“İkisi də Putinin maşasıdır” – Saakaşvilidən şok açıqlama

“İkisi də Putinin maşasıdır” – Saakaşvilidən şok açıqlama










“Bütün siyasi karyeram boyu Gürcüstan və Ukraynada ABŞ-ın möhkəm müttəfiqi olmuşam. Məni demokratiyanın Putin və onun oliqarxları tərəfindən mühasirəyə alındığı bu bölgədə Amerika tərəfdarı kimi qəbul edilmişəm”.

Dogruxeber.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili deyib.

Saakaşvili Gürcüstandakı Bidzina İvanişvili rejiminin birbaşa Kremlin nəzarətində olduğunu, Baş nazir Georgi Qaxariyanın bu rejimin “əsas kuklası” olduğunu bildirib:

“Parlament seçkilərinə üç ay qalmış Gürcüstan yol ayrıcındadır. İllərdir aparılan sorğuların nəticəsi Gürcüstan xalqının Qərbyönümlü və xüsusilə Amerikan tərəfdarı olduğunu göstərir. Lakin Qaxariyanın başçılıq etdiyi və rus oliqarxı İvanişvilinin nəzarətində olan Gürcüstan hökuməti 2012-ci ildən bəri ardıcıl və birmənalı şəkildə nümayiş etdirdi ki, gürcü xalqının istəklərini nəzərə almadan Gürcüstanı yenidən Kremlin təsir dairəsinə sürükləyəcəklər”.

Keçmiş prezident İvanişvilinin ABŞ üçün xüsusi əhəmiyyət kəsb edən Anakliya liman layihəsinin Kremlin tapşırığı ilə məhv etdiyini bildirib:

“Bununla İvanişvili və Qaxariya birbaşa Rusiyanın maraqlarına uyğun hərəkət etdilər - Vaşinqtonun xəbərdarlıqlarına məhəl qoymadılar. Bu yalnız bir nümunədir, daha çox şey var. Amerika niyə Gürcüstandakı nüfuzunu itirir? Çünki rus oliqarxları diplomatik dili başa düşmürlər. Onlar Qərb tərəfdaşlarının diplomatik açıqlamalarına qulaq asmırlar; Qaxariya və İvanişvili yalnız Moskvaya cavab verir. Buna görə də onlarla danışmaq ABŞ üçün vaxt itkisidir”.

Saakaşvili Gürcüstan xalqının artıq baş verənləri çox yaxşı bildiyini söyləyib: “Artıq birmənalı mövqe tutmağın vaxtı gəlib. Bu seçkidə Moskvanın kuklaları yenidən qalib gəlsələr, bu, ABŞ üçün dağıdıcı zərbə olacaq”.

Keçmiş prezident Gürcüstan xalqını xarici ölkənin əlində maşa olan İvanişvili rejimi ilə mübarizəyə çağırıb.

Tarix:30-07-2020, 12:24 Baxış Sayı:81 Kateqoriya:siyaset
SON XƏBƏRLƏR
“Vətəndaşların sağlamlığının qorunması Azərbaycan dövləti üçün prioritetdir” ÖZƏL-MÜNASİBƏT
Daha bir məmurun mülklərinin siyahısı
Sabahın hava proqnozu
190 manatın bu şəxslərə verilməsi dayandırıldı - RƏSMİ
Qarabağ veteranının ailəsində yaranan təhlükəyə İcra başçısı nə üçün məhəl qoymur?-Video/Foto
Parlament işsizliklə bağlı sənədi təsdiqlədi
“Instagram”da “TikToka”a bənzər yenilik
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA
Sabah hava necə olacaq?
Peşə təhsilinin əhəmiyyəti barədə
Milli Məclisin növbəti iclası keçirilir
Polis əməliyyat keçirdi: Tutulanlar var
Azərbaycanda həyata keçirilən sosial dəstək tədbirləri nümunəvi xarakter daşıyır
Metro ilə bağlı rəsmi qərar verildi
AQC VƏ QAİ-nin NÖVBƏTİ ONLAYN İCLASI KEÇİRİLMİŞDİR
“Nar” eşitmə məhdudiyyətli insanları tibbi-gigiyenik vasitələrlə təmin edib
Rayona getmək üçün icazələr belə alınacaq
Akim Bədəlovun xaricdəki sərvəti/Foto
Məhkəmədə barəsində ədalətsiz qərar çıxarılımasına etiraz edən jurnalist
Qazaxda yeni məktəb binası tikiləcək - SƏRƏNCAM
Bu çimərliklər istifadəyə yararlıdır - Rəsmi açıqlama
DİN-dən xüsusi karantin rejimi tətbiq olunan şəhər və rayonlara gediş-gəlişlə bağlı AÇIQLAMA
Azərbaycan dövləti bundan sonra da Ermənistanı təcrid vəziyyətində saxlayacaq
"Həm keçən ay, həm də bu ay üçün 190 manat verilməlidir" - Deputatdan AÇIQLAMA
Sabah Bakıda yağış yağacaq
DİN-dən rayonlara gediş-gəlişə hansı hallarda icazə veriləcəyi ilə bağlı AÇIQLAMA
Sumqayıt və Novxanı bələdiyyələrinin sədrləri cərimələnib - MƏBLƏĞ
Neft Daşlarında dalğa 5 metrə çatıb - Faktiki hava
Pensiyalarla bağlı millət vəkilindən VACİB AÇIQLAMA
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla