Prezidentin büdcə xərclərini şişirdənlərə xəbərdarlığı - Qarşısı belə alınacaq

Prezidentin büdcə xərclərini şişirdənlərə xəbərdarlığı - Qarşısı belə alınacaq















Sabiq nazir: “Bu, büdcə layihəsi prezidentə göndərilməzdən əvvəl edilməlidir”



Azərbaycanda gələn ilin dövlət büdcəsi müzakirələri yekunlaşmaq üzrədir. Hər il olduğu kimi, bu il də cəmiyyətdfə büdcə ilə bağlı müzakirələrdə əsas diqqət dövlət vəsaitləri hesabına həyata keçirilən xərcləmələrə yönəldilir. Məlumdur ki, 2010-cu ildən etibarən Azərbaycanda büdcə xərclərinin tərkibində dövlət investisiyaları ən yüksək paya malik olması ilə seçilib. Ölkədə infrastruktur layihələrinin həyata keçirilməsinə hər il milyardlarla manat vəsait xərclənir. Bu istiqamətə həm də dövlət zəmanəti ilə xarici maliyyə qurumlarından alınmış böyükhəcmli kreditlər də yönəldilir.



O da məlumdur ki, Azərbaycanda dövlət və kredit vəsaitləri hesabına reallaşdırılan infrastruktur layihələri həmişə yeyinti mənbəyi kimi qiymətləndirilir. Bir sıra dövlət qurumları layihələrin dəyərini şişirtməklə ciddi korrupsiya hallarına yol verirlər. Bu hallarla bağlı prezident İlham Əliyev 2019-cu ilin 9 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasda sərt fikirlər səsləndirib: “Gələn ilin büdcəsi ilə əlaqədar tapşırıqlar verildi. Hökumət üzvləri artıq neçə vaxtdır ki, işləyirlər. Deməliyəm ki, gələn ilin büdcəsi həm sosialyönümlü, həm də investisiyayönümlü olmalıdır. Biz gələn il də ciddi sosial proqramlar icra edəcəyik, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün önəmli addımlar atılacaq, infrastruktur layihələrinin icrası ilə əlaqədar kifayət qədər vəsaitimiz olmalıdır. Ancaq gələn ilin xərclərinə biz çox böyük diqqətlə baxmalıyıq və burada şəffaflığı tam təmin etmək üçün hökumət gərək təkliflər versin. Tezliklə, ilin sonuna qədər bu təkliflərə baxılacaq. Beləliklə, əminəm ki, biz eyni həcmdə olan işi az vəsaitlə icra edə bilərik. Buna nail olmaq üçün, ilk növbədə, şəffaflıq, dövlət nəzarəti və ictimai nəzarət olmalıdır. Bütün dövlət qurumlarına deyirəm, yoxsa onlar pis öyrəşiblər. Hər ilin sonunda büdcə müzakirə olunarkən, sifarişlər göndərirlər. Özü də orada şişirdilmiş rəqəmlər öz əksini tapır, havadan götürülmüş rəqəmlər. Onlardan soruşanda ki, misal üçün bənd tikmək, yol çəkmək, kabel çəkmək bu qədər vəsait barədə rəqəmi haradan götürürsən!? Havadan. Sonra araşdırma aparılır, görünür ki, şişirdiblər. Nəyə görə şişirdiblər? Aydın məsələdir nəyə görə. Buna da son qoyulmalıdır. Ona görə Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, - bunu təkcə onların boynuna atmaq olmaz, - hökumət də nəzarətçi kimi şişirdilmiş bütün o rəqəmləri təhlil etsinlər və real rəqəmləri müəyyənləşdirsinlər. O rəqəmləri verənlər gərək məsuliyyət daşısınlar. Əgər bu dəfə bizim dövlət qurumlarımız, şirkətlərimiz yenə də şişirdilmiş rəqəmlər versələr, artıq özlərini ifşa etmiş olacaqlar. Hökumət əlbəttə ki, onların bütün təkliflərinə baxacaq. Amma onlar əgər şişirdilmiş rəqəmləri versələr, öz cəzalarını alacaqlar. Ona görə zəhmət çəkib normal işləsinlər və pis vərdişlərdən əl çəksinlər”.
Prezidentin büdcə xərclərini şişirdənlərə xəbərdarlığı - Qarşısı belə alınacaq











Göründüyü kimi, prezident tikinti-təmir layihələrində korrupsiya və mənimsəmə imkanlarının geniş olduğunu, bir sıra qurumların bundan istifadə etdiklərini bildirib. Onu da bildirək ki, Azərbaycanda tikinti-təmir layihələri əsasən dövlət büdcəsinin əsaslı dövlət qoyuluşu xərc maddəsi çərçivəsində maliyyələşdirilir. Neçə illərdir bu maddə büdcədən ən çox vəsait xərclənən istiqamətdir. 2019-cu ilin büdcə layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinə 6 milyard 825 milyon 200 min manat sərf olunması nəzərdə tutulur. Gələn ilin büdcəsində isə bu istiqamətdə xərclərin xeyli azalaraq 4 milyard 909 milyon manat olması proqnozlaşdırılıb. Bu xərc maddəsindən əlavə, hər il 300 milyon manat təşkil edən Prezidentin Ehtiyat Fondundan da müxtəlif tikinti-təmir layihələrinə on milyonlarla manat vəsait ayrılır.



Prezidentin çıxışından aydın olur ki, ölkə rəhbərliyi dövlət qurumlarının büdcə vəsaitlərini mənimsəmək üçün xərc şişirtmələrinə qarşı sərt tədbirlərin həyata keçirilməsində qərarlıdır. Bu tədbirlər hansı istiqamətləri əhatə edə bilər? Büdcədən şişirdilən layihələr əsasında daha çox vəsait almağa çalışan qurumların qarşısı necə və hansı qurum tərəfindən alınmalıdır?



Fikrət Yusifov ile ilgili görsel sonucu
Sualları cavablandıran iqtisadçı-alim, sabiq maliyyə naziri Fikrət Yusifov deyir ki, büdcə şişirtmələri dünyanın bütün ölkələrində baş verir: “Bu, əsasən növbəti ilin büdcə layihəsini hazırlayan zaman ortaya çıxır. Bəllidir ki, büdcədən maliyyələşən təşkilatlar növbəti il üçün öz xərclərinin layihəsini tərtib edib Maliyyə Nazirliyinə təqdim edirlər. Bu layihələri tərtib edən hər bir qurum növbəti ildə büdcədən mümkün qədər çox vəsait əldə etmək üçün səy göstərir. Yəni onlar növbəti ildə öz sahələrindəki problemləri ən yüksək səviyyədə həll etmək məqsədilə daha çox maliyyə vəsaiti əldə etməyə çalışırlar. Belə yanaşma ilk baxışda təbiidir. Çünki hər bir təşkilat qarşısında duran vəzifələri yüksək səviyyədə icra etməyə borcludur. Bu baxımdan, büdcə təşkilatlarının sifarişlərindəki şişirtmələrdə bir təbiilik var. Lakin bu şişirtmələrin qarşısının alınması üçün maliyyə nəzarəti mexanizmləri mövcuddur. Bu mexanizm ilk növbədə Maliyyə Nazirliyi, daha sonra isə Hesablama Palatası tərəfindən həyata keçirilir. Maliyyə Nazirliyi təqdim olunmuş büdcə layihələrinə bütün reallıqlar prizmasından yanaşaraq onları ümumi dövlət büdcəsi layihəsinə əlavə edir. Ancaq bu da son deyil. Hesablama Palatası bu sahədə daha ciddi mövqe tutmağa borcludur”.



Ekspertin fikrincə, Hesablama Palatası növbəti ildə büdcə vəsaitlərinin bir sahəyə az, digərinə çox ayrılması kimi sadə məsələləri ortama gətirməklə kifayətlənməməlidir: “Burada növbəti ildə dövlət vəsaitlərinin istifadə edilməsində hökumətin strateji hədəflərinin nəzərə alınıb alınmaması nəzarətin mühüm predmeti olmalıdır. Çox təəssüf ki, belə yanaşmaya büdcə layihəsini ”süzgəcdən" keçirən Palatanın rəylərində heç vaxt rast gəlinməyib. Əgər bu iş aparılsaydı, onda prezidentin barəsində danışdığı şişirtmələrin də qarşısı alınmış olardı. Bax bu şişirtmələr sonradan yeyinti və korrupsiya əməllərinə münbit şərait yaradır. Ona görə belə halların baş verməsinin qarşısı ilk öncə Maliyyə Nazirliyi və bundan sonra Hesablama Palatası tərəfindən büdcə layihəsi prezidentə təqdim olunana qədər alınmalıdır".

Tarix:8-11-2019, 11:16 Baxış Sayı:38 Kateqoriya:siyaset
SON XƏBƏRLƏR
Deputat yol polisinin “plyonka” qərarını dəstəklədi
Gələn aydan dəmir yolunda biletləri onlayn geri qaytarmaq mümkün olacaq
İki azərbaycanlı alim Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçildi
Bakı-Sumqayıt yolu genişləndiriləcək? - Açıqlama
Almaniya “Mühacir alveri” qurbanlarının işinə yenidən baxa bilər
Bakıda azyaşlı qıza təcavüz edən şəxsin məhkəməsi başladı
Milli Onkologiya Mərkəzinin direktor müavini: "Azərbaycanda xərçəngdən ölənlərin sayı artıb"
Leyla Məmmədovadan fermerlərə MÜRACİƏT: “Onlara inanmayın”
"Bəzi rayonlarda açıq meşə sahələri uzunmüddətli icarəyə verilib"
Serbiya Prezidenti xəstəxanaya yerləşdirildi
Bazar günü hava dumanlı olacaq
Bu şəxslərə pul ödəniləcək - Baş Nazirdən növbəti QƏRAR
Yeni icra başçısı birinci müavinini vəzifəsindən azad etdi
Elçin Əlibəyli televiziya ilə vidalaşdı
DYP: Jalüz və plyonka istifadə edilməsinə görə sürücülər cərimələnmir
Vilayət Eyvazovdan yeni - TƏYİNAT
Daha bir aparıcı ATV-dən ayırıldı
Bakıdakı yanğından son xəbər - 15 nəfər zəhərləndi
Prezident Bilal Əliyevə mənzil bağışladı
Bu ilin 10 ayında alıcılar ən çox bu mallara pul xərcləyib
Bakı Slavyan Universitetinin rektoru erməni əsillidir? - İDDİALARA CAVAB VERİLDİ
İnstaqramın yeni bəlası... - “Giveaway” fırıldağı
Kimi öldürəcəyini özü seçə bilən PUA yaradıldı
Azərbaycanda ÜDM 2,1% artıb
Bakıda yeni metro stansiyaları bu ərazilərdə olacaq - XƏRİTƏ
Bu gecə Almaniyadan 140 nəfər mühacir Bakıya yola salınıb
Şəkidə 4 nadir bitki növü müəyyən edilib (FOTO)
DSX sərhədboyu ərazilərdə gizlədilmiş silahlar aşkarladı
Sabahdan məktəblilərin payız tətili başlayır
Avropadan Azərbaycana böyük köç başlayır - Orduxan:”Hamının qapısı döyüləcək”

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla