Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“Paşinyan yaxşı başa düşür ki...” – Hərbi ekspert

“Paşinyan yaxşı başa düşür ki...” – Hərbi ekspert
25-01-2019, 09:40 301 dəfə baxılıb

“Paşinyan yaxşı başa düşür ki...” – Hərbi ekspert





























“Ermənistan Baş naziri Nikol Paşinyana qarşı müxalif olan qüvvələrin fəallaşması və onun əleyhinə yerli mediada Qarabağla bağlı bir sıra ittihamların səsləndirilməsi, Paşinyanın liberal və loyal görünməsi ilə bağlıdır”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.

Ekspert hesab edir ki, Ermənistanda bəzi siyasi qüvvələr hələ də rəsmi İrəvanın Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda aqressor kimi davranmasının tərəfdarıdır:

“Hakimiyyətdə olmuş keçmiş “Qarabağ klanı” çalışır ki, Ermənistan danışıqlar masasında Azərbaycana qarşı irəli sürülmüş şərtlərdən imtina etməsin və Qarabağdakı separatçı rejimə “hüquqi don” geyindirsin. Keçmiş hakimiyyətin Paşinyandan tələb etdiyi əsas məsələ budur. Amma Nikol Paşinyan münaqişənin bu formada həll olunmayacağını yaxşı başa düşür. Buna görə də münaqişənin dinc yolla həlli üçün liberal mövqe nümayiş etdirməyə çalışır.

Eyni zamanda erməni baş nazir onu da göstərməyə çalışır ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasına səbəb rəsmi Moskvadır. Onun son davranışları və Azərbaycan prezidenti ilə görüşlərində yaratdığı təəssürat da ondan xəbər verir ki, ümumiyyətlə, Paşinyan Qarabağla bağlı danışıqlarda iştirak etmək istəmir. O çalışır ki, danışıqlar Qarabağdakı separatçı rejimlə aparılsın, bununla da məsuliyyətdən qaçmaq istəyir”.

Ramil Məmmədlinin sözlərinə görə, Ermənistan baş naziri onu deməyə çalışır ki, bu münaqişədə tərəf İrəvan yox, Moskvadır:

“Bu baxımdan, Paşinyanı əvvəlki Ermənistan başçılarından fərqi budur ki, o, məsələyə daha real müstəvidən yanaşmağa çalışır. Buna görə də Ermənistandakı bəzi siyasi qüvvələr çalışırlar ki, Paşinyanı öz oyunlarının alətinə çevirsinlər. Paşinyan isə siyasi alətə çevrilmək istəmir və onu öz oyunlarına salmaq istəyən siyasi qüvvələri zərərsizləşdirməyə səy göstərir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Telegram Facebook Twitter Youtube Instagram