Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

11 rayona yeni prokuror təyin edildi

11 rayona yeni prokuror təyin edildi
19-06-2020, 16:26 804 dəfə baxılıb

11 rayona yeni prokuror təyin edildi










Prokurorluq orqanlarında yeni təyinatlar olub.

Dogruxeber.az bildirir ki, Baş prokurorluğun mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlərlə İbrahim Ləmbəranski Bakı şəhərinin Sabunçu, Rəşid Mahmudov Suraxanı, Elman Süleymanov Yasamal, Hidayət Nurəlibəyov Nərimanov, Həsən Hənifəyev Nəsimi rayonunun prokuroru vəzifələrinə təyin ediliblər.

Baş prokurorun imzaladığı digər əmrlərlə Taryel Ələkbərov Lənkəran, Namiq Muradov Quba, Ramin Hüseynov Göyçay, Ceyhun Almasov Yevlax rayonunun prokurorları, Elşən Albəndov Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini, Yadigar Aslanov isə Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin Müraciətlərə ilkin baxılması şöbəsinin rəisi – idarə rəisinin müavini vəzifələrinə təyin ediliblər.

Müstəqil Azərbaycan Prokurorluğunun tarixində ilk dəfə olaraq xanım prokurorluq əməkdaşları vəzifədə irəli çəkilərək müstəqil rayon prokuroru vəzifələrinə təyinatlar alıb.

Belə ki, Baş prokurorun imzaladığı müvafiq əmrlərlə Bakı şəhəri Nizami rayon prokurorunun köməkçisi Səadət Rüstəmova tutduğu vəzifədən azad edilərək Qobustan rayon prokuroru, Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuror – metodisti Lalə Hüseynova isə tutduğu vəzifədən azad edilərək Zəngilan rayon prokuroru vəzifələrinə təyin ediliblər.

Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni strukturuna uyğun olaraq kadr islahatları davam etdiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Telegram Facebook Twitter Youtube Instagram