Paşinyan Bakıya mesaj göndərdi – SENSASİON İDDİA












Paşinyanın Xankəndidəki son bəyanatı daxili siyasətə yox, daha çox xarici auditoriyaya aiddir. Onun məqsədi Azərbaycanın bu və ya digər formada reaksiyasını öyrənməkdən ibarətdir. Paşinyanın əsas niyyəti odur ki, hərbi əməliyyatları bərpa edib öz məqsədlərinə nail olsun. Hesab edirəm ki, bu bəyanatın əsas ünvanı məhz Azərbaycandır.

Bu sözləri Azərbaycanın keçmiş Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

“Paşinyanın Xankəndidə dedikləri çox vacib bəyanatdır və hesab edirəm ki, bununla danışıqlar prosesi çox kobud şəkildə pozulub, artıq danışıqlar üçün heç bir əsas qalmayıb. Təəssüf ki, Ermənistan rəhbərliyi öz siyasəti ilə iki ölkəni müharibəyə aparır. İndi müharibənin heç bir alternativi yoxdur, çünki Azərbaycan dövləti və ictimaiyyəti çoxdan başa düşüb ki, Ermənistan tərəfi danışıqlar yolu ilə torpaqları qaytarmaq niyyətində deyil.

Bir məsələni də xüsusi qeyd etmək lazımdır ki, Ermənistanın xaricdə olan havadarları da artıq danışıqların imitasiyasını bundan sonra apara bilməyəcəklər. Biz çoxdan bu prosesə inanmırdıq. Artıq nəinki danışıqların özünə, hətta onların imitasiyasına belə əsas yoxdur”, – keçmiş baş diplomat söyləyib.

T.Zülfüqarovun sözlərinə görə, Paşinyan əslində Qarabağda yeni hərbi əməliyyatların başlamasında və bundan öz planlarının icrası üçün istifadə etməkdə maraqlıdır:

“Paşinyan yaxşı başa düşür ki, Moskva onu tərəfdaş olaraq qəbul etmir. Onun çoxsaylı cəhdləri var idi ki, Rusiya ilə əlaqələr qursun. Təcrübə göstərdi ki, Putin onu tərəfdaş kimi qəbul etmir və onunla əlaqələr qurmaq niyyətində deyil. Bunun əksinə olaraq müxalifətdə olan liderləri Rusiya açıq şəkildə dəstəkləyir. Bu istiqamətdə Köçəryanla bağlı olan məsələni yada salmaq olar. Buna görə də Paşinyanda və hazırkı hökumətdə müharibə olacağı təqdirdə Rusiyanın onlara kömək edib-etməyəcəyi ilə bağlı ciddi şübhələr yaranır. Onlar indi başa düşürlər ki, bu köməkdən danışmaq artıq mümkün olmayacaq.

Məsələnin digər tərəfi ondan ibarətdir ki, Paşinyan Qərbin də onu qəbul etmədiyini görür. Qərbin yeganə şərti onun Rusiyanın himayəsindən çıxıb, özünə doğru yönəlməsindən ibarətdir. Yalnız bundan sonra onlar Ermənistana hər hansısa maddi kömək və yatırım edəcəklər. Bu baxımdan sıxılmış vəziyyətdə qalan Paşinyan istəyir ki, hərbi əməliyyatlar bərpa olunsun. Bunun nəticəsindən asılı olmayaraq, o, Rusiyanın İrəvanı satdığını deyəcək və indi bütün ermənilərin Qərbə tərəf getməsi gərəkdiyini bəyan edəcək. Bu hərəkətlə o, iki məqsədinə nail olacaq. İlk olaraq erməni baş nazir Rusiyanın təsirindən çıxıb, Qərbə yön almaq siyasətini aktiv şəkildə gerçəkləşdirəcək, digər tərəfdən isə daxildə olan rusiyayönlü müxalifəti satqınçılıqda ittiham edə biləcək. Artıq bu ssenari həyata keçirilir. Paşinyan bu bəyanatlarla Azərbaycanı savaşa təhrik edir və məqsədi də bu hərbi əməliyyatlarla Rusiyadan Qərbə siyasi dönüşü təmin edə bilməkdir”.

Bununla belə, T.Zülfüqarov Qərbin Ermənistana hansısa vədlər verməsinin Mnatsakanyanın Vaşinqton səfərləriylə əlaqədar olmadığını deyib:

“Mövcud prosesə zəmin yaradan əsas məqamlardan biri Boltonun səfəri olub. Bolton Ermənistanda olanda açıq-aşkar bəyanatlar verdi. Bu bəyanatlarla birmənalı şəkildə onu demək istəyirlər ki, Rusiyanın himayəsindən çıxsanız, sizi qəbul edərik, əks təqdirdə həm Rusiyadan təhlükəsizlik qarantı, həm də Qərbdən maliyyə köməyinin istənilməsi qəbuledilməzdir. Bu məsələ iki stulun üstündə oturmaq kimi bir şeydir. Məhz buna görə Qərb İrəvanı qəbul etmir. Eyni zamanda Rusiyanın özünün də indiki hakimiyyətdən şübhələri çoxdur. Bu baxımdan Ermənistanın indiki mərhələdə siyasətinin əsas problemi bundan ibarətdir. Məhz ona görə bu bəyanatlar verilir”. /Axar.az


Oxunub: 506

Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib?

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Taksilərdə videokameralar quraşdırılacaq

Kanalizasiya suları Ceyranbatan su anbarına axıdılır?

Bakıda bu evlər bahalaşıb

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Kreml yeni oyuna başlayır: Hədəf Mərkəzi Asiyadır - ŞƏRH

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Tanınmış iş adamının faciəli şəkildə ölən oğlu məhkəməyə verildi

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir - VİDEO

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Quru sərhədləri Azərbaycan vətəndaşları üçün açılmalıdır - ÇAĞIRIŞ

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Bakıda 17, bölgələrdə 20 dərəcə isti olacaq - HAVA PROQNOZU

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Yalnız bu üç növ silah Ukrayna müharibəsinin gedişatını dəyişə bilər - "The Telegraph"

Dollara tələbin artmasının səbəbləri açıqladı

Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşdü

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər - VİDEO

Məktəbdə nöqsan aşkarlandı, direktor işdən çıxarıldı

Mərkəzi Bank uçot dərəcəsini azaltdı

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir - SİYAHI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Bu günə olan valyuta məzənnələri

Bütün xəbərlər