"Paşinyan Ermənistanın təcavüzkar olduğunu açıq bəyan etdi" - Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının sədri

"Paşinyan Ermənistanın təcavüzkar olduğunu açıq bəyan etdi" - Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının sədri













"Paşinyan Ermənistanın təcavüzkar olduğunu açıq bəyan etdi" Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev Azərbaycanın işğal edilmiş ərazilərində keçirilən “Pan-erməni oyunları” ilə bağlı bəyanat yayıb.

Xatırladaq ki, Ermənistan KİV-ində yayılan məlumata əsasən, Azərbaycanın işğal edilmiş ərazilərində 2019-cu il avqustun 5-də qondarma “Pan-erməni oyunları”nın “açılış mərasimi” keçirilib. Ermənistan və ölkəmizin ərazilərində fəaliyyət göstərən cinayətkar qurumun iştirakı ilə keçirilmiş “açılış mərasimi”ndə Ermənistan baş naziri Nikol Paşinyan çıxış edib.

DogruXeber.az-ın verdiyi xəbərə görə, T.Gəncəliyevin bu məsələ ilə bağlı yaydığı bəyanatda deyilir:

"Nikol Paşinyan çıxışı zamanı təmsil etdiyi ölkənin Azərbaycana qarşı hərbi işğal siyasəti apardığını bir daha nümayiş etdirərək, həyata keçirilən təcavüzü açıq şəkildə səsləndirməkdən belə çəkinməyib və Azərbaycanın beynəlxalq təşkilatlar və dünya ictimaiyyəti tərəfindən tanınan suveren ərazisi – Dağlıq Qarabağın Ermənistana aid olduğunu bəyan edib.

Ermənistanda hakimiyyətə gələrkən özünü “demokratik dəyərlərə sadiq” biri kimi qələmə verməyə çalışan Nikol Paşinyan əgər əvvəlcə müxtəlif ziddiyyətli bəyanatlar verməklə danışıqlar prosesinə maneələr yaradırdısa, sonuncu çıxışı zamanı o, Ermənistanın təcavüzkar olduğunu açıq bəyan etdi və əsl sifətini göstərmiş oldu. Əslində, onun bəyanatı təsdiq edir ki, Ermənistanın əsl niyyəti məhz işğal siyasətidir, Ermənistan və Dağlıq Qarabağdakı cinayətkar rejim tərəfindən indiyə qədər səsləndirilən “öz müqəddəratını müəyyən etmək hüququ” işğal siyasətinin arxasında gizlənməkdən başqa bir şey deyil.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ölkəmizin işğal edilmiş ərazilərində keçiriləcək sözügedən “idman oyunları” ilə bağlı bəyan edir ki, həmin oyunlar öz torpaqlarından qovulmuş azərbaycanlı icmanın əsas insan hüquqlarının pozulması və etnik təmizləmənin törədildiyi məkanda keçirilir. Belə olan halda, bu oyunların keçirilməsi azərbaycanlılara qarşı diskriminasiya şəraiti yaradır və qəbuledilməzdir.

Azərbaycanın beynəlxalq tanınmış sərhədləri bərpa olunduqdan və ölkəmizin işğal edilmiş ərazilərindən qovulmuş yüz minlərlə azərbaycanlı geri döndükdən sonra idman oyunları və digər birgə tədbirlərin həyata keçirilməsi mümkün ola bilər. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması əvvəlki bəyanatlarında artıq vurğulayıb ki, Ermənistanın hərbi təcavüzündən öncə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları sülh şəraitində idman yarışlarında birgə iştirak edirdilər. Lakin Ermənistanın hərbi təcavüzü buna son qoyub. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması idman oyunlarının keçirilməsinə qarşı çıxış etmir və oyunların ədalətli sülhə və barışığa xidmət etməli olduğunu vurğulayır.

Ermənistan və cinayətkar rejimin KİV-də “Pan-erməni oyunları” üçün hətta müvafiq “təhlükəsizlik” tədbirlərinin gördüyü qeyd edilib. Bəyan etmək istərdik ki, Dağlıq Qarabağ bölgəsi də daxil olmaqla, Azərbaycan Respublikası yeganə suveren qismində öz ərazisinin istənilən hissəsində təhlükəsizlik və digər nəzarət tədbirlərini həyata keçirmək hüququna malikdir. Təcavüzkar Ermənistan tərəfindən işğalın nəticələrini “möhkəmləndirmək” üçün atılan istənilən addım "ab initio" beynəlxalq hüquqa ziddir və heç bir fayda verməyəcək.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq erməni icmasına səslənirik və onları tez bir zamanda əsarəti altında yaşadıqları qanunsuz cinayətkar rejimin nəzarətindən qurtulmağa və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində hər iki icmanın ədalətli və daimi sülh şəraitində birgə yaşaması üçün çağırışımızı qəbul etməyə dəvət edirik”./Oxu.az

Tarix:7-08-2019, 10:14 Baxış Sayı:19 Kateqoriya:siyaset
SON XƏBƏRLƏR
Vilayət Eyvazov Bernd Aleksander Bayerlini qəbul edib - FOTO
Ağdam sakini Qarabağ müharibə iştirakçısının qəlbləri yandıran son aqibəti -Video
Salyan rayonunda düz danışanların aqibəti dəlixanadır -Video
Spiker deputatın 2 aylıq uşağına süd verdi – FOTO
“Bizə Amerika papağı taxmaq yaraşmaz” — Nazarbayev
İnstaqram bunu bacaranlara pul mükafatı verəcək
Azərbaycanda narkotikə görə həbs olunanların sayı açıqlandı
“Müxalifət dəfnə gəlməsin” deyən Qabil Hüseynliyə YAP-dan REAKSİYA: “Bölücülük yaxşı hal deyil”
Kriminal avtoritetlər yeni qanunda BOŞLUQLAR TAPDILAR
Dəmir yollarında yeni yoldəyişənlər quraşdırılır
Yasamal qəbiristanlığının saytı yaradılır
"Relaks"ın 30 minlik işıq pulu borcu üzə çıxdı
Bu günün havası ilə bağlı — XƏBƏRDARLIQ-EHTİYATLI OLUN!
Pilotla vida mərasiminə jurnalistlər buraxılmır
Rəsulzadənin nəvəsi Mübariz Mənsimovdan yazdı – Foto
Beriya tərəfindən “başı yeyilən komsomol” – Kosarevin 36 yaşda qırılan ömrü
Qəzaya düşən pilotumuzun cəsədi tapıldı – SON DƏQİQƏ
"Şirkətimizin Müsavat Partiyası ilə heç bir əlaqəsi yoxdur" — “Sirab” ASC-nin İdarə Heyətinin sədrindən AÇIQLAMA
“Nar”-ın sürətli 4G şəbəkəsi artıq Qobustan və Xızıda!
Bu gündən havanın temperaturu yüksəlir
Generalın bacısı oğluna vəzifə verildi — FOTO
Tanınmış azərbaycanlı jurnalist erməni səfiri təriflədi... -Hansı səbəbdən?
Yeni yaradılan qurum hansı işləri görəcək?
Azərbaycanlı aktyor beyin insultu keçirdi – Həkimlər 72 saat vaxt qoyub
Qəzaya uğrayan MiQ-29 təyyarəsinin “qara qutusu” tapılıb - FOTO
Sahibkarlığın İnkişafı Fondu sahibkarın yox, inhisarçınn yanındadır... - ARAŞDIRMA
Əxlaqsız qadınların Bakıdan Dubaya axını azalıb — SƏBƏBLƏR
“Nə qulyabanı? Başımız qarışıb pambığa, baramaya…”
Nazir rəisi işdən uzaqlaşdırdı
Azərbaycan ərəb ölkələrinə bal ixracı ilə bağlı danışıqlar aparır

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla