Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Füzulinin icra başçısı növbəti səyyar görüşünü keçirdi - FOTOLAR

15-07-2019, 15:37

Füzulinin icra başçısı növbəti səyyar görüşünü keçirdi - FOTOLAR











Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev növbəti səyyar qəbul görüşünü keçirib.


DogruXeber.az xəbər verir ki, növbəti görüş Qarabağ kəndində təşkil olunub.


Prezident İlham Əliyevin əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi barədə tapşırıqları Füzuli rayonunda daim diqqət mərkəzindədir.

Ölkə başçısının “Xalqla dövlət məmuru hər zaman bir yerdə olmalıdır” sözlərinə uyğun olaraq Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev mütəmadi olaraq vətəndaşlarla görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır.


Səyyar qəbulda rayonun idarə, müəssisə və təşkilatları, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.


Səyyar qəbulda çıxış edən Alı Alıyev bu cür görüşlərin ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə mütamadi keçirildiyini bildirib. Alı Alıyev deyib ki, Qarabağ kəndində 550 nəfər yaşayır. Kənddə əhalinin işıq, su, qaz, yol və digər sosial problemləri tam həll olunub, şəhər sakinlərinin hər birinə çörək pulu və kommunal xərclərə görə 60 manat olmaqla ayda 33000 manat vahid aylıq müavinət ödənilir. Məcburi köçkünlər üçün nəzərdə tutlan güzəşt və imtiyazlardan istifadə edirlər.

Qarabağ kəndində məktəb, tibb məntəqəsi, kitabxana fəaliyyət göstərir.

Bildirilib ki, Qarabağ kəndində 125 nəfər rayonun müxtəlif idarə, müəssisə və təşkilatlarında işləyir, 130 nəfər isə pambıq, barama, müxtəlif istehsal sahələrində çalışmaqla məşğulluqlarını təmin edirlər.

Ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.


Çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər. /Demokrat.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram