Moskva Ermənistandan xəbərsiz Bakı ilə razılaşır? – İRƏVANDA CİDDİ NARAHATLIQ







Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) “Müşahidəçilərin statusu və təşkilatda təmsilçi ölkələrin səlahiyyətlərinin dəqiqləşdirilməsi haqqında” qanun layihələrini ratifikasiya üçün Dövlət Dumasına təqdim edib.

Bundan başqa, Rusiya parlamentinə ratifikasiya üçün təqdim edilən üçüncü protokoldakı bəndə əsasən, KTMT-nin məqsəd və prinsiplərini bölüşən, təşkilatla qarşılıqlı faydalı münasibətləri inkişaf etdirməyə hazır olan dövlət və təşkilatlar KTMT üzrə tərəfdaş statusu ala biləcək.

DogruXeber.az xəbər verir ki, köşə yazarı kimi tanınan Aram Sarkisyan məsələyə aydınlıq gətirib.

Putinin təşəbbüsü ilə Dövlət Dumasının gündəliyinə çıxarılan, 7 oktyabr 2002-ci il tarixli KTMT-nin hüquqi statusu haqqında sazişə dəyişikliklərin edilməsi barədə ikinci və üçüncü protokol 8 noyabr 2018-ci ildə KTMT Şurasının Astanada keçirilən növbəti iclası çərçivəsində imzalanıb.

“1in.am” saytının yazdığına görə, erməni ekspertlərdən çoxu bu təşəbbüsdə ciddi gizli məna görür, hətta onun Ermənistanın maraqlarına risk daşıdığını hesab edir. Onların sözlərinə görə, əsas məqsəd Azərbaycanın KTMT, ümumiyyətlə, “Avrasiya” inteqrasiya strukturlarına yolunu açmaqdır. Saytın analitikinin fikrincə, Putin Rusiya ilə isti münasibətdə olan Türkiyənin də “yolunu təmizləməyə” çalışır. Digər analitiklər qeyd edirlər ki, Moskvanın növbəti hədəfi Moldovadır. Belə ki, son illər burada rusyönlü və qərbyönlü qüvvələr hakimiyyət uğrunda amansız mübarizə aparır.

Amma rusiyalı analitiklər məsələyə başqa tərəfdən yanaşırlar. Onların fikrincə, Ermənistanın narahat olmağa heç bir əsası yoxdur, çünki belə məsələlərdə veto hüququ var.

Məsələn, Moskva Siyasi və Hərbi Təhlil İnstitutunun direktor müavini Aleksandr Xramçixin qeyd edib ki, müzakirə aparmağa səbəb görmür, KTMT üzvlüyü formallıqdırsa, onda müşahidəçi və ya tərəfdaş statusu ilə bağlı məsələyə əhəmiyyət vermək lazım deyil.

Xramçixin sayta açıqlamasında bildirib: “Başa düşə bilmirəm, nədən qorxurlar?! Özü də KTMT-ə üzv olan hər bir ölkənin veto hüququ var. Hamı çox gözəl anlayır ki, Ermənistan istənilən halda hər bir qərara veto qoyacaq, çünki o, tamhüquqlu üzvdür. Hər şey göz qabağındadır”.

Rusiyanın Cənubi Qafqaz ölkələrini yenidən ümumi siyasi, iqtisadi sistemə, həmçinin təhlükəsizlik sisteminə inteqrasiya etməyə çalışdığını, ya da ən azından bununla bağlı uzunmüddətli məqsəd güddüyünü söyləyənlər də çox olub. Dolayısıyla, bu, kompleks tapşırıq və prosesdir. Çünki onu regional problemləri həll etmədən, xüsusilə Ermənistan-Azərbaycan münasibətlərini tənzimləmədən həyata keçirmək mümkün deyil. Dağlıq Qarabağ məsələsində Ermənistanın maraqlarına mümkün təhlükələr də buradan aydın görünür.

Başqa sözlə, Bakı dəfələrlə bildirib ki, Moskva Dağlıq Qarabağ məsələsində Azərbaycana yardım etsə, Azərbaycan öz növbəsində “Avrasiya” inteqrasiyası barədə ciddi düşünə bilər. Lakin hərbi analitik Aleksandr Xramçixin Ermənistanın iştirakı olmadan Moskva və Bakı arasında sazişin ola biləcəyini təsəvvür etmir. “Məncə, bu cür senarilər fantastika janrına aiddir”, – deyə o əlavə edib. /Cebhe.info/


Oxunub: 457

Son xəbərlər

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

"Onunla nə edirsən et" deyib, azyaşlı qızını 50 yaşlı kişiyə verdi - Azərbaycanda ŞOK OLAY

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi - FOTO

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

Azərbaycanda ailə məhkəmələrinin yaradılması təklif olunur

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sabah 28° isti olacaq

Ədliyyə nazirindən YENİ TƏYİNATLAR

Mövsümi allergiyaya səbəb OLANLAR

Əmlak Komitəsinin vəzifəli şəxslərinin kassasiya şikayəti təmin edilmədi

Sülhməramlılar Qarabağdan çıxarılır

Prezident Kayrat Sarıbayı qəbul etdi

Naxçıvan aeroportunun direktoru vəzifəsindən azad edildi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Çempionlar Liqası: Bu gün sonuncu yarımfinalçılar müəyyənləşəcək

Maskalı şəxs bankı partlatdı

Alimlər "canavar dalğaları"nın necə yarandığını müəyyənləşdirdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Əfv sərəncamı kimlərə şamil olunacaq? - VİDEO

Dövlət Ehtiyatları Agentliyi sığortaçı seçir

Azərbaycan İlahiyyat İnstitutu auditor seçir

Aytən Səfərova ağır qəzaya düşdü - DYP-dən AÇIQLAMA

Fransa Azərbaycandakı səfirini geri ÇAĞIRDI

Bütün xəbərlər