Nazirin istefa xəbəri yayıldı - SON DƏQİQƏ

Nazirin istefa xəbəri yayıldı - SON DƏQİQƏ






Ölkə başçısının start verdiyi struktur və kadr islahatlarının yeni dalğası ilə bağlı ayrı-ayrı rəhbər şəxslər tərəfindən anonslar verilməkdədir.

DogruXeber.az xəbər verir ki, budəfəki müzakirələr Səhiyyə Nazirliyi və nazir Oqtay Şirəliyevi əhatə edir. Nazirlikdəki mənbədən Moden.az-a daxil olan məlumata görə, Oqtay Şirəliyev artıq istefa ərizəsini yazıb. Mənbə bildirir ki, bu, səhiyyə nazirinin sayca üçüncü istefa ərizəsidir. İddialara görə, onun bundan əvvəl müxtəlif vaxtlarda yazdığı iki ərizəsi qəbul edilməyib.

Bu dəfə isə situasiyanın fərqli olduğu bildirilir. Belə ki, Oqtay Şirəliyev istefa ərizəsini yazaraq, 3 həftəlik məzuniyyətə çıxıb. Onun məzuniyyətdən qayıtdıqdan sonra isə nazir kimi fəaliyyət göstərməcəyi bildirilir.
Modern.az-a verilən digər məlumatlarda struktur islahatları çərçivəsində optimallaşdırma aparılacağı, Səhiyyə Nazirliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, yaxud da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyilə birləşdiriləcəyi gözlənilir.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev səhiyyə sahəsində gözlənilən islahatlarla bağlı Modern.az-ın suallarını cavablandırıb.
Musa Quliyev ölkə Prezidentinin başlatdığı islahatların hərtəfəli olduğunu bildirərək, onların gələcəyə hədəfləndiyini vurğulayıb:
"Bu islahatların tərkibində sosial islahatlar xüsusi yer tutur. Bunun da əsaslarından biri səhiyyə islahatlarıdır. Mən deyərdim ki, cənab Prezidentin sosial paketində ən əhəmiyyətli yeri tutanlardan biri icbari tibbi sığortanın tətbiqilə bağlıdır, hansı ki, gələn ildən ölkə üzrə fəaliyyətə başlayacaq.
Uzun illər səhiyyədə islahatlar getdi, maddi-texniki baza möhkəmləndi, kadr islahatları aparıldı, Tibb Universitetində rezedentura pilləsi yaradıldı. Səhiyyənin maliyyələşdirilməsində icbari tibbi sığortaya keçid üçün cənab Prezidentin sərəncamı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradıldı. Yevlax, Mingəçevir, Ağdaş və Sədərəkdə onun pilot layihə olaraq tətbiqinə başlandı. Ölkə başçısının digər fərmanı ilə TƏBİB publik hüquqi şəxsi yaradıldı. Milli Məclisdə "Tibbi sığorta haqqında” qanuna 100-dən çox əlavə və dəyişikliklər edildi. Artıq icbari tibbi sığortanın tətbiqinə növbəti ildən başlanacaq. Ən böyük islahat budur”.

M.Quliyev optimallaşdırma siyasəti çərçivəsində Səhiyyə Nazirliyinin digər qurumlarla birləşdirilməsini istisna etməyib:
"Mən Səhiyyə Nazirliyinin Agentliklə birləşdirilməsini uyğun saymıram. Təbii ki, bu, mənim subyektiv fikrimdir. Səlahiyyət sahibi dövlət başçısıdır. Amma mənim düşüncəmə görə, Səhiyyə Nazirliyi səhiyyənin siyasətini həyata keçirməlidir. Agentlik isə bu işin praktik maliyyələşmə tərəfinə cavabdeh olmalıdır. Dünya təcrübəsində iki qurumun birləşdirilməsi təcrübəsi olsa da, əksəriyyət tərəfindən məqbul hesab olunmur.

Səhiyyə Nazirliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, yaxud İqtisadiyyat Nazirliyinə birləşdirilməsi təcrübələri var. Amma bu gün nazirliyin bu qurumlara birləşdirilməsi nə dərəcədə realdır, onu deyə bilmərəm. Amma Səhiyyə Nazirliyilə Agentlik ayrı-ayrılıqda fəaliyyət göstərsələr, daha effektiv nəticələr əldə edə bilərik. Onlar həm də bir-birilərinə nəzarət edən orqana çevirlə bilərərlər. Çünki sifariş verən orqanla icraedici orqan bir yerdə olmamalıdır. Əks təqdirdə müəyyən problemlər meydana çıxa bilər. Təbii ki, son sözü cənab Prezident deyəcək”./GUNinfo.az

Tarix:30-10-2019, 17:06 Baxış Sayı:32 Kateqoriya:siyaset
SON XƏBƏRLƏR
Vilayət Eyvazovdan mühüm - QƏRAR
BDU-da aztəminatlı tələbələrə yardım olunacaq – Rektordan gözəl təşəbbüs
Qarakənd faciəsindən 28 il ötür
Bu gündən hava dəyişir - XƏBƏRDARLIQ
İsgəndər Həmidov siyasətdən GETDİ
Xətainin heykəlinin yeri dəyişdirilir
TANAP-ın istismara veriləcəyi tarix açıqlandı
Hakimlərə ən azı 10 min manat maaş verilməlidir - deputat
Samuxda təkər sexində təkər partladı, usta ağır xəsarətlər aldı
Erməni fəalı: Sorosçular Paşinyanı əsir götürüblər
Sumqayıtın 70 illiyi ilə bağlı parad keçirildi
ADU işçi axtarır – SİYAHI
DANX sərnişinlərə müraciət etdi
Sumqayıt səmasında uçan helikopterlərdən sakinlər üçün dəvətnamə atılıb
Sarkisyan aprel döyüşləri ilə bağlı ifadə verəcək
Avropaya "siyasi mühacir" kimi "sığınıb" Azərbaycanda "demokratiya" davası döyənlər sadəcə ucuz alverçilərdir - Azər Həsrət
Psixoloqların da diaqnostik qiymətləndirilməsi keçiriləcək - Təhsil Nazirliyi
"Türkiye" qəzetində Mehriban Əliyeva haqqında məqalə dərc olunub - FOTO
Məhkəmə Ağstafada keçmiş polis yoldaşını öldürən rəislə bağlı qərar verdi
İcazəsiz aksiyada inzibati həbs olunan daha 3 nəfər azadlığa buraxıldı
Azərbaycan Prezidenti: Naxçıvan ordusu ən müasir silahlarla təchiz edilib, texnikanın alınması təşkil olunub və bu proses davam etdirilir
Cəlil Məmmədquluzadənin ev muzeyi yenidən açıldı - Foto
Ermənilər ruslara qarşı nümayişə çıxdılar
Baş nazir əhalinin sağlamlığı ilə bağlı qurumlara tapşırıq verdi
Azərbaycanlı jurnalistlər bu gün İrəvana gedir?
“288” saylı tam orta məktəbdə keçirilən uğurlu tədbir-Foto
Deputat yol polisinin “plyonka” qərarını dəstəklədi
Gələn aydan dəmir yolunda biletləri onlayn geri qaytarmaq mümkün olacaq
İki azərbaycanlı alim Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçildi
Bakı-Sumqayıt yolu genişləndiriləcək? - Açıqlama

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla