“Bir sözlə, biz hazırlaşmalıyıq…” - DEPUTAT

“Bir sözlə, biz hazırlaşmalıyıq…” - DEPUTAT










“Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Ermənistan-Azərbaycan dövlət sərhədinin Qazax rayonu istiqamətində döyüş mövqelərini irəli çəkməsi başlanan prosesin davamıdır. Azərbaycan ordusu bundan əvvəl də müəyyən əraziləri nəzarətə götürüb. Bu proses davam edir. Bilirsiniz ki, qarşı tərəfdə kəndlərimiz var, yandırılıb… Bir sözlə, biz hazırlaşmalıyıq, torpaqlarımızı işğaldan azad etmək üçün hazır vəziyyətdə olmalıyıq”.

Dogruxeber.az xəbər verir ki, bunu report-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov deyib.

S.Novruzov xatırladıb ki, bir neçə gün öncə gənc əsgərlərin andiçmə mərasimində iştirak edib: “Yeməkxanalara baxış keçirdik. Xüsusi ilə qeyd etmək istərdim ki, hərbi hissələrdə bəzi işlərin mülki şəxslərə tapşırılması çox önəmlidir. Çünki o işləri əsgərlər görməməlidir. Məsələn, yeməklərin bişirilməsi və s. işlər bura daxildir”.

YAP rəsmisi bildirib ki, Azərbaycan ordusu yüksək səviyyədə qurulub: “Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə hər bir məsələ öz həlini tapır. Bu, həm maddi-texniki bazanın gücləndirilməsi, həm də əsgərlərin döyüş ruhunun artırılması işində görünür. Hərbi hissələr ərzaq təminatı ilə ən yüksək səviyyədə təmin olunur”.

S.Novruzov vuröulayıb ki, Müdafiə Nazirliyində dəyişiklikdən sonra nazirliyin rəhbər heyəti hərbi hissələrə mütəmadi baxış keçirir, ön xəttə gedirlər: “Bu, əsgərləri də, valideynləri də ruhlandırır. Ordu haqqında yazılan neqativ yazılar yalandan, böhtandan ibarətdir. Azərbaycan ordusunda inkişaf göz qabağındadır. Yəni Azərbaycan ordusu NATO standartlarına tam uyğundur. Bu proses davam etdirilir”./Hurriyyet.org

Tarix:14-08-2019, 11:48 Baxış Sayı:17 Kateqoriya:siyaset
SON XƏBƏRLƏR
Vilayət Eyvazov Bernd Aleksander Bayerlini qəbul edib - FOTO
Ağdam sakini Qarabağ müharibə iştirakçısının qəlbləri yandıran son aqibəti -Video
Salyan rayonunda düz danışanların aqibəti dəlixanadır -Video
Spiker deputatın 2 aylıq uşağına süd verdi – FOTO
“Bizə Amerika papağı taxmaq yaraşmaz” — Nazarbayev
İnstaqram bunu bacaranlara pul mükafatı verəcək
Azərbaycanda narkotikə görə həbs olunanların sayı açıqlandı
“Müxalifət dəfnə gəlməsin” deyən Qabil Hüseynliyə YAP-dan REAKSİYA: “Bölücülük yaxşı hal deyil”
Kriminal avtoritetlər yeni qanunda BOŞLUQLAR TAPDILAR
Dəmir yollarında yeni yoldəyişənlər quraşdırılır
Yasamal qəbiristanlığının saytı yaradılır
"Relaks"ın 30 minlik işıq pulu borcu üzə çıxdı
Bu günün havası ilə bağlı — XƏBƏRDARLIQ-EHTİYATLI OLUN!
Pilotla vida mərasiminə jurnalistlər buraxılmır
Rəsulzadənin nəvəsi Mübariz Mənsimovdan yazdı – Foto
Beriya tərəfindən “başı yeyilən komsomol” – Kosarevin 36 yaşda qırılan ömrü
Qəzaya düşən pilotumuzun cəsədi tapıldı – SON DƏQİQƏ
"Şirkətimizin Müsavat Partiyası ilə heç bir əlaqəsi yoxdur" — “Sirab” ASC-nin İdarə Heyətinin sədrindən AÇIQLAMA
“Nar”-ın sürətli 4G şəbəkəsi artıq Qobustan və Xızıda!
Bu gündən havanın temperaturu yüksəlir
Generalın bacısı oğluna vəzifə verildi — FOTO
Tanınmış azərbaycanlı jurnalist erməni səfiri təriflədi... -Hansı səbəbdən?
Yeni yaradılan qurum hansı işləri görəcək?
Azərbaycanlı aktyor beyin insultu keçirdi – Həkimlər 72 saat vaxt qoyub
Qəzaya uğrayan MiQ-29 təyyarəsinin “qara qutusu” tapılıb - FOTO
Sahibkarlığın İnkişafı Fondu sahibkarın yox, inhisarçınn yanındadır... - ARAŞDIRMA
Əxlaqsız qadınların Bakıdan Dubaya axını azalıb — SƏBƏBLƏR
“Nə qulyabanı? Başımız qarışıb pambığa, baramaya…”
Nazir rəisi işdən uzaqlaşdırdı
Azərbaycan ərəb ölkələrinə bal ixracı ilə bağlı danışıqlar aparır

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla