Hakimiyyətindən təkzib
Bu ilin ilk Günəş tutulmasının vaxtı açıqlandı

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla