"Paşinyan Azərbaycanı yola gətirmək üçün Belarusdan istifadə etmək istəyir" - siyasi şərhçi

"Paşinyan Azərbaycanı yola gətirmək üçün Belarusdan istifadə etmək istəyir" - siyasi şərhçi











"Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanın tutarlı əks müqavimətini dayandırmaq və daxili narazılığın qarşısını almaq üçün Belarusa səfər edib".
Bunu "MediaPost"a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Onun fikrincə, Ermənistan hazırda suda boğulduğu üçün saman çöpündən yapışan insana bənzəyir:

"Ermənistan tərəfi çalışır ki, düşdüyü vəziyyətdən çıxa bilsin, ancaq alınmır. Ölkə daxilində hərc-mərclik, narazılıq pik həddədir. Erməni cəmiyyəti Paşinyanın yarıtmaz siyasəti ilə ölkəni bəlalara düçar etdiyini, Azərbaycana qarşı təxribat törətməklə faciənin miqyasını daha da genişləndirdiyini görür. Paşinyan belə bir vəziyyətdə daxili narazılığın qarşısını almaq və Azərbaycanın tutarlı əks müqavimətini dayandırmaq üçün Belarusa səfər edib. O, Azərbaycanı yola gətirmək üçün bu ölkədən istifadə etmək istəyir".

Siyasi şərhçi bildirib ki, hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) Belarus rəhbərlik etdiyinə görə, Ermənistan bu təşkilatın toplanmasını və Azərbaycana qarşı bəyanat verməsini gözləyirdi: "Ancaq təşkilat bu toplantını keçirmədi və Paşinyanın istəyi havada qaldı. Ona görə də Paşinyan Ermənistanı çətin vəziyyətdən çıxarmaq üçün döyüşlərin davam etdiyi bir vaxtda Belarusa getməyə məcbur qaldı. Təbii ki, bu addım da nəticəsiz olacaq. Çünki Belarus Azərbaycan ilə daha sıx əməkdaşlıq edir. Ölkə rəhbəri Aleksandr Lukaşenko bu vaxta kimi Azərbaycanın ərazi bütövlüyünə qarşı olan heç bir addımı dəstəkləməyib, bundan sonra da dəstəkləməyəcək. İki dövlət arasında möhkəm dostluq əlaqələri var. Ona görə də Paşinyanın səfər edib nəyəsə nail olmaq istəyi fiasko ilə nəticələnəcək".

Tarix:17-07-2020, 14:36 Baxış Sayı:74 Kateqoriya:siyaset
SON XƏBƏRLƏR
Dərsliklərdə koronavirus TƏHLÜKƏSİ
60 yaşlı qadın media nümayəndələrinə müraciət etdi
Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı
Metropolitendən MÜHÜM YENİLİK
Cimerlik.az saytı fəaliyyətini dayandırdı - SƏBƏB
Təhsil naziri Emin Əmrullayevə 53 saylı məktəbin rəhbərliyindən ŞİKAYƏT EDİLDİ
Ələt qəsəbəsinin baxmısız vəziyyətdə olmasına səbəbkar kimlərdir? — FOTOLAR
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA
Müdafiə Nazirliyi təlimdən görüntülər yaydı - Video
AMEA-dan yaşı 65-i ötmüş işçilərlə bağlı AÇIQLAMA
Qarabağ veteranından Prezidentə müraciət-FOTO
Müdafiə Nazirliyi cəbhə xəttindəki vəziyyətlə bağlı məlumat yayd
1-ci Vitse Prezidenti evinə dəvət edən vətəndaş
“Nar” qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş abituriyentləri mükafatlandırdı
Oktyabrda toylar bu qaydalarla keçirilə bilər - AÇIQLAMA
Deputat Əziz Ələkbərli Saatlı rayonunun Əliabad, Məmmədabad, Genişkənd və Qazanbatan kəndlərində seçicilərlə görüşdü
Şirkət rəhbəri prezidentə müraciət etdi
Yaşamalda baş verən hadisənin maraqlı tərəfləri üzə çıxdı-VİDEO
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA
İsmayıllının gənc başçısı nə işə yarayır ki?.. - "Gümanım ölkə başçısına, bir də Mehriban Əliyevayadır"
İcra başçısı “Zəli gölü”nə gəldi – Vəziyyət yerində araşdırıldı
Könül "Lider"dən getdi
Gəncə sakinindən İDDİA: “Atama əlillik dərəcəsi düzgün verilməyib” - FOTO
Ermənistan cəbhədə təxribat törətdi – Mövqelərimiz atəşə tutuldu
Tofiq Yaqublu aclığı dayandırdı
Naftalanın təzə icra başçısının “köhnə fəaliyyəti” - sahibkarın qanuni torpağı əlindən alınır
“Sədərək” Ticarət Mərkəzində YOXLAMA başladı: “Cavabdehlər dərhal cəzalandırılacaq”
Masazır gölündəki vəziyyətlə bağlı rəsmi açıqlama
İnsanları ölümə sürükləyən "BakuBus" - Yarımmilyonluq texnika, yoxsa..?
Ermənistan silahlı bölmələri Tovuzdakı mövqelərimizi atəşə tutub

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla